Dünya sosialist sisteminin dağılması ilə açıqlıq prosesləri sürətlə Şərqi Avropa, Asiya ölkələrinə yayılmağa başladı, 1980-cı illərin əvvəllərindən isə Çin də açıqlıq siyasəti tərəfdarı olduğunu bəyan etdi



Yüklə 18,46 Kb.
səhifə1/2
tarix29.12.2021
ölçüsü18,46 Kb.
#48790
  1   2
referat 1530


Açıq iqtisadiyyatın makroiqtisadi təhlilinin aparılmasının zəruriliyi
Dünya sosialist sisteminin dağılması ilə açıqlıq prosesləri sürətlə Şərqi Avropa, Asiya ölkələrinə yayılmağa başladı, 1980-cı illərin əvvəllərindən isə Çin də açıqlıq siyasəti tərəfdarı olduğunu bəyan etdi. Qeyd etmək lazımdır ki, milli iqtisadiyyatların açıqlıq prosesi ziddiyyətlidir, çünki milli istehsala və məşğulluğa mənfi təsir göstərə bilər. Buna görə də bütün kəskinliyi ilə ölkənin iqtisadi təhlükəsizliyi problemi durur ki, bu da xalq təsərrüfatı komplekslərinin qarşılıqlı asılılığının elə amil və şərtlərin tədqiqinin zəruriliyini bildirir ki, bu zaman açıqlıq şəraitində milli təsərrüfatın mühüm xüsusiyyəti kimi suverenlik itirilməsin. Dünya iqtisadiyyatı daxilində bir sıra alt sistemlər fərqləndirilən çoxsaylı milli iqtisadiyyatların məcmusudur. Belə alt sistemlər ölkələr qruplarıdır, yəni inkişaf etmiş, inkişafda olan, keçid iqtisadiyyatlı.

Ölkənin bu və ya digər qrupa salınması üçün bu və ya digər meyarlardan istifadə olunur. Birinci növbədə, bu – iqtisadiyyatın xarakteri və onun əhalinin bir nəfərinə düşən ÜDM istehsalı, ÜDM-in sahə strukturu, həyat səviyyəsi və keyfiyyəti ilə müəyyənləşdirilən sosial-iqtisadi inkişaf səviyyəsidir.

İnkişaf etmiş ölkələr üçün ÜDM strukturunda xidmət sahəsinin üstünlük təşkil etdiyi, sənaye və tikintinin birinci növbədə emal sənayesi ilə təmsil olunduğu, kənd təsərrüfatının payının isə nisbətən az olduğu vəziyyət səciyyəvidir. Həyat səviyyəsi və keyfiyyəti çoxsaylı göstəricilərlə müəyyənləşdirilir. Onlara daxildir: ömrün uzunluğu, müxtəlif xəstəliklərlə xəstələnmə, təbii mühitin vəziyyəti, şəxsi təhlükəsizlik, məşğulluq, müxtəlif əmtəə və xidmətlərin istehlak səviyyəsi. Bu göstəricləri ümumiləşdirmək cəhdi özündə ömrün uzunluğunu, həyat səviyyəsini və təhsili birləşdirən insanın inkişafı indeksidir. İnkişaf etmiş qrupa XXI əsrin əvvəlinə ÜDM-i əhalisinin hər nəfərinə 12 min dollar dan az olmayan bazar iqtisadiyyatlı ölkələr daxildir. Beynəlxalq Valyuta Fondu XXI əsrin əvvəli üçün inkişaf etmiş ölkələri əraziləri siyahısına Qərbi Avropa ölkələrinin hamısını,ABŞ-ı, Kanadanı, Yaponiyanı, Avstraliyanı, Yeni Zelandiyanı, Cənubi Koreyanı, Sinqapuru, Honkonqu, Tayvanı və israili daxil etmişdi. BMT Cənubi Afrika Respublikasını da bunlara əlavə edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bura Türkiyə və Meksikanı da əlavə edir. 2004-2007-ci illərdə bir sıra Şərqi və Mərkəzi Avropa ölkələrinin, bir də Kiprin AŞ-nın qəbul edilməsindən sonra onlar da inkişaf etmiş ölkələr siyahısına salınmışlar. Rusiyaya gəldikdə isə, qeyd olunan ölkələr qrupuna daxil olmaq üçün o, uzun iqtisadi dəyişikliklər və artım yolu keçməlidir. İnkişaf etməkdə olan ölkələr qrupuna bazar iqtisadiyyatlı və aşğı iqtisaddi inkişaf səviyyəli ölkələr daxildir.



Beynəlxalq Valyuta Fondunun 182 üzv ölkəsindən XXI əsrin əvvəlinə inkişaf etməkdə olan ölkələrə 121-i aid edilirdi. Burada liderlər iqtisadiyyatının strukturu nisbətən müasir olan dövlətlərdir ki, onlar üçün insan inkişafının yüksək indeksi və əhalinin adambaşına düşən ÜDM-in yüksək göstəricisi səciyyəvidir. Hazırda kiçik və böyük açıq iqtisadiyyatları fərqləndirilir.


Yüklə 18,46 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə