Mexaniki qüvvələr



Yüklə 78,25 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix29.12.2021
ölçüsü78,25 Kb.
#48849
  1   2
Mexaniki qüvvələr — Vikipediya



Mexaniki qüvvələr

Mexaniki qüvvələr — Təbiətdə müxtəlif növ qüvvələrə rast gəlinir: 

cazibə qüvvəsi

elektrik və



maqnit qüvvələri

elastik qüvvə



səthi gərilmə qüvvəsi

sürtünmə qüvvəsi



 və s. Sadaladığımız

bu qüvvələrin adları onların təzahür formaları ilə əlaqədardır. Məsələn, səthləri bir-birinə

toxunan iki 

cisimdən


 biri digərinə nəzərən nisbi hərəkət edərsə onlar arasında yaranan təsir

qüvvəsi sürtünmə qüvvəsi, uzanmış elastiki cismi ilk vəziyyətə qaytarmağa çalışan qüvvə

elastiki qüvvə, sükunətdə olan iki yüklü hissəcik arasında yaranan təsir qüvvəsi elektrik

qüvvəsi adlanır. Lakin hadisələrin mahiyyəti ilə dərindən tanış olduqda adını çəkdiyimiz bu üç

qüvvənin eyni bir təbiətə - elektromaqnit təbiətinə malik olduğuna inanmaq olar.

[1]


Meydanagəlmə xüsusiyyətlərinə görə qüvvələri iki qrupa bölmək olar: birbaşa təmasla

meydanagələn qüvvələr və sahə qüvvələri. Deyilənləri əyani təsəvvür etmək üçün şəkil 1-ə

nəzər salaq. Yayı uzatmaq və arabacığı hərəkət etdirmək üçün yayı və arabacığı dartmaq, qol

vurmaq üçün isə topa birbaşa zərbə endirmək lazımdır. Göründüyü kimi, hər üç halda yalnız

təsirə məruz qalan cisimlə birbaşa təmasda olmaqla onları hərəkətə gətirmək mümkündür.

[2]


Bununla bərabər birbaşa təmasda olmayan cisimlər arasında da təsir qüvvələri mövcuddur.

Məsələn, bir-birindən kifayət qədər uzaqda yerləşmiş 

göy cisimləri

 arasında, müxtəlif işarəli

elektrik yükləri daşıyan cisimlər arasında, dəmirlə maqnit arasında qarşılıqlı təsir qüvvələrinin

mövcud olduğu hər kəsə məlumdur.

[2]

Təsir göstərən bütün qüvvələri təbiətlərinə görə qruplaşdırsaq təbiətdə cəmi dörd növ



qüvvənin mövcud olması nəticəsinə gələrik. Fundamental qüvvələr adlanan həmin qüvvələr

bunlardır

[1]

Qravitasiya qüvvəsi



 universal qüvvədir. Bu qüvvə istər neytral cisimlər, istərsə də elektrik yüklü

cisimlər arasında mövcuddur. Qravitasiya qüvvəsinin qarşılıqlı təsirdə olan cisimlərin

Qravitasiya (cazibə) qüvvəsi



kütlələrindən və onlar arasındakı məsafədən asılılığı hələ XVII əsrdə 

Nyuton


 tərəfindən

müəyyənləşdirilməsinə baxmayaraq onun təbiəti bu günədək tam aydın deyildir.

Qravitasiya qarşılıqlı təsir hələlik belə izah edilir: hər bir cisim, məsələn Şəkil 2-dəki 1-cismi öz

ətrafında qravitasiya sahəsi yaradır. Bu sahəyə gətirilmiş istənilən digər cismə (Şəkil 2-dəki

ikinci cismə) sahə tərəfindən 

 qravitasiya qüvvəsi təsir edir. Yaxud bunun tərsi: 2 cismi öz

ətrafında qravitasiya sahəsi yaradır, bu sahədəki 1 cisminə sahə tərəfindən 

qüvvəsi təsir

edir. Nyutonun üçüncü qanununa müvafiq olaraq bu qüvvələr qiymətcə bərabər, istiqamətcə

əksdirlər: 

Qravitasiya qüvvəsi

 uzaq təsirli qüvvədir. Çünki bu qüvvənin qiyməti məsafənin kvadratı ilə

tərs mütənasib olduğundan onun təsir radiusu kifayət qədər böyükdür. Qravitasiya qüvvəsi 4

növ fundamental qüvvələrdən ən zəifidir.

[2]

Elektromaqnit qarşılıqlı təsir qüvvəsi elektrik yüklü hissəciklər arasında mövcuddur. Başqa



sözlə desək, bu qüvvə yüklərin elektrik və maqnit qarşılıqlı təsir qüvvəsidir. 

[1]


Elektromaqnit

qüvvəsinin təsiri elektromaqnit sahəsi vasitəsilə olur. Məsələn, sükunətdə olan iki yüklü

hissəcik arasında mövcud olan Kulon qarşılıqlı təsiri (cazibə, yaxud itələmə) bu yüklər

tərəfindən yaradılan elektrostatik sahə vasitəsilə reallaşır. Hərəkətdə olan elektrik yükləri

arasındakı qarşılıqlı təsir isə bu yüklərin yaratdığı cərəyanın maqnit sahəsi vasitəsilə olur.

