I mövzu: Kursun predmeti, məzmunu və vəzifələri.
Marketinqin sosial əsasları
1.Marketinqin mahiyyəti və nəzəri əsasları
2. Marketinqin vəzifələri
3. Marketinq fənninin digər fənlərlə əlaqəsi
4.Marketinqin əsas ideyaları
5. Marketinq konsepsiyaları
6. Marketinq sisteminin əsas məqsədləri
7.Marketinq və sahibkarlıq
8. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi yolları
9. Sahibkarlığın məzmunu və əsas növləri
1.Sənayenin inkişaf etdiyi müasir dövrdə kompaniyaların inkişafı üçün düzgün seçilmiş strategiyaya, yüksək ixtisaslı işçilər, güclü informasiya sisteminin olması və marketinq proqramının dəqiq icrası vacibdir.
Bu günki inkişaf etmiş kompaniyalar ümumi bir xüsusiyyətə malikdirlər. Bu kompaiyalar bütün diqqəti istehlakçılara yönəldirlər və öz işlərini (fəaliyyətlərini) bütövlükdə marketinq planı əsasında qururlar.
Marketinq termini ingilis dilindən tərcümədə “bazar” deməkdir və ya bu termini “bazar funksiyası” kimi də tərcümə etmək olar. Amerika tətqiqatçıları belə hesab edirlər ki, marketinqin ayrı-ayrı elementləri hələ Böyük Britaniyada XVII əsrdə məlum idi.1929-1933-cü illərdə qərbdə bütövlükdə sənayenin iflasına səbəb olan böyük böhrandan sonra marketinq bir elm kimi mövcud olmağa başladı. İqtisadiyyatın tənzimlənməsi, böhran vəziyyətindən çıxmaq məqsədi ilə marketinq yarandı.
İlk əvvəl marketinq fəaliyyəti yaradılmış nemətlərin satış sferasına yönəldilmişdir(satış və reklam). Baxışlar sistemi və təcrübi fəaliyyət aləti kimi marketinq XX əsrin 60-cı illərindən başlayaraq nəzərdən keçrilməyə başlandı. Bu o zaman baş verir ki, inkişaf etmiş ölkələrin sənayesində satıcı bazarı (tələb təklifdən çox) alıcı bazarı ilə əvəz olunur və yüksək keyfiyyətli əmtəələr alıcılarını tapa bilmir. Bu vaxtdan marketinq biznesin təcrübi problemlərinin həllinə yönəldilmiş bir elm kimi inkişaf etməyə başladı.
Marketinq ehtiyyacların və təlabatların mübadilə vasitəsi ilə ödənilməsinə yönəldilmiş insan fəaliyyəti növüdür.
1985-ci ildə Amerika marketinq təşkilatı marketinqin aşağıdakı geniş tərkibini hazırlamışdır:
“ Marketinq insanların və təşkilatların məqsədlərinə uyğun mübadiləni təmin etmək üçün, əmtəələri, xidmətləri və ideyaları yaratmq, bunları inkişaf etdirmək, qiymətlərini müəyyənləşdirmək, bölgü proqramını hazırlamaq, stimullaşdırma vasitələrini planlaşdırmaq və həyata keçirməkdir.”
Marketinq fəaliyyətinin məqsədi istehsalı istehlaka, tələbə, bazarın tələblərinə uyğunlaşdırmaqdan, bazarın öyrənilməsindən, satışın stimullaşdırılmasından, əmtəələrin rəqabət qabililiyinin artırılması üzrə komleks təşkilati, texniki və hüquqi tədbirlərin həyata keçrilməsi yolu ilə müəsisələrin müəyyən mənfəət əldə etməsindən ibarətdir.
2. Marketinq fəaliyyətinin vəzifələri aşağıdakılardır:
Bazarın kompleks şəkildə öyrənilməsi;
Potensial tələbin və ödənilməyən təlabatın aşkar edilməsi;
Malların çeşidinin və qiymətinin planlaşdırılması;
Mövcud tələbin tam ödənilməsi üçün tədbirlərin işlənib hazırlanması;
Satışın planlaşdırılması və həyata keçrilməsi;
İstehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması;
Marketinq strategiyasının seçilməsi;
Marketinq taktikasının seçilməsi.
3. Marketinq fənni digər fənlər ilə sıx bağlıdır. Ən əsasını isə “iqtisadi nəzəriyyə” təşkil edir. Müasir iqtisadi nəzəriyyə elmi sərbəst bazar iqtisadiyyatını, onun fəliyyət mexanizmini, modellərini, qanunlarını, prinsiplərini öyrənir, bütövlükdə iqtisadiyyatın, yəni onun bütöv bir sistem kimi inkişafının qanuna uyğunluqlarını və prinsiplərini müəyyən edir.
Marketinq elmi də bütün konkret iqtisad elmləri ilə birlikdə sıx qarşılıqlı əlaqədə inkişaf edir. Müasir dövrdə ETT-nin sürətli inkişafı bütün elmlərin yalnız qarşılıqlı əlaqədə təkamülünü və onların inteqrasiyasını tələb edir.
Hər hansı bir elm sahəsi digər elmlərdən bilavasitə faydalandığı kimi, həmin bəhrələnən elm də öz növbəsində digər elmlərin inkişasfına müsbət təkan verməlidir. Marketinqin əsasları kursu “logistikanın əsasları”, “menecment”, “sənaye iqtisadiyyatı”, “sahibkarlıq fəaliyyəti”, “əməyin iqtisadiyyatı”, “sənaye müəsisələrinin fəaliyyətinin təşkili” və digər konkret iqtisad elmləri ilə bilavasitə yaxud dolayı yolla əlaqədardır.
4.Marketinqin əsasını təşkil edən ilkin ideya insan ehtiyyacları ideyasıdır.
Ehtiyyac- insanın nəyinsə çatışmadığını duymaq hissidir. Buraya qidaya, geyimə, istiliyə və təhlükəsizliyə olan əsas ehtiyyaclar daxildir.
Marketinqin II ideyası insan təlabatları ideyasıdır.
Təlabat- fərdin şəxsiyyəti və mədəni səviyyəsinə müvafiq olaraq özünəxas formaya düşmüş ehtiyyacdır.
Tələb- alıcılıq qabiliyyəti ilə möhkəmləndirilmiş və ya maliyyə imkanları ilə məhdudlaşdırılmış təlabatdır.
Bütün ehtiyyaclar, tələblər və təlabatlar əmtəə vasitəsi ilə ödənilir.
Əmtəə- təlabatı yaxud ehtiyyacı ödəyə bilən , istehlak olunması məqsədi ilə bazara təklif olunan hər bir şeydir. Əgər əmtəə təlabatı tamami ilə ödəyərsə , həmin əmtəə ideal əmtəə adlanır.
Marketinq o hallarda mövcuddur ki , ehtiyyaclar və tələblər mübadilə vasitəsi ilə ödənilsin.
Mübadilə- arzu olunan obyektin kimdənsə alınması əvəzində ona hər hansı başqa bir şeyin təklif edilməsi hadisəsidir. Mübadilə marketinqin əsas məvhumudur, onun baş verməsi üçün 5 şərtə əməl olunmalıdır.
Ən azı 2 tərəf olmalıdır;
Hər bir tərəf digərinə lazım olan nəyəsə malik olmalıdır;
Hər bir tərəf öz əmtəəsini əlaqələndirmək və çatdırmaq imkanına malik olmalıdır;
Hər bir tərəf digərinin təkliflərini qəbul, yaxud rədd etməkdə azad olmalıdır.
Hər bir tərəf digəri ilə iş görməyin məqsədə uyğunluğuna və faydalılığına əmin olmalıdır.
Marketinq sahəsində əsas ölçü vahidi sövdələşmədir.
Sövdələşmə- dəyərlərin iki tərəf arasında kommersiya mübadiləsidir. Sövdələşmə iki formada pul və barter formasında olur. Sövdələşmədə aşağıdakı şərtlərə əməl olunmalıdır:
Dəyər əhəmiyyətli ən azı iki obyektin olması
Onun yerinə yetrilməsinin razılaşdırılmış şərtlərinin olması
Yerinə yetrilməsinin razılaşdırılmış vaxtının, yerinin olması
Bazar- mövcud və potensial əmtəə alıcısının məcmusudur.
5.Marketinqin konsepsiyaları. Hər bir təşkilat öz marketinq fəaliyyətini 5 əsas yanaşma əsasında qurur.
İstehsalın təkmilləşdirilməsi konsepsiyasından o vaxt istifadə olunur ki, istehlakçılar geniş yayılmış və münasib qiymətə olan əmtəələrə daha çox meyl göstərirlər. Bu yanaşma iki halda daha çox istifadə oluna bilər:
əmtəəyə olan tələb təklifdən çox olanda;
maya dəyəri həddən artıq yüksək olduqda və onun azaldılması üçün əmək məhsuldarlığının yüksəldilməsi lazım gəldikdə mövcuddur
Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası istehlakçıların ən yüksək keyfiyyət, ən yaxşı istismar xassələri təklif edən əmtəələrə qarşı daha çox meyl edəcəyinə əsaslanır, buna görə də təşkilat öz qüvvəsini əmtəənin daim təkmilləşdirilməsinə yönəldməlidir.
Kommersiya səylərinin güləndirilməsi konsepsiyası ona əsaslanır ki, əgər təşkilat satış və həvəsləndirmə sahəsində əhəmiyyətli dərəcədə səy göstərməzsə, istehlakçılar onun mallarını qənaət verici miqdarda satın almayacaqlar
Marketinq konsepsiyası sahibkarlıq fəaliyyətində yeni yanaşma olub. O, kompaniyaların öz məqsədlərinə nail olmaqlarının məqsədli bazarın ehtiyyaclarının və təlabatlarının müəyyənləşdirilməsinə, istehalakçı təlabatlarının rəqib kompaniyalara nisbətən daha səmərəli üsullarla ödənilməsinə əsaslanır. Bu yanaşma alıcının ehtiyyacları üzərində cəmləşməlidir.
Sosial-etik marketinq konsepsiyası. Bu yanaşmaya əsasən vəzifəsi- məqsədli bazarların ehtiyyaclarını, təlabatlarını və maraqlarını müəyyənləşdirmək, istehlakçının və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılması ilə yanaşı, təlabatın yüksək səviyyəsini rəqiblərə nisbətən daha səmərəli üsullarla təmin etməkdir. Bu konsepsiya marketinqin qalan 4 yanaşmasından daha qabaqcıldır. Bu marketinq konsepsiyası kompaniyanın mənfəəti, istehlakçıların ehtiyyacları və cəmiyyətin maraqları arasında tam tarazlığa gətirib çıxarır. Bunu aşağıdakı kimi təsvir etmək olar:
Cəmiyyət (insan rifahı)
Istehlakçılar Kompaniya
(təlabatın ödənilməsi) (mənfəət)
6.Marketinq sisteminin məqsədləri aşağıdakılardır:
İstehlakın maksimumlaşdırılması, maksimumlaşmış istehsal, məşqulluq səviyyəsi, həmçinin cəmiyyətin rifahı
İstehlakçı təlabatlarının ödənilməsi səviyyəsinin maksimumlaşdırılması.
İstehlakçı seçiminin maksimumlaşdırılması əmtəə müxtəlifliyinin təmin olunmasına gətirib çıxarır ki, bu da istehlakçıların öz təlabatlarını ödəyə bilən əmtəələri axtarıb tapmasına şərait yaradır.
Yaşayış səviyyəsinin keyfiyyətinin yüksəldilməsi. Bu məqsədə görə marketinq nəinki əmtəələrin kəmiyyət və keyfiyyətini, müxtəlifliyini, münasib qiymətini təmin etməli, həmçinin mədəni və fiziki mühitin keyfiyyətini təmin etməlidir.
Marketinqin əsasını təşkil edən ilkin ideya insan ehtiyyacları ideyasıdır.
