Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texnologiya Universiteti
Xarici Əlaqələr Şöbəsi
Ə S A S N A M Ə
Gəncə - 2014
Ə S A S N A M Ə
I. Ümumi müddəalar
-
Bu əsasnamə Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 27.11.2013-cü il tarixli, 3 saylı protokol və rektorun 03.12.2013-cü il tarixli, 232 saylı əmrinə əsasən hazırlanmışdır və Azərbaycan Texnologiya Universitetinin (bundan sonra Universitet) Xarici Əlaqələr şöbəsinin (bundan sonra şöbə) əsas vəzifələrini, funksiyalarını, hüquqlarını habelə fəaliyyətinin təşkili qaydalarını və işçilərinin məsuliyyətini müəyyən edir;
-
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, universitet rəhbərinin əmr və sərəncamlarını, həmçinin bu Əsasnaməni rəhbər tutur;
-
Şöbə rektorun əmri ilə yaradılır və ləğv edilir. Şöbəyə universitet rəhbəri tərəfindən vəzifəyə təyin olunan müdir rəhbərlik edir və o, rektora birbaşa hesabat verir;
-
Şöbənin strukturu, işçilərinin ştatı və əmək haqları universitetin ştat cədvəli ilə müəyyən olunur;
-
Şöbənin işçilərinin vəzifə funksiyaları müdir tərəfindən hazırlanmış və universitet rəhbəri tərəfindən təsdiqlənmiş qaydalar əsasında müəyyənləşdirilir.
II. Şöbənin vəzifələri
Şöbənin əsas vəzifələri aşağıdakılardır:
2.1. Universitetin xarici (beynəlxalq) fəaliyyətinin maraqlarının və hüquqlarının qorunmasını təmin etmək;
2.2. Universitetin beynəlxalq əlaqələrin inkişaf etdirilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər və nəzərdə tutulan tədbirlər haqqında hesabatlar hazırlamaq;
2.3. Əmək qanunvericiliyinə, daxili nizam-intizam qaydalarına ciddi əməl etmək;
2.4. Universitetin prioritet hesab etdiyi istiqamətlər üzrə beynəlxalq təşkilatlarla birlikdə inkişaf layihələri, proqramları və universitetin əlaqədar strukturları ilə birlikdə layihələrin hazırlanmasına rəhbərlik etmək, əldə edilmiş maliyyə töfhələri vasitəsilə layihə və proqramların həyata keçirilməsinə nəzarət etmək;
2.5. Universitetə daxil olan və universitetdən göndərilən yazışmaların xarici dillərə tərcüməsini təşkil etmək; universitetin xarici əlaqələrinin və beynəlxalq əməkdaşlıqlarının genişləndirlməsi məqsədilə beynəlxalq və regional miqyaslı beynəlxalq tədbirlər - konfrans, konqres, simpozium, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlərin yüksək səviyyədə təmin olunmasına rəhbərlik etmək;
2.6. Universitetə dəvət edilən xarici ölkə nümayəndələrin (qonaqların, mütəxəssislərin və yüksək vəzifəli şəxslərin və s.) ölkədaxili səfərlərini təşkil etmək və bu işə rəhbərlik etmək (dəvət məktubu və səfər proqramı hazırlamaq; qarşılanma və yolasalınmanı təşkil etmək, mehmanxanaları sifariş etmək (ehtiyac yarandıqda), ziyafətlərin təşkili;
2.7. Universitetin rəhbər işçilərinin və əməkdaşlarının xarici ölkə səfərlərini təşkil etmək (xidməti pasportların verilməsi üçün əlaqədar qurumlarla əlaqə saxlamaq; vizaların, aviabiletlərin alınmasını təşkil etmək, mehmanxanaları sifariş etmək və digər əlaqədar tədbirlər);
2.8. Rəhbərliyin göstərişləri ilə şöbəyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.
III. Şöbənin əsas funksiyaları
Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
3.1. Səfirliklər, beynəlxalq təşkilatlar, xarici qeyri-hökumət təşkilatları və digər qurumlarla danışıqların aparılması, əlaqələrin yaradılması, müqavilələrin hazırlanması;
3.2. Beynəlxalq təhsil təcrübəsinə yiyələnmək məqsədilə qısamüddətli kurslar, tematik seminarlar, stajkeçmələr, elmi-praktik konfranslar, dəyirmi masalar və s. yollar ilə təhsil sahəsində beynəlxalq dəyərlər barədə ATU-nin professor-müəllim və tələbə heyətinin təlimatlandırılması;
3.3. Təhsil məsələləri ilə bağlı dövri mətbuatın və digər mənbələrin izlənilməsi, tərcüməsi və ondan istifadə edilməsi;
3.4. Universitetin qrant müsabiqələrində iştirakının aktivləşməsi üçün layihələrin təşkili və təhsil sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edilməsi;
3.5. Universitetin qrant müsabiqələrində iştirakının aktivləşməsi üçün layihələrin təşkili və təhsil sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edilməsi;
3.6. Xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinin qəbulu zamanı dialoqun təşkil edilməsi, söhbət və danışıqların qeydiyyatının aparılması, zərurət olduqda sənəd və materialların tərcümə edilib müvafiq qurumlara və müşahidəçilərə çatdırılması.