Qravitasiya qüvvəsi həmişə cazibə qüvvəsi olduğu halda, elektromaqnit qarşılıqlı təsir qüvvəsi

cazibə və itələmə təsiri yaradır. Elektromaqnit qarşılıqlı təsir qüvvəsi də məsafənin kvadratı ilə

tərs mütənasib olduğundan uzaqtəsirlidir. Bu qüvvə qravitasiy qüvvəsindən çox böyükdür.

Buna kiçik hesablama aparmaqla inanmaqolar. Sükunət 

kütləsi


 

 olan


və vakuumda yerləşmiş iki elektron arasındakı qravitasiya qüvvəsinin elektrik qüvvəsinə

nisbəti


 olur. 

[2]


Deməli, müəyyən 

məsafədə


 yerləşən iki elektron arasındakı elektrostatik qüvvə onlar

arasındakı qravitasiya qüvvəsindən müqayisə olunmayacaq (

 dəfə) dərəcədə böyükdür.

Bu səbəbdən yüklü hissəciklərin qarşılıqlı təsirini öyrənərkən onlar arasındakı qravitasiya

qüvvəsini nəzərə almamaq olar. Elektromaqnit qüvvələrinin təsir sahəsi çox genişdir. Bu

qüvvələr demək olar ki, hər yerdə həlledici rol oynayır. 

Atom

 və 


molekulun

 quruluşunun

Elektromaqnit qüvvə



müəyyənləşməsində, ümumiyyətlə maddənin bütün 

aqreqat hallarının

 mövcudluğunda

elektromaqnit qüvvələrinin böyük rolu danılmazdır.

[2]

Güclü qarşılıqlı təsir qüvvəsi nüvədəki 



neytron

 və 


protonlar

 arasındakı təsir qüvvəsidir. Elə

buna görə də həmin 

qüvvəni


 çox zaman 

nüvə qüvvəsi

 adlandırırlar. Buradan heç də belə

nəticə çıxarmaq olmaz ki, güclü qarşılıqlı təsir qüvvəsi yalnız nüvə daxilində, özü də neytron

və proton arasında mövcuddur. Güclü qarşılıqlı təsir qüvvəsinin təsir 

radiusu


 çox kiçikdir,

yalnız hissəciklər arasında 

 sm tərtibli məsafədə təsir göstərir, başqa sözlə desək

yalnız atom nüvəsi hüdudlarında təsir göstərir. Hissəciklər arasındakı məsafə

 sm

məsafəyədək böyüdükdə, yəni bu məsafə atom radiusunun min mislinə bərabər olduqda



güclü qarşılıqlı təsir qüvvəsi demək olar ki sıfırdır.Şübhəsiz ki, hissəciklər arasındakı məsafə 

 santimetrdən böyük olduğu bütün hallarda

güclü qarşılıqlı təsir qüvvəsindən söhbət gedə bilməz. Təsir radiusu kiçik olduğundan bu

qüvvə yaxıntəsirli qüvvə adlanır. Güclü qarşılıqlı təsir qüvvəsi fundamental qüvvələrin adını

çəkdiyimiz hər ikisinə (qravitasiya və elektromaqnit) nəzərən böyükdür. Ümumiyyətlə, güclü

qarşılıqlı təsir qüvvəsi 

təbiətdə

 mövcud olan fundamental qüvvələrdən

ən böyüyüdür. Elə bu səbəbə görə nüvə daxilindəki protonlar arasındakı itələmə qüvvəsi

(elektrostatik təsir qüvvəsi) onlar arasındakı nüvə qüvvəsinə (cəzb) üstün gələ bilmir. Əks

halda nüvədəki protonlar bir-birini itələyərək nüvənin dayanıqlığını pozardı. Güclü qarşılıqlı

təsir qüvvəsi də qravitasiya qüvvəsi kimi hissəciklərin elektrik yüklü olub-olmamasından asılı

deyildir.

[2]


Zəif qarşılıqlı təsir qüvvəsi 

elementar hissəciklərin

 qarşılıqlı çevrilməsi zamanı təsir göstərən

qüvvədir. Bu qüvvə 

qravitasiya qüvvəsindən

 böyük olsa da 

elektromaqnit

 qarşılıqlı təsir

qüvvəsindən çox kiçikdir. Zəif qarşılıqlı təsir qüvvəsi də qısa 

radiuslu


 (yaxın təsirli) qüvvədir.

Onun təsir radiusu 

 sm-dən kiçikdir. Qeyd etdiyimiz kimi, nüvə qüvvəsi fundamental

qüvvələr içərisində ən güclüdür.

İntensivliyinə görə bu qüvvə elektromaqnit qüvvəsindən 100, zəif qarşılıqlı təsir qüvvəsindən 

, qravitasiya qüvvəsindən isə 

 dəfə böyükdür.

Təsir məsafələri çox kiçik olan güclü və zəif qarşılıqlı təsir qüvvələri 

Nyuton

 

mexanikasında



heç bir rol oynamır.

[2]


 Bunun səbəbi odur ki, güclü və zəif qarşılıqlı təsir qüvvələrinin mövcud

Nüvə qüvvələri, yaxud güclü qarşılıqlı təsir qüvvəsi

Zəif qarşılıqlı təsir qüvvəsi




Yüklə 78,25 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin