Ekspert sistemlərinin müasir vəziyyəti Hal-hazırda elə ekspert sistemləri mövcuddur ki,məsələlərin həllini ekspert səviyyəsində aparır.Bəzi hallarda ekspert sistemləri daha düzgün qərarlar qəbul edə bilir.Məsələn,müəyyən bir sahədə ekspert biliklər bazası yaratmış və onun əsasında prospektor ekspert sistemi yaradılmışdır.9 ekspertin hamısının birgə qərarı ilə müəyyən sahədə faydalı qazıntının olmadığı bildirilmişdir.Lakin prospektor həmin yerdə qiymətli metalların olmasını göstərmişdir.Aparılmış qazıntı işləri nəticəsində ən azı 100 milyon dollarlıq molibden metal aşkar edilmişdir.MYCIN sistemi tibbi sistem olaraq mütəxəssislərin fikri ilə üst-üstə düşən diaqnozlar qoyur.Lakin bir çox mütəxəssislər yüksək səviyyəli ekspert sistemlərinin yaradılması üçün fərdi kompüterlərin imkanlarını məhdud sayır.Proqramlaşdırma dilləri daha çox ədədi prosedurların həllinə yönəlir,simvol emalı isə ondan aşağı səviyyədə aparılır.Tətbiqi proqramlarla təbii ünsiyyət dillərin olmaması problemi möhkəmləşdirir.Lakin bu süni intellektin zəifləməsinə deyil güclənməsinə gətirilir.Yeni prosessorların və dillərin yaradılması yaxın zamanlarda süni intellekti böyük sayli oblastlarda güclənməsinə gətirəcək.
Biliklər üzərində qurulmuş sistemlər Belə sistemlərin yaradılması süni intellektin vacib məsələsində və elə üsulların tətbiqini nəzərdə tutulur ki,onlar ekspert səviyyəsində istifadə olunur.Belə bir sistem qarşısında faktlar yığımının emalı problemi durur.Eyni zamanda burada evristikalardan istifadə edilir.Onlara əsaslanaraq konkret situasiyanı əks etdirən faktlar qoyulmuş məsələnin həllinə yönəldilir.Biliklər üzərində qurulmuş sistem aşağıdakı strukturda təsvir olunur.
Verilənlər bazası
Nəticə
Çıxarılış
mexanizmi
Daxil olan
informasiya
Ekspert sisteminin keyfiyyəti onun biliklər bazasının həcmi və keyfiyyəti ilə bağlıdır.Sistem aşağıdakı dövr əsasında işləyir:
-Seçim(burada verilənlər seçilir və ya hər hansı analizlərin nəticəsi); Müşahidə; Nəticələrin interpritasiyası; Yeni informasiynın mənimsədilməsi;qaydalar əasında müvəqqəti hipotizanın qəbul edilməsi.
Sonra yeni verilənlər yığımı seçilir və dövr işini davam etdirir.Proses o vaxta qədər davam etdirilir ki,son nəticəyə gəlmək üçün kifayət qədər informasiya daxil olunsun.Bundan sadə sistemlərdə mövcuddur və onlar dialoq əsasında işlədilir,yəni sistem aktivləşdirildikdən sonra istifadəçiyə suallar ardıcıllığı verilir,istifadəçi onlara yalnız “hə” və “yox” ilə cavab verir.Onların əsasında sistem son nəticəyə gəlir.Məsələn,MYCIN bu şəkildə də işlədilir.Hər bir zaman nöqtəsində sistem üç növ biliklərə malik olur: 1)Strukturlaşmış biliklər-problem oblastı haqqında statik biliklər verilir.Bu biliklər müəyyənləşdirildikdən sonra dəyişməz olaraq qalır; 2) Strukturlaşdırılmış dinamik biliklər- problem oblastı haqqında dəyişən biliklərdir.Hər dəfə yeni informasiya meydana gəldikdə onlar yeniləşir; 3)İşçi biliklər-konkret məsələnin həllinə yönəlmiş biliklərdir. Sadaladığımız biliklər biliklər bazasında saxlanılır.Onun qurulması üçün konkret problem oblastında olan mütəxəssislərin biliklər yığılır,sistemləşdirilir,elə göstəricilərlə təmin olunur ki,ixtiyari vaxt onların seçilməsi asan olsun.
Ekspert sistemlərinin tətbiq sahəsi genişdir.Bura aid etmək olar:tibbi diaqnostika,proqnozlaşdırma,planlaşdırma,interpretasiya,nəzarət və idarəetmə,öyrənmə və s.Onlar dəqiq alqoritmlər,prosedurlar,eviristik üsullar olmadığı halda istifadə olunur.Problem oblastının ekspertləri mövcud olmalıdır.Verilənlər dəqiq deyil və onların xətalarını hesablamaq mümkün deyil,məslələrin həlli formal mülahizələr əsasında aparılır.