Ehtiyac- insanın nəyinsə çatışmadığını duymaq hissidir. Buraya qidaya, geyimə, istiliyə və təhlükəsizliyə olan əsas ehtiyaclar daxildir.
Marketinqin II ideyası insan tələbatları ideyasıdır.
Tələbat- fərdin, şəxsiyyətin mədəni səviyyəsinə müvafiq olaraq özünəxas formaya düşmüş ehtiyacıdır.
Tələb- alıcılıq qabiliyyəti ilə möhkəmləndirilmiş və ya maliyyə imkanları ilə məhdudlaşdırılmış tələbatdır.
Bütün ehtiyaclar, tələblər və tələbatlar əmtəə vasitəsi ilə ödənilir.
Əmtəə -tələbatı yaxud ehtiyacı ödəyə bilən, istehlak olunması məqsədi ilə bazara təklif olunan hər bir şeydir. Əgər əmtəə tələbatı tamamiilə ödəyərsə, həmin əmtəə ideal əmtəə adlanır. Marketinq o hallarda mövcuddur ki, ehtiyaclar və tələblər mübadilə vasitəsi ilə ödənilsin.
Mübadilə -arzu olunan obyektin kimdənsə alınması əvəzində ona hər hansı başqa bir şeyin təklif edilməsi hadisəsidir. Mübadilə marketinqin əsas məfhumudur, onun baş verməsi üçün 5 şərtə əməl olunmalıdır:
Ən azı 2 tərəf olmalıdır;
Hər bir tərəf digərinə lazım olan nəyəsə malik olmalıdır;
Hər bir tərəf öz əmtəəsini əlaqələndirmək və çatdırmaq imkanına malik olmalıdır;
Hər bir tərəf digərinin təkliflərini qəbul, yaxud rədd etməkdə azad olmalıdır.
Hər bir tərəf digəri ilə iş görməyin məqsədəuyğunluğuna və faydalılığına əmin olmalıdır.
Marketinq sahəsində əsas ölçü vahidi sövdələşmədir.
Sövdələşmə - dəyərlərin iki tərəf arasında kommersiya mübadiləsidir. Sövdələşmə iki formada: pul və barter formasında olur. Sövdələşmədə aşağıdakı şərtlərə əməl olunmalıdır:
Dəyər əhəmiyyətli ən azı iki obyektin olması;
Onun yerinə yetrilməsinin razılaşdırılmış şərtlərinin olması;
Yerinə yetrilməsinin razılaşdırılmış vaxtının, yerinin olması.
Bazar - mövcud və potensial əmtəə alıcılarının məcmusudur.
Hər bir təşkilat öz marketinq fəaliyyətini 5 əsas yanaşma əsasında qurur:
1. İstehsalın təkmilləşdirilməsi konsepsiyasından o vaxt istifadə olunur ki, istehlakçılar geniş yayılmış və münasib qiymətə olan əmtəələrə daha çox meyl göstərirlər. Bu yanaşma iki halda daha çox istifadə oluna bilər:
əmtəəyə olan tələb təklifdən çox olanda;
maya dəyəri həddən artıq yüksək olduqda və onun azaldılması üçün əmək məhsuldarlığının yüksəldilməsi lazım gəldikdə
2. Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası istehlakçıların ən yüksək keyfiyyət, ən yaxşı istismar xassələri təklif edən əmtəələrə qarşı daha çox meyl edəcəyinə əsaslanır, buna görə də təşkilat öz qüvvəsini əmtəənin daim təkmilləşdirilməsinə yönəldməlidir.
3. Kommersiya səylərinin güləndirilməsi konsepsiyası ona əsaslanır ki, əgər təşkilat satış və həvəsləndirmə sahəsində əhəmiyyətli dərəcədə səy göstərməzsə, istehlakçılar onun mallarını qənaət verici miqdarda satın almayacaqlar
4. Marketinq konsepsiyası sahibkarlıq fəaliyyətində yeni yanaşma olub. O, kompaniyaların öz məqsədlərinə nail olmaqlarının məqsədli bazarın ehtiyyaclarının və tələbatlarının müəyyənləşdirilməsinə, istehlakçı tələbatlarının rəqib kompaniyalara nisbətən daha səmərəli üsullarla ödənilməsinə əsaslanır. Bu yanaşma alıcının ehtiyacları üzərində cəmləşməlidir.
5. Sosial-etik marketinq konsepsiyası. Bu yanaşmaya əsasən vəzifəsi- məqsədli bazarların ehtiyaclarını, tələbatlarını və maraqlarını müəyyənləşdirmək, istehlakçının və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılması ilə yanaşı, tələbatın yüksək səviyyəsini rəqiblərə nisbətən daha səmərəli üsullarla təmin etməkdir. Bu konsepsiya marketinqin qalan 4 yanaşmasından daha qabaqcıldır. Bu marketinq konsepsiyası kompaniyanın mənfəəti, istehlakçıların ehtiyacları və cəmiyyətin maraqları arasında tam tarazlığa gətirib çıxarır.
Marketinq sisteminin məqsədləri aşağıdakılardır:
1. İstehlakın maksimumlaşdırılması, maksimumlaşmış istehsal, məşğulluq səviyyəsi, həmçinin cəmiyyətin rifahı,
2. İstehlakçı təlabatlarının ödənilməsi səviyyəsinin maksimumlaşdırılması,
3. İstehlakçı seçiminin maksimumlaşdırılması əmtəə müxtəlifliyinin təmin olunmasına gətirib çıxarır ki, bu da istehlakçıların öz təlabatlarını ödəyə bilən əmtəələri axtarıb tapmasına şərait yaradır.
4. Yaşayış səviyyəsinin keyfiyyətinin yüksəldilməsi. Bu məqsədə görə marketinq nəinki əmtəələrin kəmiyyət və keyfiyyətini, müxtəlifliyini, münasib qiymətini təmin etməli, həmçinin mədəni və fiziki mühitin keyfiyyətini təmin etməlidir.
Marketinq məhsulların istehsalçılardan istehlakçılara çatdırılması ilə bilavasitə bağlı olan sahibkarlıq fəaliyyətidir. Sahibkarlıq isə işgüzarlıqdır. Bu sahibkarın məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi fəaliyyətdir. Sahibkarlıq fəaliyyətinin inkişafında həlledici rol sahibkara məxsusdur. Təbii sərvətləri, əməyi və sərmayəni bir araya gətirib məhsullar istehsal edən, istehsal olunmuş məhsulları bazara çıxarıb satan şəxslər sahibkarlardır. Sahibkarın yerinə yetirdiyi işə sahibkarlıq fəaliyyəti deyilir.
Müasir dövrdə sahibkarlıq fəaliyyəti bir çox anlayışlar və terminlər ilə bilavasitə əlaqədardır. Onların da əsasını “biznes fəaliyyəti” təşkil edir. Hər hansı konkret bir işin görülməsi, sövdələşmənin reallaşdırılması kimi çıxış edən biznes fəaliyyətindən fərqli olaraq sahibkarlıq fəaliyyəti bazar iqtisadi sistemində fasiləsiz proses olmaqla onun mövcud olmasının və inkişafının əsas şərtidir. Əmtəə - pul münasibətlərinin yaranması ilə meydana gələn “biznes fəaliyyəti” bazar iqtisadi sistemi şəraitində sahibkarlıq fəaliyyəti formasında özünün ən yüksək inkişaf səviyyəsinə çatmış və nəticədə əsl sahibkarlıq iqtisadiyyatı formalaşmışdır.
Bildiyimiz kimi marketinq ehtiyacların və təlabatların bilavasitə mübadilə yolu ilə ödənilməsinə istiqamətləndirilmiş insan fəaliyyətinin növü olduğu üçün o müəyyən dərəcədə bazarla bilavasitə bağlıdır. O, həmçinin mübadilənin baş verməsi üçün bazarda aparılan məqsədyönlü işdir. Digər tərəfdən hər bir müəsisənin marketinq fəaliyyəti praktiki olaraq onun bazarla olan qarşılıqlı əlaqələrinin bütün tərəflərini əhatə edir. Başqa sözlə müəssisə-bazar iqtisadi sistemində marketinqin rolu əvəzsizdir. Çünki hər bir sahibkar istehsal etdiyi məhsulu yalnız bazarda reallaşdıra bilər. Burdan belə qənaətə gəlmək olar ki, marketinq fəal sahibkarlıq formalaşmasıdır.
Sahibkarlıq fəaliyyəti iki yolla həyata keçrilə bilər:
Əmtəə istehsalı.
İstehsal olunmuş məhsulu istehsalçıdan istehlakçıya çatdırılması funksiyasında bilavasitə vasitəçilik etmək.
Birinci yolla həyata keçrilən sahibkarlıq fəaliyyəti aşağıdakıları əhatə edir:
Əmtəə istehsalı və xidmətin göstərilməsi.
İstehsal və xidmət sferasında informasiya fəaliyyəti.
Sahibkarlıq fəaliyyətinin həyat keçrilməsində vasitəçilik xidmətinin rolu çox böyükdür. Vasitəçilik xidmətinin köməyi ilə istehsal edilmiş məhsulun daha az xərclərlə alıcılara çatdırılması işləri görülür. Bu isə müəsisələrdə məhsulların hərəkətinə və onun satışına köməklik edir. Həmən fəaliyyət növü marketinqin təşkili və reallaşdırılması prosesində həyata keçrilir.
Marketinq vasitəçilərinin tərkibinə: ticarət vasitəçiləri, nəqliyyat, sığorta, maliyyə-kredit strukturları, yarmarkalar, reklam, konsaltinq firmasları və s. daxildir.
Sahibkarlığın məzmunu və onun həyata keçirilməsi hüdudları bilavasitə sahibkarlıq fəaliyyətinin formaları və növləri ilə sıx əlaqədardır. Sahibkarığın 4 əsas növü vardır:
İstehsal
Kommersiya
Maliyyə
Konsaltinq
Sahibkarlıq fəaliyyəti aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:
Fəaliyyət sferasına görə (istehsal sferası, kommersiya sferası)
Təşkilati-hüquqi statusuna görə:
Hüquqi şəxsi müəyyən edilmiş sahibkarlıq fəaliyyəti
Xüsusi müəsisə
Kəndli-fermer təsərüfatı
Məhdud məsuliyyətli cəmiyyət
Qapalı yaxud açıq səhmdar cəmiyyət
Müştərək müəsisə
3. Mülkiyyət mənsubiyyətinə görə:
4. Mülkiyyətçilərin miqdarına görə:
Fərdi
Ailəvi
Kollektiv
Qarışıq, birgə
5. İstehsal miqyasına və işçilərin sayına görə:
Kiçik müəsisə
Orta müəsisə
İri müəsisə
6. Ərazi prinsipinə görə:
Sahibkarlıq fəaliyyəti növlərini aşağıdakı kimi təsnifləşdirmək olar:
İstehsal sferası
İstehsal (məhsul istehsalı və xidmətlərin göstərilməsi)
İnnovasiya
İnformasiya
Kommersiya sferası
Ticarət
Ticarət-tədarük
Ticarət-vasitəçi
Əmtəə birjaları
Maliyyə sferası
Bank
Sığorta
Audit
Lizinq
Fond birjaları
Konsultativ sfera
Ümumi idarə etmə
İnzibatçılıq
Maliyyənin idarə edilməsi
Marketinq
İnformasiya texnologiyası
Sahibkarlıq fəaliyyətinin çox geniş və əhatəli olan növlərini marketinq fəaliyyəti də adlandırırlar. Çünki marketinq fəaliyyəti sahibkarlıq sferasının istənilən çərçivəsində həyata keçrilir. Marketinq fəaliyyətini sahibkarlıq fəaliyyətinin sərbəst bir növü kimi, həm də sahibkarlıq və istehsal fəaliyyətlərinin bütün həlqələrində güclərin inteqrasiya funksiyasını icra etməklə qarşıya qoyulmuş məqsədə çatdırılmasını təmin edən əsas vasitə kimi çıxış edir.
Dostları ilə paylaş: |