Bu mühazirə mətni mənimsənildikdən sonra tələbə sahibkarlıq və biznesin əsasları istiqamətində elmi-nəzəri anlayışına sahib olacaq, Sahibkarlıq fəaliyyətinin təşkilinə, biznesə qoyulan iqtisadi və siyasi tələbləri, müəyyən edə biləcək ən azından müəyyən anlayışa sahib olacaq. Biznesdə özünü sınamq üçün sahibkarlıq və biznesin əsasları pridmeti və metodu haqqında ümumi məlumata malik olmaq tələbəyə gedən biznes proseslərini başa düşməyə imkan verəcəkdir. Həmin biliklər gələcəkdə bir mütəxəssis kimi yetişək üçün baza yaranacaq sahibkarlıqda idarəetmə işlərində, onun biznes fəaliyyəti üçün hazırlanmasına, biznesin təşkili və yerinə yetirilməsi istiqamətində müəyyən biliklərə sahib olmasına şərait yaradacaqdır. Keyfiyyətli və səmərəli biznes qurmaq və rəhbərlik etmək üçün bilik bazası yaranacaq və gələcəkdə işlərin işlənib hazırlanmasına imkan verəcəkdir. Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi yaranma tarixi orta əsrlərdən başlanır. Artıq bu dövrlərdə tacirlər, satıcılar, sənətkarlar, habelə xeyriyyəçi missionerlər belə sahibkarlıqla məşğul olmağa başlamışdılar. Kapitalizmin yaranması ilə əlaqədar sərvətin artırılmasına cəhd mənfəətin həcminin də hədsiz dərəcədə artmasına gətirib çıxardı. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı nəticəsində sahibkarlıq fəaliyyəti daha çox bəşəri xarakter almışdır. Sahibkarlığın inkişafı hazırda yüksək bir mərhələyə gəlib çıxmışdır. İndi sahibkar özünəməxsus olan fabrik və zavodda digər işçilərlə bərabər çalışır.
«Sahibkar» termini ilk dəfə XVIII əsrin əvvəllərində yaşamış fransız iqtisadçısı Rişar Kantilon tərəfindən işlənilmişdir. Sahibkar – işin faydalılığını qiymətləndirən, yeni müəssisənin təşkili, yaxud yeni ideyanın (məhsulun), yaxud xidmətin işlənib hazırlanması ilə bağlı riski və məsuliyyəti öz üzərinə götürə bilən insandır. Sahibkarlıq ondan ibarətdir ki, işin mənfəətliliyini qiymətləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyəti bacarmaqdır.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, iqtisad elminin klassiklərini bu problem o qədər də dərindən maraqlandırmamışdır. Ona görə də sahibkarlıq fəaliyyəti elmi təhlilin, demək olar ki, predmetinə çevrilməmişdir. İngilis iqtisadçı alimləri A. Smit və D. Rikardo iqtisadiyyata özünü tənzimləyən mexanizm kimi baxmışlır. Lakin bu mezanizmdə yaradıcı sahibkarlığa əhəmiyyətli yer verilməmişdir. Bununla yanaşı A. Smit sahibkarlıq fəaliyyətinin dəqiq xarakteristikasını verməyə cəhd etmişdir. A. Smitin mülahizələrinə görə, sahibkar, yeni kapitalın mülkiyyətçisi kimi hər hansı konversiya ideyalarının reallaşması və mənfəət əldə edilməsi üçün riskə gedir. Bu zaman sahibkarlıqdan əldə edilən gəlir. A. Smitə, görə mülkiyyətçinin riskə görə əldə etdiyi kompensasiyadır. Sahibkar istehsalı özü təşkil edir və planlaşdırır, həmçinin istehsal fəaliyyətini həyata keçirir onun nəticələrinə sərəncam verir.
Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə aşağıdakılar məşğul ola bilərlər:
- fəaliyyət qabiliyyəti olan respublikanın hər bir vətəndaşı;
- mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
- hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
- xarici hüquqi şəxslər.
Sahibkarlığın subyektləri həm fərdi adamlar və ya həm də partnyorların birliyi ola bilər. Sahibkarlığın subyekti kimi fərdi adamlar şəxsi, yaxud ailə müəssisəsi təşkil etmək yolu ilə çıxış edirlər. Bu cür sahibkarlar öz əmək məsrəfləri ilə məhdudlaşa bilər, yaxud isə qəbul etdiyi adamların əməyindən istifadə edə bilər. Sahibkarlığın obyekti kimi tərəfdaşların birlikləri müxtəlif təsərrüfat assosiasiyaları: icarə kollektivləri, səhmdar cəmiyyətləri, yoldaşlıq formasında çıxış edə bilərlər.
Sahibkarlıq fəaliyyətinin ən mühüm cəhətlərinə fikrimizcə, aid etmək olar: