Süni intellektin əsasları Süni intellekt nədir?


Qeyri-səlisliyin formallaşma üsulları



Yüklə 1,53 Mb.
səhifə17/27
tarix12.05.2023
ölçüsü1,53 Mb.
#112676
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
C fakepathSüni intellekt mühazir

11.Qeyri-səlisliyin formallaşma üsulları

Vaxtı ilə formal məntiqin meydana gəlməsi biliklərin təsvirində təyin olunmazlığa və dağılmış anlayışların mövcudluğuna qarşı atılan addım idi.Məntiqi araşdırmalarda qeyri-birmənalılığı və təyin olunmazlığı aradan qaldırmaq üçün əsas vasitələrdən sayılırdı.Hal-hazırda dəqiq olmayan anlayışların formal təsvir edilməsinə imkan verən və belə anlayışlardan təşkil olunmuş təsvir etmə proseslərində istifadə olunan yanaşmanın yaranması zərurəti meydana gəlmişdir.Bu mövqe əsasən müxtəlif dağılmış müddəaların müəyyən riyazi formaya gətirilməsi məqsədi ilə yaranmışdır.Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin,çoxqiymətli məntiq,ehtimal nəzəriyyəsinin,riyazi statistika,diskret riyaziyyat,avtomatik nəzəriyyənin,qraflar və qrammatikalar nəzəriyyəsinin dərk edilməsi və ümumiləşdirilməsi və s.meydana gəlmişdir.Həmin nəzəriyyə qeyri-səlisliyin formallaşması üsullarından istifadə edir.Onlardan bəzilərinə baxaq: 1)Lütfüzadənin işlərinə əsaslanır. Bunun əsas mahiyyəti ondan ibarətdir ki,klassik çoxluqlar nəzəriyyəsinin əsas müddəası olan elementin çoxluğa daxil olmasının birmənalılığı tezisindən imtina edilməsidir.Bununla yanaşı çoxluğun xarakteristik fuksiyası olan və öz qiymətini (0,1) intervalından alan mənsubiyyət funksiyası anlayışı daxil edilmişdir.Bu üsul kontinual məntiqə gətirmişdir. 2)Qeyri-səlisliyin formalaşmasında daha ümumi yanaşma nəzərdə tutur ki,çoxluğun xarakteristik funksiyası öz qiymətlərini (0,1) intervalında deyil,sonlu və ya sonsuz disburitiv çərçivədə alır.Bu ümumiləşmə Hoggen mənasında ümumiləşmə adlanır. 3)P-Qeyri-səlis çoxluq formallaşmanın bu hissəsi nəzərdə tutur ki,xarakteristik funksiya öz qiymətlərini (0,1) intervalının hər hansı bir nöqtəsində alır. 4)Qeyri-səlis çoxluqlar. Bu üsulda fərz edilir ki,universal çoxluq müxtəlif distributiv çərçivələrlə uyğunlaşdırılır.Mənsubiyyət funksiyasının qiymətləri müxtəlif distributiv çərçivələrdən alınır. Qeyri-səlis anlayışların göstərilən formallaşma üsulları dəqiq riyazi analizə uyğunlaşmayan sistemləri qeyri-müəyyən olduğu halda təsvir edilməsinə imkan verir.Bir çox hallarda bu yeganə təsvir adlanır.İnsan şüuruna aid edilən məsələlərin həllinə malik süni yaradılmış sistemlər haqqında biliklər oblastı süni intellekt kimi başa düşülür. Qeyri-səlis çoxluqlar nəzəriyyəsi<> 1965-ci ildə çap olunmuş məqaləsini sonra inkişaf etdirmişdir və qeyd olunduğu kimi ənənəvi riyaziyyatın əsas istiqamətlərinin dərk edilməsi və ümumiləşdirilməsi nəticəsində yaranmışdır. Qeyri-səlisliyin formallaşması aşağıdakı klafikasiya xassələrinə malikdir:




  • Hər hansı kəmiyyətin qeyri-səlis subyektiv qiymətinin növünə görə;

  • Mənsubiyyət funksiyasının qiymətlər oblastına görə;

  • Mənsubiyyət funksiyasının təyin oblastına görə;

  • Qiymət və təyin oblastı arasında uyğunluğa görə;

  • Mənsubiyyət funksiyasının qiymətlər oblastının eynicinsli və ya qeyri-eynicinsliyinə görə;


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin