Süni intellektin əsasları Süni intellekt nədir?


Daxili əlaqələr strukturunun mövcudluğu



Yüklə 1,53 Mb.
səhifə6/27
tarix12.05.2023
ölçüsü1,53 Mb.
#112676
1   2   3   4   5   6   7   8   9   ...   27
C fakepathSüni intellekt mühazir

Daxili əlaqələr strukturunun mövcudluğu

Bəzi hallarda informasiya vahidlərinin fraqmentləri arasında müəyyən əlaqələrin mövcudluğu nəzərə alınmalıdır və bunu daxili interpretasiyayla etmək olmur.Çünki,konkret fraqmentlər konkret informasiya vahidlərinə aiddir.Daxili əlaqələr strukturu informasiyanın ümumiləşdirilməsinə imkan verir.Bunu aşağıdakı cədvəldə müşahidə etmək olar.



Obyektlər Xassələr
ai a1 . . .
a2 . . .
aj an-1 . . .
an . . .

Cədvəldən göründüyü kimi və obyektləri və və obyektləri haqqında informasiya ümumiləşərək uyğun olaraq , obyektlərində yeni informasiya vahidlərinə çevrilir.Mürəkkəb cədvəldə öz növbəsində obyektlərindən də yeni informasiya vahidləri yaradıla bilər və bütün bu proses ardıcıl daxil olunma əsasında aparılır.


Xarici əlaqələr strukturunun mövcudluğu
Bəzi hallarda informasiya sistemlərində müxtəlif informasiya vahidləri arasında situativ əlaqələr mövcud olur.Belə əlaqələrin təsvir edilməsi üçün nəzəriyyədən,qraflardan istifadə edilməsi nəzərdə tutulur.Həmin strukturlarda qrafların təpələrində obyektlərin adları yerləşdirilir.Tilləri isə obyektlər arası münasibətləri göstərir.Obyektlər arası münasibətlər öncə və birmənalı şəkildə verilir və strukturda digər münasibətlərdən istifadə etmək olmaz.Belə strukturların müsbət cəhəti onların sadəliyidir və bu,birmənalılıqda özünü göstərir.Strukturun mənfi cəhəti obyektlərin çox olduğu halda meydana gəlir.Çünki,belə şəbəkədə obyektlərin oxunması çətinləşir.

4. Şkallaşdırma,semantik metrika,akivlik

Verilənlərin biliklərə çevrilməsində şkallaşdırma mühüm əhəmiyyət kəsb edir.Ona görə ki,əgər intellektual sistem obyektlərin xassələrinin qiymətləndirilməsini apara bilmirsə,müsbət nəticələr alınmır.Belə qiymətləndirmə həmişə situativ xarakter daşımır və əksər hallarda hər hansı bir formada qiymətləndirilmənin aparılması tələb olunur.Bunun üçün ən sadə mexanizmlərdən biri-ölçü sistemlərindən istifadə edilməsidir.Onlardan ən sadələrindən biri metrik şkala adlanır.Məsələn,hər hansı zaman faktorunu götürək və başlanğıc vaxt olmaqla hər hansı bölgü aparaq.Əgər sistemə obyektlər çoxluğu verilibsə,sistem onları zaman kateqoriyasına əsasən bölə və ya qruplaşdıra bilər.



Başlanğıc zaman


vaxt
Lakin obyektlərin zaman xarakteristikaları digər ölçülərlə verilibsə,onda konkret həmin şkaladan istifadə olunmur və digər şkalanın zəruriliyi yaranır.Bu intellektual sistemlər nəzəriyyəsində universal şkalalar yaradılması zərurətini ortaya qoymuşdur.Metrik şkalada başlanğıc vaxt mütləqdir.Ona görə də belə şkalalar eyni zamanda mütləq şkala adlanır.Bunlardan fərqli olaraq digər məsələlərin həllində başlanğıc vaxtın digər prinsiplər əsasında təyin edilməsi zərurəti yaranır.Beləliklə,başlanğıc vaxt əlavə danışığın mövzusu olur.Hər dəfə dəyişə bilər və buna görə də belə şkala nisbi şkala adlanır.Sistemlərdə eyni zamanda nizamlanmış ölçü sistemindən də istifadə edirlər.Əksər hallarda belə nizamlanma keyfiyyət xarakteri daşıyır və yalnız hər hansı bir obyektin digərindən üstünlüyünü təyin etməyə imkan verir.Lakin həmin üstünlüyün nə dərəcədə olması burada təyin olunmur.Nəzəriyyədə nizamlanmış ölçü sistemlərindən daha çox linqvistik ölçü sistemlərindən də istifadə edirlər.Belə sistemlər digərlərindən onunla fərqlənirlər ki,burada istər kənar bölgü,istərsə də daxili bölgülər aparılmalıdır.Bölünmüş hər bir interval hər hansı bir linqvistik termlə xarakterizə olunur.Linqvistik elə dəyişən adlanır ki,o əksər hallarda sözlə ifadə olunur və eyni zamanda onun aldığı qiymətlər də sözlərdir.Linqvistik dəyişənin aldığı qiymətlər çoxluğu term çoxluğu adlanır.Hər elementi isə linqvistik termdir.Beləliklə,linqvistik ölçü sistemlərində bütün bölgülər və intervallar keyfiyyət xarakteri daşısa da linqvistik termlərlə təyin olunur.Burada ən vacib məsələ aralıq bölgünün aparılmasıdır və bunun ən sadə üsulu bölgünün linqvistik termlərin sayına uyğun bərabər şəkildə aparılmasıdır.Həmin yanaşma linqvistik termlərin eynigüclü olmasına gətirir və bu bəzi tədqiqatlarda xüsusi araşdırmaların predmeti olmuşdur.Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi linqvistik ölçü sistemlərinin yaradılmasının xüsusi mexanizmlərini ortaya qoymuşdur.Həmin nəzəriyyənin əsasında linqvistik termlərin təyini,term çoxluğu siyahısı və digər xarakteristikaların təyini müəyyən qanunauyğunluqların tədqiqi nəticəsində aparılmışdır.Hal-hazırda aparılmış tədqiqatlar baxılan sistemlərin keyfiyyət əsasından kəmiyyət əsasına keçməsinə imkan verir.


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin