Biologiya fakültəsində tədris olunan“Ümumi fizika ”
kursunun proqramı (30 saat)
Mexanika. Maddi nöqtənin düzxətli bərabərsürətli hərəkəti. Əyrixətli hərəkətin kinematikası. Bucaq sürəti və bucaq təcili. Onlar arasında əlaqə. Normal və tangensial təcil. Qaliley çevirmələri. Nisbilik prinsipi. Nyuton qanunları. Cismin kütləsi və impulsu. Qüvvə. Maddi nöqtələr sisteminin impulsunun saxlanma qanunu. Kütlə mərkəzi. Kinetik və potensial enerji. Enerjinin saxlanma qanunu. Cisimlərin elastik və qeyri-elastik toqquşması. Iş, güc, enerji və vahidləri. İşin qrafik təsviri. Ağırlıq qüvvəsinin işi. Ümumdünya cazibə qanunu. Elastik qüvvə. Huk qanunu. Yunq modulu. Qüvvə momenti. Ətalət momenti. Ətalət momentinin saxlanma qanunu. Fırlanma hərəkətinin dinamikasının əsas tənliyi. Fırlanan cismin kinetik enerjisi. Tərpənməz ox ətrafında fırlanma hərəkətinin kinematikası. Impuls momentinin saxlanması qanunu.
Mayenin hərəkəti. Kəsilməzlik teoremi və Bernulli tənliyi.
Harmonik rəqslər. Dalğalar. Rəqs tənliyi. Harmonik rəqsin sürəti, təcili, qüvvə və enerjisi. Bir düz xətt üzrə və peprpendikulyar yayılan rəqslərin toplanması. Dalğaların interferensiyası. Durğun dalğalar.
Molekulyar fizika. Molekulyar-kinetik nəzəriyyənin əsas müddəaları və tənlikləri. İdeal qazın modeli.Ideal qazın hal tənliyi. Temperatur anlayışı. İzoproseslər(izotermik, izoxorik və izobarik proseslər). Universal qaz sabiti və onun fiziki mənası. Daxılı enerji. Potensial sahədə qaz molekullarının paylanması (Bolsman paylanması). Barometrik düstur. Qaz molekullarının orta sürəti. Molekulların sürətlərə görə paylanması. Maksvel paylanması. Broun hərəkəti. Qazın gördüyü iş. Daxili enerji. Qazların istilik tutumu. Qazlarda köçürmə hadisələri (diffuziya, istilikkeçirmə, daxili sürtünmə). Termodinamlkanın I qanunu. İstilik tutumunun növləri. Mayer düsturu. Adiabatik proses. Adiabat tənlikləri. İzotermlər. Politropik proses. Entropiya. İzoproseslərdə görülən iş. Termodinamikanın II qanunu. F.İ.Ə. Karno tsikli.. Entalpiya, sərbəst enerji. Molekullar arasındakı qüvvələr. Real qazlar. Buxarlanma və kondensasiya, qaynama.Ərimə və bərkimə. Van-der-Vaals tənliyi. Mayelərdə molekulyar qüvvələr. Molekulyar təzyiq. Səthi gərilmə. Mayenin əyri səthi altındakı təzyiq. Kapilyar hadisəlıər.
Elektromaqnetizm. Eləktrik sahəsi. Elektrik yükü. Kulon qanunu Elektrik sahəsinin intensivliyi. Superpozisiya prinsipi. Ostraqradski-Qauss teoremi. Elektrik sahəsinin potensialı. Elektrik tutumu. Müstəvi kondensator. Elektrik sahəsinin enerjisi. Cərayan şiddəti. Sabit cərəyanın işi və gücü. Müqavimət. Dövrə hissəsi və tam dövrə üçün Om qanunu. Coul-Lens qanunu. Kirxhoff qaydaları. Elektroliz.
Maqnit sahəsi. Maqnit sahəsinin intensivliyi. Maqnit induksiyası. Amper qüvvəsi. Bio-Savar – Laplas qanunu. Amper düsturu. Lorens qüvvəsi. Elektromaqnit induksiyası. Lens qaydası. Maqnit seli. Öz-özünə induksiya. İnduktivlik. Maqnit sahəsinin enerjisi. Dairəvi cərəyan. Dəyişən cərəyan. Dəyişən cərəyan üçün Om qanunu.
Elektroliz. Faradey qanunları. Qazlarda elektrik cərəyanı.
Elektrik rəqsləri və elektromaqnit dalğalar.
Optika. İşığın təbiyəti və yayılma sürəti. İşığın qayıtma qanunu. İşığın sınma qanunu. Tam daxılı qayıtma. Ferma prinsipi. Fotometrik kəmiyətlər.
Koherentlik. İşığın interferensiyası. İnterferensiyanın maksimum və minimum şərtləri. Eyni qalınlıqdan interferensiya. Nyuton həlqələri. Interferensiya zolaqlarının eni. İşığın difraksyası. İHüygens- Frenel prinsipi. Puasson ləkəsi. Frenel zonaları zona löhvəsi. Difraksiya qəfəsi. Difraksiya spektri. Rentgen şualarının difraksiyası. Vulf-Breq düsturu. Işığın dispersiyası. Normal və anomal dispersuya. Dispersiyanın elektron nəzəriyəsi. Prizmada şuanın yolu. İşığın polyarlaşması. Malyus qanunu. Bryuster bucağı. Polyarizator və analizator. Qoşa şüasınma. Polyarlaşma müstəvisinin fırlanması. Polyarimetriya. Hüceyrənin polyarlaşmış işıqla tədqiqi. İşığın ududlması. Buger qanunu. İşığın səpilməsi. Reley qanunu.
Fotoeffekt. Stoletov qanunları. Eynşteyn düsturu. Fotocərayan. İstilik şuanlaması qanunları. Kirxhof qanunu. Stefan-Bolsman və Vin qanunları. Şüalanmanın kvant xarakteri. Plank düsturu. Günəşin şüalanması. Müalicə məqsədi ilə istifadə olunan istilik şüalanma mənbələri. Orqanizmin istilik verməsi. İnfraqırmızı vı ultrabənövşəyi şüalanma və onların təbabətdə tətbiqi.
Dalğa optikasından həndəsi optikaya keçid. Linzalar. Güzgülər. Optik sistemlərin nöqsanları. Göz optik sistem kimi. Bioloji mikroskop, onun ayırdetmə qabiliyyəti və böyütməsi. Lif optikası və onun tibb cihazlarda tətbiqi. Lüminessensiya və fotolüminessensiya. Flüoressensiya və fosforossensiya. Bioloji sistemlərdə fotolüminessensiya. Koherent işiq mənbələri-lazerlər. Lazerlərin iş prinsipi və təbabətdə tətbiqi.
Optik kvant generatorları (lazerlər).
Atom fizikası. Təcrid olunmuş atomun spektri. Tomson modeli. Rezefordun nüvə modeli. Kütlə defekti. Frank-Hers təcrübəsi. Bor postulatları. Hidrogen atomunun spektral seriyaları. Elektron təbəqələrinin quruluşu. Təbii radioaktivlik.
Dostları ilə paylaş: |