5. Biliklərin təsviri üsulları Ekspert sistemləri ümumi süni intellekt sistemlərindən onunla fərqlənirlər ki,onlar praktiki məsələlərin həllinə yönəlir.Bu o deməkdir ki,sistemin həll edəcəyi məsələlər yəni,onun fəaliyyət çərçivəsi öncə təyin olunmalıdır.O,bütün məsələləri hər hansı bir problem oblastında həll etməlidir.Ona görə də deyirlər ki,belə sistemlər yaradılanda problem oblastının modeli qurulmalıdır.Həmin model 2 komponentdən ibarət olur.1-ci komponent ümumi bilikləri özündə saxlayır.2-ci komponent xüsusi bilikləri özündə saxlayır.1-ci kateqoriyaya aid olan biliklər real situasiyaların müəyyən qanunauyğunluqlarını əks etdirir.2-ci kateqoriyaya aid olan biliklər isə yalnız problem oblastına aid olan bilikləri əhatə edir.Beləliklə,ilk növbədə problem oblastının yaradılması üçün biliklərin təsviri üsulları mövcud olmalıdırlar və bu,müəyyən üsullarla aparılır.Belə üsullardan biri məntiqi təsvirlərdir. Məntiqi təsvirlərdə biliklərin təsvir edilməsi üçün onların hər hansı bir məntiqi formal sistemdə göstərilməsi zərurəti yaranır.Məlumdur ki,ixtiyari məntiqi formal sistem göstərilən dördlüklə təyin olunur: Burada, -formal sistem; -baza elementlər çoxluğu; -yalnız sintaksis cəhətdən düzgünlükləri təyin edən,düzgünlük statusuna məxsus düsturları təyin edən qaydalar çoxluğudur; - -dən aksiomlar çoxluğudur,yəni bu elə münasibətlərdir ki,onların düzgünlük statusuna malik olması araşdırılmır; -sintaksis cəhətdən düzgün münasibətlərdən düzgünlük statusuna malik olan münasibətlərin çıxarılmasına imkan verən nəticə qaydaları çoxluğudur,yəni həmin qaydaların çıxarılmasına imkan verən mexanizmlər biliklərin istər məntiqi təsvirini,istərsə də emalını vahid nöqteyi nəzərdən aparılmasına imkan verir. Yəni biliklər eyni şəkildə təsvir olunur və həmin şəkildə də onların üzərində çoxsaylı əməliyyatlar aparılır.Biliklərin axtarılması,yazılması,onların ziddiyyətsizliyinin yoxlanılması,biliklərin tamlığının yoxlanılması və təmin edilməsi,yeni biliklərin çıxarılmasını buna misal gətirmək olar.Lakin məntiqi təsvir müəyyən çətinliklərlə müşahidə olunur və bunlar ilk növbədə həmin təsvirlərin mürəkkəbliyi ilə bağlıdır.Sonuncunun aradan qaldırılması üçün aparılmış tədqiqatlarda bunu müxtəlif üsullarla təyin edirlər.Məsələn,təsvirlərin identifikasiyası və s.Əksər hallarda biliklərin məntiqi təsviri 1-ci dərəcəli predikatlara əsaslanır.Predikatlar məntiqinin əsas simvolu atom adlanır.Adətən,3 növdə atomların mövcudluğunu qeyd etmək olar.Bunlara aid edirlər:konstantalar,funksional simvollar və predikat simvolları.Konstantalar obyektlərin adlarını əks etdirir.Həmin obyektlərin üzərində müxtəlif əməliyyatların aparılması üçün funksional simvollardan istifadə edirlər.Onlara aid riyazi əməliyyatları aid etmək olar.Buna misal olaraq rəng əməliyyatını gətirmək olar və nəhayət,3 əsas atom predikat simvoludur və o,özündə obyektlər arası münasibətləri saxlayır.Beləliklə,predikatlar məntiqində bütün münasibətlər məhz bu 3 atom üzərində qurulur.Münasibətlərin qurulmasında köməkçi simvollardan da istifadə edirlər.Məsələn,mötərizələrdən və s.Biliklərin məntiqi təsvirinin effektivliyinin artırılmasında müxtəlif proseduralardan istifadə edirlər.Daha çox iki prosedur haqqında danışmaq olar:Bunlardan 1-si rezalusiya adlanır.2-si isə anifikasiya adlanır.Əgər biliklər bazasında edilən hər hansı bir müraciət orada olan biliklərlə ziddiyyət təşkil etmirsə,onlara məntiqi cəhətdən uyğundursa və onlara düzgünlük statusu verilərsə,onda bu biliklər biliklər bazasına əlavə olunur və nəticənin bu şəkildə çıxarılması rezalusiyadır.Unifikasiya proseduruna baxaq:Deyirlər ki,2 münasibət unifikasiya olunur.Əgər onlara nəzərən elə unifikator mövcuddur ki,yəni,daxiletmə mövcuddur ki,nəticədə onların hamısının daxil edilməsinin mənası yoxdur,yəni hər hansı biri daxil oluna bilər.