Plan fiziki – kimyəvi analiz metodlarının təsnifatı



Yüklə 37,83 Kb.
səhifə1/3
tarix21.01.2023
ölçüsü37,83 Kb.
#79932
  1   2   3
2247 (3).


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Dövlət İqtisad Universitetinin nəzdində Qida və


Sənaye kolleci

Sərbəst iş


Fənn-Müasir analitik nəzarət metodları


Qrup-İME221
Mövzu-Nefelometriya
Tələbə-Heydərova Fəridə
Müəllim-Əmiraslanova Könül
Nefelometriya
PLAN

  1. Fiziki – kimyəvi analiz metodlarının təsnifatı.

  2. Nefelometriya

  3. Nefelometrik metod

  4. Metodun tətbiqi

  5. Metodun mahiyyəti, prosesin həyata keçirilməsi

Məhlulların işığı udması, elektrikkeçiriciliyi və s. bu kimi fiziki-kimyəvi xassələrinin onların qatılığından asılılığı bu kəmiyyətləri ölçməklə analiz edilən məhluldakı maddənin miqdarını təyin etməyə imkan verir. Belə metodlar fiziki-kimyəvi analiz metodları adlanır. Müasir dövrdə elmi – tədqiqat və zavod laboratoriyalarında müxtəlif növ fiziki – kimyəvi analiz metodlarından geniş istifadə olunur. Fiziki – kimyəvi analiz metodları aşağıdakı növlərə bölünür:


1. Optiki analiz metodları
2. Elektrokimyəvi analiz metodları
3. Digər metodlar.
Analitik kimyanın qarşısında durаn ən mühim məsələlərdən biri təyinatın aşağı sərhəddinin l0-5 – l0-10%-ə qədər aşağı salınmasədər.
Fiziki-kimyəvi analiz metodlarının digər mühüm xüsussiyyəti оnlаrın ekspress olması, уəni nətiсəlаrin yüksək tеmрlə alınmasıdır.
Fiziki – kimyəvi analiz metodları analizin aparılmasından asılı olaraq, birbаşа və dolayı (titrləmə) metodlarına bölünür. Вirbаşа mеtоdlаr maddənin təbiəti və qatılığından aslı olaraq, analitik siqnalın ölçülməsinə əsaslanır. Маddələrin təbiətindən asılı olan хаssələrə spektral xəttin dalğa uzunluğu, yarımdalğa potensialı, diffuziya сərəyanı və s. misal ola bilər. Dolayı mеtоdlаr (titrləmа metodları) titrləma zamanı analitik siqnalın intensivliyini (J) ölçülməsi və J-V kооrdinаtlаrındа titrləmə əуrilərinin qurulmasına əsаslаnır.
Bütün fiziki və fiziki – kimyəvi analiz metodları aşağıdakı qurulara bölünür:
A. Analiz edilən sistemin optiki xassələrinə əsaslanan metodlar:
Spektral (optiki) analiz metodu.
Refraktometrik analiz metodu.
Polyarimetrik analiz metodu.
Lüminessent və ya flüorimetrik analiz.
Spektral analiz metodu şüanın buraxılması, udulması və yayılmasına əsaslanır. Analiz edilən maddə ilə işıq şüası arasındakı qarşılıqlı təsirə görə spektral analiz emission spektral analiz (atom spektroskopiya) və absorbsion spektroskopiya olmaqla iki yerə bölünür.
Emission spektral analiz metodu analiz edilən maddə tərəfindən buraxılan şüanın spektrinə əsaslanır. Bu metod maddənin element tərkibini müəyyən etməyə imkan verir.
Emission spektral analiz metodunda maddənin miqdarı şüalanmanın intensivliyinin ölçülməsinə əsaslanır. Emission spektral analizə aşağıdakı metodlar daxildir:
Vüzüal emission spektral analiz.
Fotoqrafik emission spektral analiz.
Alov fotometriyası.
Atom – absorbsion analiz.
Göstərilən metodların nəzəri əsası eynidir. Lakin analiz üçün təkmilləşmiş formada müxtəlif ihazlardan istifadə edilir.
Absorbsion spektroskopiya və ya absorbsion spektral analiz metodu tədqiq edilən maddə tərəfindən udulan şüanın intensivliyinin öyrənilməsinə əsaslanır. Analiz edilən maddəyə işığın təsiri ultrabənövşəyi, görünən və infraqırmızı spektr sahəsində ola bilər.
Absorbsion spektroskopiyaya aşağıdakı metodlar daxildir:
Fotometriya.
Spektrofotometriya.
Fofotometrik titrləmə.
Fototurbidimetriya və nefelometriya.
Lüminessent və ya flüorimetriya.
B. Elektrokimyəvi metodlar. Bu metodlar analiz edilən maddələrin elektrokimyəvi xassələrinə əsaslanır.
Elektroqravimetriya.
Konduktometriya.
Potensiometriya.
Polyarioqrafiya.
Kulonometriya.
V. Analiz edilən sistemin başqa xassələrinə əsaslanan analiz metodları:
Kinetik analiz metodu.
Radiometrik analiz metodu.
Termometrik metod.
Kütlə - spektrometrik metod.
Elektron paramaqnit rezonans metodu (EPR).
Nüvə maqnit rezonans metodu (NMR).
Nefelometriya - məhlulun bulanıqlıq dərəcəsinə görə maddə miqdarının vizual təyinidir. Nefelometrik təyinatı cihazların köməyilə aparmaq olar. Bu halda qatılığı suspenziyanın asılqan hissəciklərinin səpdiyi və fotoelement vasitəsilə ölçülən işığın intensivliyinə əsasən təyin edirlər.
Göstərilən metodlar təyin olunan maddə miqdarı az olduqda tətbiq edilir. Bu miqdarda maddələrin təyinatını qravimetriya və titrimetriyanın adi metodları ilə aparmaq praktiki olaraq mümkün deyil.

Yüklə 37,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin