İnklüziv Təhsil



Yüklə 67,62 Kb.
səhifə1/4
tarix19.04.2023
ölçüsü67,62 Kb.
#100760
  1   2   3   4
İNKL.müh 1


MÜHAZİRƏ № 1

İnklüziv Təhsil” fənninin məqsədi, vəzifəsi və əhəmiyyəti. İnklüziv təhsil anlayışı. İnklüziv təhsilin fəlsəfəsi. Təhsildə xüsusi ehtiyaclar anlayışı.




Plan:
1.İnklüziv təhsil anlayışı və təhsilin fəlsəfəsi, tarixi
2.“İnklüziv Təhsil” fənninin məqsədi, vəzifəsi və əhəmiyyəti.
3. Təhsildə xüsusi ehtiyaclar anlayışı. İnklüziv Təhsil üzrə beynəlxalq və yerli təcrübə.


1. İnklüziv təhsil anlayışı və təhsilin fəlsəfəsi, tarixi
İkluziya,inkuziv təhsil və onun tarixi”
İnkluziya ingilis dilindən tərcümədə “daxil olma”, “qoşulma” deməkdir. İnkluziya sağlamlıq imkanları məhdud olan təhsil alanların öz güclərinə inamlarını artırmağa, həmçinin onları digər uşaqlarla birgə məktəbdə təhsil almağa stimullaşdıran cəhddir. İnkluziya yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqların cəhdlərini həyata keçirməyə kömək etmir. Belə uşaqlar sırasına həmçinin müxtəlif mədəniyyətlərə malik, həyat tərzlərinə görə bir-birindən fərqlənən, başqa dillərdən olan, təhsilə müxtəlif maraqları və imkanları olan uşaqları da aid etmək olar.
İnkluziv təhsil bütün təhsil alanlara böyü, məktəbəqədər və məktəb həyatında uşaq baxçası, maktəb və universitet kollektivində iştirak etməyə imkan verir. Bu təhsil sistemi təhsil alanların bərabər hüquqluluğunu, kollektivin bütün işlərində iştirakını stimullaşdırmağa yönəldilmiş resurslara malik olub, təhsil alanlara ünsiyyət üçün lazım olan qabiliyyətlərin inkişafına yönəldilmişdir. İnkluziya və inteqrasiya anlayışları arasındakı fərqə baxaq. “Bu anlayışlar eynidirlərmi?” sualına cavab kəskin olaraq “yox”dur. İnteqrasiya şagirdlərin məktəbin xüsusiyyətlərinə uyğunlaşdırılması prosesidir. İnkluziyada isə məktəb şagirdlərə, onların təhsil ehtiyaclarına uyğun şəkildə dəstək vermək üçün tədris istiqamətini qurur.
Məhdud imkanları olan uşaqların təlim və təhsil prosesinin tarixi dövrünü üç mərhələyə ayırmaq olar: I. XX əsrin əvvəlləri və 60-cı illərin ortaları -“tibbi model” → seqreqasiya. II. XX əsrin 60-cı illərinin ortalarından 80-ci illərin ortalarına qədər-“normallaşdırma modeli” → inteqrasiya III. XX əsrin 80-ci illərinin ortalarından hazırki dövrə qədər - “sosial model” → qoşulma. İctimai həyatın humanistləşməyə meyl cəhdi dünya müharibələrindən sonra vəhşiliyə və dəhşətə cavab kimi başlamışdır. Bəşəriyyət bütün dünyaya təsir edəcək bir üsul axtarırdı və bu üsullardan birincisi BMT-nin yaradılması oldu. BMT-nin bu istiqamətdə olan bir neçə hüquqi aktlarını sadalayaq: “İnsan hüquqlarının ümumi Bəyannaməsi” (1948), “Uşaq hüquqları Bəyannaməsi” (1959), “Uşaq hüquqları barədə Konvensiya” (1989), “Uşaqların hüquq və müdafiəsinin təmin edilməsinin ümumdünya Bəyannaməsi” (1990), “Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair standart qaydalar” (1993) və nəhayət 1994-cü ildə Salamankada inkluziv təhsilin inkişafı üçün qəbul edilmiş Bəyannamə. “ Məktəblər bütün uşaqları, onların fiziki, intellektual, sosial, emosional, dil və digər xüsusiyyətlərinə baxmayaraq, qəbul etməlidir. Bu, əqli və fiziki ləngiməsi olan, xüsusi istedada malik olan, kimsəsiz, işləyən uşaqlara...etnik və mədəni azlıqlara mənsub olan uşaqlara da aiddir...”

Yüklə 67,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin