Süni intellektin əsasları
1. Süni intellekt nədir?
Süni intellekt – insanlarda süurlu hesab olunan məsələlərin kompüterdə həllinə imkan verən üsullar haqqında elmdir.60-cı illərdə kompüterdə həll olunan məsələlərin səviyyəsini əks etdirən müxtəlif istiqamətlərdən biri daha üstün olmuşdur.Az vaxt ərzində o,elmi istiqamətə çevrilmişdir və mütəxəssislərin diqqətini cəlb etmişdir.Həmin istiqamət 1969-cu ildə süni intellekt adı almışdır.Bu Vaşinqtonda 1-ci beynəlxalq konfransda baş vermişdir.Süni intellektin mərkəzi məsələsi kompüterləri daha faydalı etməkdir.Eyni zamanda süni intellektdə istifadə olunan prinsiplər,ümumi məntiqi yanaşmalar özünün dərk edilməsinə imkan verir.Nəzəriyyədə qeyd olunur ki,mövcud məsələlərin həll edilməsi üçün intellektual yanaşmanın bütövlüklə sistemlərə köçürülməsi və ya onlardan ümumiyyətlə imtina edilməsi əsas sayılmır.Bu üzrə tədqiqatlar əsasən 2 istiqamətdə aparılmışdır.1-ci istiqamət informasiya istiqaməti adlanır.Bəzi hallarda bu,evristik adlanır.Mahiyyəti ondan ibarətdir ki,ənənəvi intellektual sayılan sahələr üçün proqram təminatı yaradılır və həmin sahələrin avtomatlaşdırılmasına nail olunur.Bunun üçün intellekti əks etdirən proseslər proqram təminatı ilə realizə olunur.Fərz edilir ki,həmin sistemlərin intellektuallığının durmadan artırılması tələb olunan sistemlərin yaradılmasına gətirəcək.Bu istiqamətdə də qeyd olunur ki,proqram təminatının yaradılması üçün istifadə olunan yanaşmalar intellektual yanaşmalarla üst-üstə düşə bilər,yəni hər hansı bir steriativin bu istiqamətdə şərt kimi mövcudluğu istisnadır.2-ci istiqamət bionik adlanır.Bu istiqamətdə fərz edilir ki,intellektual sistemlərin yaradılması üçün yalnız intellektual proseslərin proqram təminatının vasitəsi ilə alınması əsas şərtdir,yəni bu nəzəriyyədə yanlız intellektual proseslərin avtomatlaşdırılması nəzərdə tutulur.Bəzi yanaşmalarda təklif olunur ki, intellektual proseslerin biokimyəvi səviyyədə imitasiya modelləri qurulmalıdır.Buna nail olmaq üçün süni neyron şəbəkələrindən istifadə edilməsi təklif olunur.
Beləliklə,bu istiqamətdə 1-dən fərqli olaraq proqram təminatının yaradılmasının yalnız intellektual proseslərə adaptasiya edilməsi nəzərdə tutulur.Bu istiqamətlə yanaşı nəzəriyyədə digər istiqamətlər də mövcuddur.Məsələn,onların biri hevalusiya prinsiplərinə əsaslanır.Burada qeyd olunur ki,sistemlər yalnız onda intellektual sayıla bilər ki,onlar elə məsələləri həll edə bilirlər ki,öncə bunu bacarmırdılar.Beləliklə,sistemlərin inkişafı burada hevalusiya xarakteri alır.Bu şəkildə təkmilləşmə o vaxta qədər davam edir ki,sistemin intellektuallığı təmin olunur.Hər iki istiqamətdə aparılmış tədqiqatlar müxtəlif uğurlu proqramların yaradılmasına gətirmişdir.Bəzi halllarda sistemlərin individuallığı yüksək səviyyəyə çatmışdı və inkişaf edirdi.Deyilənlər 1-ci istiqamətə daha çox aiddir.Məsələn,kimyada müxtəlif analizlərin interpretasiyası aspirant səviyyəsində aparılır.Bəzi proqram təminatı yüksək səviyyədə şahmat oynayır;səhnəni analiz edir;musiqi bəstələyir.Həmin sistemlərdə intellektuallığın artması vacib şərt olaraq saxlanılırdı.Lakin tədqiqatların aparılmasında 2 mühüm məsələ meydana gəlmişdir: 1)İntellektual adlanan proqramların intellektuallığının artma tendensiyası nə qədər davam etdirilir?Yəni məlum olmur ki,hansı sərhəddə qədər sistem intellektual deyil,həmin sərhəddən sonra isə sistemi intellektual hesab etmək olar. 2)Hər hansı problem oblastını əhatə edən sistemin digər problem oblastına adaptasiyası necə aparılmalıdır?Həmin məsələlərin analizi son nəticədə belə bir ehtimal irəli sürməyə imkan vermişdir ki,intellektual sistemlərin yaradılmasında bütün mütəxəssislər hər hansı bir vahid mövqedə çıxış etməlidirlər.
Dostları ilə paylaş: |