3.7. Universitetin xarici ölkələrin universitet və təşkilatları ilə imzaladığı saziş, anlaşma memorandumu, müqavilə, niyyət protokolu və sənədlərin reesterini aparmaq, öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, işlərin yerinə yetirilməsi ilə əlaqədar işçi qruplar yaratmaq və ya yaradılması və tərkibi haqda təkliflər vermək;
3.8. Əmək münasibətləri sahəsində insan hüquqlarına riayət olunmasının təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
3.9. Universitetin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaratmaq və mütəmadi olaraq məqsədyönlü iş aparmaq;
3.10. Universitet tərəfindən beynəlxalq müqavilələrin imzalanmasına, ratifikasiyasına, qəbul edilməsinə, təsdiq edilməsinə və onlara qoşulmasına dair təkliflər vermək;
3.11. Səlahiyyətinə aid məsələlər üzrə xarici və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqların aparılmasında iştirak etmək;
3.12. Universitet ilə əməkdaşlıq çərçivəsində xarici qonaqların qarşılanması və yola salınmasını təşkil etmək;
3.13. Qanunvericiliyə, o cümlədən Əsasnaməyə uyğun olaraq universitetin rəhbəri tərəfindən verilən, icrası məcburi olan əmr və sərəncamlara əsasən ona həvalə edilmiş digər funksiyaları həyata keçirmək.
IV. Şöbənin hüquqları
Şöbə öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
-
Universitetin işinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək üçün müvafiq tədbirlər həyata keçirmək;
-
Səlahiyyətləri daxilində konfranslar, seminarlar, simpoziumlar, görüşlər və digər tədbirlərdə iştirak etmək;
-
Səlahiyyətlərinə aid olan məsələlər üzrə beynəlxalq tədbirlərdə müəyyən olunmuş qaydada universiteti təmsil etmək, xarici dövlətlərlə saziş və müqavilələrin hazırlanmasında iştirak etmək;
-
Xarici nümayəndələr və beynəlxalq təşkilatlarla görüşlərin təşkilində iştirak etmək;
-
Universitetin rəhbərliyi ilə razılaşmaya əsasən şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq, şöbənin əməkdaşlarının mobil telefon xidmətindən güzəştli şərtlərlə (müəyyənləşmiş limit daxilində) istifadəsi üçün universitetin rəhbərliyinə təqdimatlar hazırlamaq;
-
Universitetin beynəlxalq və xarici əlaqələrinin inkişafı və təkmilləşdirilməsi, həmçinin şöbənin işinin təkmilləşdirilməsi üçün Universitetin rəhbərliyi qarşısında təkliflərlə çıxış etmək;
-
Universitetin rəhbərliyinin razılığı ilə şöbənin səlahiyyətlərinə, vəzifə və funksiyalarına aid olan məsələlərlə bağlı çıxan sənədləri imzalamaq;
-
Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün universitetin və tabeliyində olan şöbələrin, onların səlahiyyətli şəxslərindən zəruri materiallar, məlumatlar və sənədlər almaq;
-
Qanunvericiliyə, o cümlədən Əsasnaməyə uyğun olaraq Universitetin rəhbəri tərəfindən verilən, icrası məcburi olan əmr və sərəncamlara əsasən ona həvalə edilmiş vəzifə və funksiyalarla bağlı digər hüquqları həyata keçirmək.
V. Şöbənin fəaliyyətinin təşkili
-
Şöbəyə universitet rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.
-
Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
5.2.1. Şöbənin işini təşkil edir;
5.2.2. Şöbənin işçiləri tərəfindən vəzifələrinin vaxtında və düzgün icra etmələrinə, əmək
intizamına və daxili qaydalara riayət olunmasına nəzarət edir;
5.2.3. Şöbənin işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqlar verir;
5.2.4. Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə Şöbənin əməkdaşları barəsində
həvəsləndirmə və ya intizam tənbehi tədbirlərinin görülməsi haqqında universitetin
rəhbərliyinə təqdimat verir;
5.2.5. Şöbənin işçilərinin vəzifə təlimatlarını universitet rəhbəri ilə razılaşdıraraq təsdiq edir;
5.2.6. Şöbənin işçiləri arasında iş bölgüsünü müəyyənləşdirir;
5.2.7. Şöbənin aid məsələlər ilə əlaqədar ölkə ərazisində və xarici ölkələrə ezamiyyətlər
barədə təkliflər verir;
5.2.8. Universitet rəhbərinin tapşırığı ilə ali hakimiyyət orqanlarında, nazirlik və digər dövlət
strukturlarında, beynəlxalq təşkilatlarda və xarici ölkələrdə universiteti təmsil edir və
universitetin maraqlarını müdafiə edir;
-
Şöbədə kargüzarlığın “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və
müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasına nəzarət edir;
-
Şöbədə vəzifəyə təyinat, işçilər üçün ixtisas artımının təşkili və işçilərin əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflər verir;
5.2.11. Şöbə qarşısında qoyulmuş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün səlahiyyəti
daxilində digər tədbirlər görür.
5.3. Şöbənin müdiri olmadıqda onun səlahiyyətlərinin icrası universitet rəhbərinin əmri ilə
müvəqqəti olaraq şöbənin əməkdaşlarından birinə həvalə edilir;
-
Şöbənin maddi-texniki ləvazimatlarla, rabitə və nəqliyyatla təminatı, habelə şöbənin işçilərinin
sosial-məişət təminatı müəyyən edilmiş qaydada şöbənin müdirinin təqdimatı əsasında universitetin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir;
-
Şöbənin işçiləri universitetin rəhbəri tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
VI. Şöbənin işçilərinin məsuliyyəti
-
Şöbənin müdiri qarşısında qoyulmuş vəzifələrin vaxtında və düzgün icrasına görə şəxsən məsuliyyət daşıyır;
-
Şöbənin hər bir işçisi vəzifə təlimatlarında nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı və araşdırdığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, universitetin nizamnaməsinə uyğunluğuna görə bu əsasnamə ilə müəyyən edilmiş vəzifələr və funksiyalar çərçivəsində şəxsən məsuliyyət daşıyır;
-
Şöbənin hər bir işçisi ona məlum olan dövlət sirri yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |