1. Meşə meliorasiyası fənninin əsas məqsədi və obyekti. Meşə meliorasiyası fənninin qarşısında duran başlıca vəzifələr



Yüklə 105,73 Kb.
səhifə1/4
tarix25.12.2023
ölçüsü105,73 Kb.
#196140
  1   2   3   4
meşə melior. 1


Mövzu 1
Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri.
Plan:
1. Meşə meliorasiyası fənninin əsas məqsədi və obyekti.
2. Meşə meliorasiyası fənninin qarşısında duran başlıca vəzifələr.
3. Meşə meliorasiya fənninin digər elm sahələri ilə əlaqəsi.


Meliorasiya quru torpaqları suvarmaqla və ya həddindən artıq rütubətli torpaqları qurutmaqla torpağın münbitliyini yaxşılaşdırmaq üçün yerinə yetirilən kənd təsərrüfatı tədbiridir. Meliorasiyanın məqsədi kənd təsərrüfatında daha davamlı məhsul əldə etmək və meşə bitkilərinin məhsuldarlığını artırmaqdır.
Meliorasiya (lat. melioratio - yaxşılaşdırmaq) — torpaqların faydalı istifadəsi üçün yararlı olmayan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş təsərrüfat və texniki tədbirlər sistemi: əsasən torpağın su, hava, qida və istilik rejimlərini nizamlamaq yolu ilə həyata keçirilir.Tətbiq sahəsinə görə meliorasiya üç əsas qrupa bölünür:
Su rejimi əlverişli olmayan torpaqların meliorasiyası - Bataqlıq, su basmış torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra sahələrinin meliorasiyası. Buraya izafi nəmliyə qarşı mübarizə tədbiri kimi qurutma meliorasiyası, quraqlığa qarşı suvarma meliorasiyası (irriqasiya) daxildir.
Əlverişli olmayan fiziki-kimyəvi xassələrə malik (şorakətli, şor, ağır gilli, lilli) torpaqların meliorasiyası. Bu qrupa şor torpaqların duzsuzlaşdırılması və şorakətli torpaqların kimyəvi meliorasiyası daxildir.
Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların meliorasiyası. Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi, sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin meliorasiyası.
Qurutma, duzsuzlaşdırma və kimyəvi meliorasiyasıda əsas mübarizə tədbiri ərazinin drenlənməsi, suvarma meliorasiyasında isə əsas tədbir suvarma şəbəkəsinin yaradılması və onun su mənbəyinə birləşdirilməsidir. Hər iki halda torpağın su-duz rejimi normal saxlanmalı, lazımi aqrotexniki, fitomeliorasiya və hidrotexniki üsullarla aparılır.
Meşə meliorasiyası təbii şəraiti yaxşılaşdırmaq, onları insanlar üçün lazım olan istiqamətdə dəyişdirmək üçün meşə ağaclıqlarının yetişdirilməsi nəzəriyyəsini və praktikasını özündə birləşdirən tədbirlər sistemidir. Meşə meliorativ ağaclıqları yetişdirilərkən, adi meşə bitkilərindən fərqli olaraq, əsas məqsəd oduncaq və ya digər meşə məhsulları əldə etmək deyil, təbii şəraiti yaxşılaşdırmaq, xalq təsərrüfatına ziyan vuran əlverişsiz təbiət hadisələrinin qarşısını almaq və ya onlarla mübarizə aparmaqdan ibarətdir.
Meliorasiya yaxşılaşdırma, yararlı hala salma mənasında olub təbii komponentlərin istifadəsi üçün yararlı olmayan və yaxud az yararlı olan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər sistemi olduğundan bütün ölkələr inkişaf səviyyəsindən asılı olaraq onun həyata keçirilməsində müəyyən rol oynayırlar.
Meşəl meliorasiyasına aşağıdakı məsələlər daxildir: 1. Tarlaqoruyucu meşələr. 2. Torpaq eroziyası və ona qarşı mübarizə. 3. Qumlar, onların möhkəmlənməsi və mənimsənilməsi. 4. Nəqliyyatda qoruyucu meşə ağaclıqları.
Meşə meliorasiyası elmi meşələrin torpaq mühafizəsi, su tənzimləyici və digər ekoloji mühafizə və ətraf mühiti dəyişdirici xüsusiyyətlərindən istifadə edilməsinə əsaslanır.
Meşə meliorasiyası tədbirləri hesabına həddən artıq rütubətli torpaqların qurudulmasına, qrunt sularının səviyyəsinin aşağı salınmasına, qum təpələrinin və dağ yamaclarının bərkidilməsinə, insanlar tərəfindən pozulmuş landşaftların bərpasına və s. nail olunur

Kursun məqsədi quraqlığa, isti küləklərə, torpağın deqredasiyasına və hava şəraitinin digər mənfi təzahürlərinə qarşı mübarizədə və yüksək məhsuldar aqro-meşə landşaftlarının yaradılmasında, bağ-park təsərrüfatlarının idarə olunmasında ən mühüm vasitə kimi aqromeliorasiya tədbirlərindən istifadə etmək üçün zəruri olan nəzəri bilik və praktiki bacarıqların əldə edilməsidir.


Kursun vəzifəsi aqromeliorasiyanın nəzəri əsaslarını, qoruyucu əkinlərin vəziyyətinin qiymətləndirilməsi üzrə praktiki bacarıqların əldə edilməsi, bu əkinlərin vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin işlənib hazırlanmasını öyrənməkdən ibarətdir
Meliorasiya quru torpaqları suvarmaqla və ya həddindən artıq nəm torpaqları qurutmaqla torpağın münbitliyini yaxşılaşdırmaq üçün yerinə yetirilən kənd təsərrüfatı tədbiridir.
Meliorasiyanın məqsədi kənd təsərrüfatında daha davamlı məhsul əldə etmək və meşə bitkilərinin məhsuldarlığını artırmaqdır.
Kənd təsərrüfatı istehsalatında torpaqdan müvəffəqiyyətlə istifadə etməkdən ötrü ictimai-iqtisadi şəraitdən başqa, iqlim, torpaq, hidrogeoloji şəraitin də olması lazımdır. Göstərilən şərait bəzi torpaqlarda təbii olaraq mövcudur, digər yerlərin torpaqlarında isə belə şərait insanlar tərəfındən təmin ediməlidir ki, bu da həmin yerlərin əlverişli olmayan təbiətinin kökündən dəyişdirilərək yaxşılaşdırılmsı və ya meliorasiyası yolu ilə mümkündür.
Torpaqların münbitliyini yüksəltmək, sabit və bol kənd təsərrüfatı məhsulları götürmək üçün lazım olan rütubətin çatışmadığı müşahidə olunan sahələrin torpaqlarında su və bununla əlaqədar olan istilik və qida rejimlərinin nizamlanması suvarma meliorasiyasının əsas məsələsi hesab edilir.
Kənd təsərrüfatını inkişaf etdirmək üçün meliorasiya işlərinin aparılması bilavasitə konkret təbii şəraitdən asılıdır. Ona görə də meliorasiya işlərinin növü, metodu və həcmi həmin ərazinin təbii şəraiti və təsərrüfat-iqtisadi şərtlərinə görə təyin edilir.
Meliorasiyanın tətbiqi ilə insanların təsərrüfat tələblərinə uyğun olaraq ərazinin təbii şəraitinin dəyişilməsi və yaxşılaşdırılması mümkündür. Bu isə müəyyən ölkənin ictimai quruluşundan, istehsal münasibətlərindən, istehsal qüvvələrinin inkişaf səviyyəsindən xeyli asılıdır.
Torpağın münbitliyi ən çox su və hava rejimindən asılıdır. Bununla əlaqədar olaraq, bitkiləri arasıkəsilmədən münbitlik amilləri ilə təmin etməkdən ötrü torpaqda bitkilərin tələb etdiyi miqdarda su olmalıdır. Bəşəriyyətin gələcək taleyi üçün mühüm problemlərdən biri də insanların ərzaq və qida məhsulları ilə təmin olunma problemidir. Bu məsələ insanların əmələ gəldiyi gündən mövcud olmuşdur. Belə ki, dünyanın bir sıra ölkələrində ərzaq problemi gündən-günə kəskinləşir, milyonlarla insan aclıq çəkir. Buna səbəb ilk növbədə torpaqdan istifadə cəmiyətdəki ictimai-iqtisadi şəraitdən böyük nöqsanlar, insanın istehsal fəaliyyəti nəticəsində torpağın məhsuldarlığının kəskin aşağı düşməsi və digər antropogen mənşəli pozuntulardır.
Torpağın korlanması, onun yararlı hissələrinin sıradan çıxması istər kənd təsərrüfatı sahəsində çalışan alimləri, istərsə də torpaqla məşğul olan hər bir insanı narahat edən problemlərdir. Son illərdə ölkəmizdə münbit topraq örtüyünə malik olan kənd təsərrüfatı bitkiləri əkilən suvarılan sahələr genişləndirlmişdir. Suvarılan torpaqlardan səmərəli istifadə etmək işində yol verilən nöqsanlar, suvarma normalarma əməl edilməməsi, suvarma şəbəkələrinə yarıtmaz xidmət, torpaq sahələrinin dövriyyədən çıxmasına gətirib çıxarmışdır.
Hazırda kənd təsərüfatı sahəsində qarşımızda duran əsas vəzifə bütün mədəni bitkilərin məhsuldarlığını artırmaq və əkin sahələrini genişləndirməkdən ibarətdir. Bu xeyli vaxtdır istifadə olunan torpaqların münbitliyinin artırılması və münbitliyi az olan torpaqların əsaslı surətdə yaxşılaşdırılması yollarını öyrənməyi tələb edir.
Münbit torpaq örtüyünə malik olan ölkəmizdə son zamanlar suvarma şəbəkələri xeyli genişləndirilmiş Mil,Muğan,Şirvan,Qarabağ düzlərində uzun illərdən bəri istifadəsiz qalmış və ya az istifadə olan ərazilər həyata gətirilmiş, xeyli torpaq sahələri kənd təsərrüfatı istehsalı dövriyyəsinə daxil edilmişdir.
