7.Biliklər bazasının yaradılması
Biliklər bazasının yaradılması ekspert sisteminin qurulmasında ən vacib mərhələdir.Ona görə də ümumiyyətlə ekspert sisteminin yaradılması məhz biliklər bazasının formalaşdırılmasından başlanır.Bunun vacibliyi onunla izah olunur ki,ekspertlər biliklər alındıqdan sonra onlar elə şəkildə formalaşdırlmalıdır ki,istər həmin biliklər,istərsə də istifadə olunan yanaşmalarda ekspert sistemi istifadə edilə bilsin.Ekspert isə məsələni həll edərkən prosedur və kəmiyyət üsullarından istifadə etmir.Onun əsas istifadə etdiyi üsullar analogiya,intiutsiya və obstraktlaşdırmaqdır.Biliklər bazasının yaradılması mürəkkəb prosesdir və üç mərhələdə reallaşdırılır: 1)Problem oblastının təyini; 2)Biliklərin təsviri üsulunun və ya modelinin seçilməsi; 3)Biliklərin alınması; Problem oblastının təyini məsələsinə baxaq: -Biliklər bazasının yaradılması sistemin məqsədinin təyin edilməsindən başlayır.Eyni zamanda sistemin hansı məsələni həll edəcəyi dəqiq göstərilməlidir ki,sistemin fəaliyyət çərçivəsi və problem oblastı birmənalı təsvir olunsun. Problem oblastının təyini öz növbəsində bir neçə mərhələdən ibarət olur:Məsələlərin xarakteristikasının təyini problem oblastında obyektlərin göstərilməsi,obyektlər arası əlaqələrin təyin edilməsi,biliklərin təsviri modelinin seçilməsi,problem oblastının xüsusiyyətlərinin göstərilməsi. İlk növbədə sistemin qarşısına qoyulan məqsəd birmənalı göstərilməlidir.Məqsədin həll edilməsi prosesinə məsələnin həll edilməsi kimi baxaq: 1-ci addımda əgər məsələ birmənalı həll oluna bilmirsə,o,alt məsələlərə bölünür,yəni məsələlərin həlli daha sadə şəkildə rellaşdırılır.Əgər,bunu da etmək mümkün olmursa,onda hər bir alt məsələ öz növbəsində sadələrinə bölünür.Bu şəkildə olan bölgü məsələnin həll prosesini ierarxiya şəkilində göstərməyə imkan verir.Sonuncunun hər bir səviyyəsində sistemdə mövcud olan prosedurlar fəallaşdırılıb məsələnin həllinə yönəldilə bilər.Növbəti mərhələdə sistemdə mövcud olan obyektlər təyin olunmalıdır.Obyektlərin təyinində onların ən vacibləri seçilir və sonra obyektlər arası münasibətlər göstərilir.Biliklərin təsviri üsulundan istifadə edib biliklər bazası təsvir olunur və burada produksiyalardan,ssenarilərdən,freymlərdən istifadə edirlər.Əksər ekspert sistemlərində onların xüsusiyyətlərini göstərən vasitələr olur.Bu onunla bağlıdır ki,ekspert sistemində elə xassələr olub ki,onların dəyişmə dinamikası fərqli olub.Bu o deməkdir ki,elə xassələr digərlərindən fərqli sürətlə dəyişir.Problem oblastında elə xassələr mövcuddur ki,onların qiymətləndirilməsi çətin olub.
Dostları ilə paylaş: |