İdarəedici komponent Bu komponent dörd əsas funksiyanı yerinə yetirir. 1)Müqayisə -burada mövcud qaydalar və faktlar müqayisə olunur. 2)Seçmə-əgər konkret situasiyada bir neçə qaydadan istifadə oluna bilərsə,onda onlardan biri,yəni verilmiş kriteriyaya daha yaxını seçilir(bu əməliyyat eyni zamanda konfiliktin ləğvi adlanır) 3)Aktivləşmə-əgər müqayisə zamanı qayda hər hansı faktlarla üst-üstə düşürsə,onda onlar aktivləşir. 4)Hərəkət-qaydaların işlənməsi nəticəsində yaddaş dəyişilir.Əgər qaydanın sağ tərəfində hərəkətə göstəriş varsa,onda,o yerinə yetirilir. Nəticə çıxarma mexanizminin işi dövrü xarakter daşıyır.Əgər dövrdə bütün qaydalara baxılırsa,onda mövcud faktlarla müqayisə olunur.Nəticə çıxarma mexanizmi qaydalardan istifadə ardıcıllığını da təyin edir.Qayda seçildikdə onun nəticə aktivləşir.O,yaddaşa yazılır və dövr işini davam etdirir.Əgər dövrdə bir qayda mövcuddursa,onda,o, aktivləşir.Qayda çox olduqda verilmiş kriteriyaya əsasən və ya əlavə məsləhət əsasında onlardan biri seçilir.Seçilmiş qaydalar çoxluğu konfilikt çoxluğu adlanır.Ekspert sistemlərində elə prosedurlar olmur ki,onları məsələnin həll fəzasını birbaşa qursunlar.Əksər hallarda hətta məslənin hər hansı lokal həllinin olduğunu təyin etmək mümkün olmur.Lakin buna baxmayaraq həllin axtarılması aparılmalıdır.Çünki,göstərilən fəzada hərəkətləri virtual prosedurlar aparır və ya onları idarə edir.Onlar demon adlanır.İkisinə baxaq:Sistemlərin biliklər bazasında çox saylı qaydalar mövcud olur və ona görə də onların axtarılması vaxtının minimallaşdırılması sistemin effektivliyinə gətirir.Bunun üçün mövcud kriteriyalardan istifadə edirlər.Onlara aid etmək olar:
●Dərinliyə axtarış;
●Eninə axtarış;
●Alt məsələlərə görə axtarış; ● α-β alqoritmi
~ Dərinliyə axtarışın mahiyyəti ondan ibarətdir ki,onlar həll fəzasında növbəti alt məqsəd seçildikdə üstünlük ona verilir.Ona görə ki,məsələ daha sadə şəkildə təsvir olunsun. ~ Eninə axtarışlar əksinə,seçilmiş səviyyənin bütün məsələləri analiz olunur. ~ α-β alqoritminin mahiyyəti səviyyələrin seçilməsinin elə şəkildə aparılmasından ibarətdir ki,həlli mövcud olmayan fəzalar istisna olunsun.Əksər hallarda a-b alqoritmi qraf şəklində təsvir olunur və həmin qayda yalnız o budaqlara baxılır ki,budaqlarda hər hansı həllər mövcuddur.Bu alqoritmlərdə qraflarda minimizasiya məsələsi,qısa yolların tapılması və s. məsələlər geniş əks olunur.