Bu işlərin yerinə yetirilməsində meliorativ və suvarma əkinçilik elminin böyük rolu vardır. Ölkədə yararsız və səmərəli istifadə olunmayan torpaqlar daşlıq, kolluq, şoran, şorakət, bataqlıq, susuz səhralar,mədən tullantıları altında qalan sahələr, neftlə çirlənmiş torpaqlar, az məhsuldar çəmənlər, otlaqlar və biçənək sahələri, qrunt suları səthə yaxın olan yerlər və s. olduqca çoxdur. Buna görədə hər bir təsərrüfatda meliorativ tədbirlər intensiv torpaq yaxşılaşdırıcı və təbiəti mühafızə əsasında aparılmalıdır.
Torpaqların qorunması, onun məhsuldarlığının artırılması və keyfıyyəti korlanmış torpaqları məhsuldar hala salmaq kimi tədbirləri sürətlə həyata keçirmək günün aktual məsələsidir. Sənayenin, şəhərsalmanın, xüsusən bizim ölkədə neft sənayesinin və tikinti materiallarının istehsalının, torpağın bioloji məhsuldarlığına təsiri o qədər böyükdür ki, əsrin ən böyük vacib məsələləri, yəni havanın, suyun, meşənin qorunması ilə yanaşı, yer qabığının qorunmasını da ən vacib məsələ kimi qarşıya qoyur.
Şəhərlərin salınması, onun genişləndirilməsi, şəhər kommunikasiyaların tikilməsi, şəhərlər ətrafında iri və orta sənaye obyektlərinin tikilməsi torpaq ehtiyatlarının sürətlə sıradan çıxmasına səbəb olur. Sənaye obyektləri tutduqları sahədən əlavə öz zərərli tullantıları, tüstü, toz hissəcikləri ilə 15-20 km diametrdən çox məsafədə torpaq örtüyünü sıradan çıxarır, hətta o yerlər örüş üçün yararsız hala düşür.
Ancaq yer səthində torpaq örtüyünün qorunması o demək deyildir ki, kəşfıyat işlərinin, xətti tikinti sisteminin, təbii sərvətlər və faydalı qazmtılar kəşfıyatı və istismarını dayandırmaq lazımdır. Bütün bunlar sənayenin işi üçün həqiqətən vacibdir.
Məhsuldar torpaqları qorumaq üçün rekultivasiya üsullarından ətraf mühitə uyğun istifadə etmək lazımdır. Rekultivasiya-mühəndis texniki, meliorativ, aqrotexniki, aqronomik və başqa tədbirlərin kompleks köməyi ilə korlanmış torpaqlarm bioloji məhsuldarlığını bərpa etmək deməkdir.
Kifayət qədər su çatışmayan yerlərdə kənd təsərrüfatı bitkilərindən yüksək keyfıyyətli və sabit məhsul götürmək üçün suvarma ən vacib, təxirə salınmaz amillərdən biridir. Torpağın digər amillərlə yanaşı su ilə sıx surətdə qarışılıqlı əlaqədə olması, bitkilər tərəfındən işığın mənimsənilməsi prosesinin sürətlənməsinə nail olur ki, bu da öz növbəsində yüksək məhsul götürülməsində mühüm rola malikdir.
Suvarma, bitkilərin torpaqdakı mineral maddələrin və torpağa verilən gübrələrin qida elementlərinin tam mənimsənilməsi üçün çox əlverişli imkan yaratmaqla bərabər, kimyalaşdırmanın tətbiqinə geniş imkan yaradır.
Meliorasiyanın başqa fənlərlə əlaqəsi: Meliorasiya elmi metereologiya, coğrafıya, geomorfologiya, geologiya, hidrogeologiya, torpaqşünaslıq, aqrokimya və s. elm sahələri ilə sıx əlaqədardır. Mühəndis-meliorativ tədbirlərin hazırlanmasında bu elm sahələrindən və onların qanunauyğunluqlarından geniş istifadə edilir. Məsələn, suvarma aparılacaq sahələrdə kənd təsərrüfatı bitkilərinin suvarma rejimini, suvarma üsullarını, suvarma texnologiyasını əsaslandırmaq üçün meteoroloji məlumatlardan, relyef, iqlim-torpaq şəraiti məlumatlarından geniş istifadə edilir. Şoran torpaqların yararlı hala salınması və şorlaşmanın qarşısını almaq üçün texniki tədbirlər sistemi tətbiq edilir. Bu tədbirlərin hazırlanmasında ərazinin torpaq, hidrologi, geoloji və hidrogeoloji şəraitini səciyyələndirən göstəricilər əsas götürülür.

Yüklə 105,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin