ÇEVRƏ VƏ DAİRƏ
§1. Çevrə. Dairə
M üstəvinin verilmiş nöqtəsindən eyni məsafədə yerləşən nöqtələr çoxluğunun əmələ gətirdiyi fiqura çevrə deyilir. Bu nöqtə çevrənin mərkəzi, məsafə isə radiusu adlanır. (O-mərkəz, OA=r-radius) (Şək. 71)
Ç evrənin iki nöqtəsini birləşdirən parçaya vətər deyilir. Mərkəzdən keçən vətərə diametr deyilir. BC vətər, AD isə diametrdir (d=2r) (Şək. 72)
Çevrənin kəsişən vətərlərinin xassəsi:
Ç evrənin iki vətəri kəsişirsə, kəsişmə nöqtəsinin birinci vətərdən ayırdığı parçaların hasili ikinci vətərdən ayırdığı parçaların hasilinə bərabərdir: (Şək. 73)
Bir nöqtədən çevrəyə çəkilən kəsənlərin xassəsi:
P nöqtəsindən çevrəni uyğun olaraq A, B və C, D nöqtələrində kəsən iki düz xətt çəkilərsə, bərabərliyi doğrudur. (Şək. 74)
Çevrə hissəsinə qövs deyilir, məsələn, AnB. Bu zaman deyilir ki, AB vətəri AnB və AmB qövslərini gərir və ya bu qövslər AB vətərinə söykənir. (Şək. 75)
Müstəvinin verilmiş nöqtəsindən məsafələri verilmiş məsafədən böyük olmayan bütün nöqtələri çoxluğuna dairə deyilir. Verilmiş nöqtəyə dairənin mərkəzi, verilmiş məsafəyə dairənin radiusu deyilir.
Dostları ilə paylaş: |