Kiçik açıq iqtisadiyyat – kiçik öıkənin iqtisadiyyatıdır. Dünya bazarının əmtəə dövriyyəsində onun xüsusi çəkisi çox azdır və o, praktik olaraq dünya faiz dərəcəsinə təsir etmir. Bu faiz dərəcəsi necə var qəbul olunur. Çünki həmin ölkənin yığımı və investisiyaların cüzi bir hissəsidir.
Böyük açıq iqtisadiyyat – bu elə bir iqtisadiyyatdır ki, burada faiz dərəcəsi ölkənin öz daxilində gedən iqtisadi proseslərin həlledici təsiri altında formalaşır. Bu kimi ölkələrə ABŞ-ı, Yaponiyanı, Almaniyanı və b. aid etmək olar.Ayrı-ayrı ölkələrə gəldikdə isə, ən böyük açıqlıq dərəcəsi AŞ-ın üzv-dövlətləri üçün səciyyəvidir. Bu ölkələrdə ixrac və idxal kvotaları daim 30% yaxınlığında olur ki, halbuki bu göstərici ABŞ-da 9-11%, Yaponiyada 11-13% təşkil edir. Lakin belə açıqlıq Qərbi Avropa iqtisadiyyatını onun dünya təsərrüfatı çərçivəsində rəqabətqabiliyyətliliyinin dəyişməsindən, bir çox hallarda isə həm iqtisadi, həm də qeyri-iqtisadi səciyyəli müvəqqəti ekzogen amillərdən xeyli dərəcədə asılı edir. Birincilərə 2005-ci ildən başlayaraq avropanın dollara nisbətən məzənnəsinin qalxmasını Aid etmək olar, bu da Qərbi Avropanın ixracı sahəsində ciddi problemlər yaratdı, iqtisadi artım templərinə, məşğulluğa və s. mənfi təsir göstərir.
Xarici ticarətin coğrafi strukturu da dəyişilir: dünya əmtəə dövriyyəsində inkişaf etmiş dövlətlərin payı 70-80% çatır. Bu ölkələrin iqtisadiyyatının açıqlıq dərəcəsinin artmasını ondan görmək olar ki, XX əsrin 70-ci illərində ABŞ-da bu göstərici 305 olduğu halda, XXI əsrin əvvəlində 14% təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin həcminə görə dünyada ikinci yerə Yaponiya çıxmışdır. İnkişaf etməkdə olan 120 öıkənin payına dünya xarici ticarət dövriyyəsinin 30%-i düşür. Yaponiya gəmiqayırma, elektronika, məişət texnikası, yüngül sənayeyə səbəb dünya ticarətinin lideri ola bilmişlər. O, eyni zamanda sanki Qonkonq, Sinqapur və Cənubi-Şərqi Asiyanın digər dövlətlərinin iqtisadi inkişafını stimullaşdırır.
Dünya iqtisadiyyatının müasir vəziyyəti tam aşkarlığı ilə göstərir ki, onun liderləri Şimali Amerika ( ABŞ, Kanada ) , Qərbi Avropa ( Böyük Britaniya, Almaniya, İtaliya və Fransa ) ölkələri, Yaponiya və bəzi Şərqi Asiya dövlətləridir. Bura dinamik inkişaf edən yeni sənaye iqtisadiyyatları (YSİ) qrupunu, o cümlədən “Asiya pələngləri”ni ( Koreya Respublikası, Tayvan, Sinqapur və başqaları ) , bir də Çini də aid etmək olar. Bütövlükdə dünya ticarətinin təhlilini yekunlaşdöraraq ön plana avtomobillər, texnoloji avadanlıqlar, komputerlər və onların komputerləşdiriciləri, proqram təminatının çıxdığını qeyd etmək olar.
Ədəbiyyat siyahısı:
1) Babayevin ümumi elmi redaktəsi ilə.Makroiqtisadiyyat-2