3.Verilənlər və biliklər
Obyektiv reallığın dərk edilməsi,təcrübədən yoxlanılmış hər hansı bir varlığın dərk edilməsi bilik adlanır.Biliklər bədii,həyati,elmi və s.olur.Süni intellekt nəzəriyyəsində biliklərin bu formada təyin olunması elə də dolğun sayılmır.Proqramlaşdırmanın nəzəriyyəsində və təcrübəsində artıq uzun müddətdir ki,verilənlər anlayışı ilə yanaşı biliklər anlayışından da istifadə edirlər.Proqramlaşdırmanın evalusiasında verilənlərin ardıcıl olaraq mürəkkəbləşməsi müşahidə olunur.Son zamanlar belə mürəkkəbləşmə ona gətirmişdir ki,artıq proqramlaşdırmada ixtiyari şəkildə verilənlərin strukturu ilə işləmə imkanları əldə edilmişdir.Əsasən,bunlar abstrakt verilənlər strukturu adlanır.Belə strukturlarla işləmək üçün süni intellekt nəzəriyyəsində xüsusi proqramlaşdırma dilləri yaradılmışdır və bunlara lisp,proloq,fort və s.dilləri aiddir.Proqramlaşdırma üsulları ilə yanaşı verilənlərin strukturu da dəyişdirilmişdir.Artıq onlar verilənlər deyil,biliklər adlanırlar.Biliklərin müxtəlif strukturları mövcuddur.Ən çox istifadə olunan strukturlara məntiqi strukturları,produksiyaları,ssenariləri,freymləri,semantik şəbəkələri və s.aid etmək olar.Aparılmış müxtəlif tədqiqatlarda verilənlərin mürəkkəbləşməsi və nəticədə onların biliklərə çevrilməsi həmin tədqiqatların bir hissəsi olmuşdur.Bu prosesin əks etdirilməsi üçün tələb olunan addımlar müxtəlif mütəxəssislər tərəfindən müxtəlif cür yozulsa da bəzi addımların bütün mütəxəssislər tərəfindən qəbul edilməsi nəzərə çarpırdı.Sxematik olaraq bunu aşağıdakı kimi göstərmək olar:
Biliklər
Aktivliyin mövcudluğu
Semantik metrikaya giriş
Şkallaşdırma
Xarici əlaqələr strukturunun mövcudluğu
Daxili əlaqələr strukturunun mövcudluğu
Daxili interpretasiya
Verilənlər
Verilənlərin bu şəkildə təkmilləşdirilməsi və onların biliklərə çevrilməsi birmənalı qəbul olunmasada bu prosesin əsas mərhələlərinin mövcudluğu labüddür.Lakin eyni zamanda qeyd etmək olar ki,bu formada verilənlərin mürəkkəbləşməsi hansı addımlarda onların biliklərə çevrilməsinə imkan verir,yəni formal olaraq demək olmur ki,hansı mərhələyə qədər baxdığımız struktur verilənlərdir,ondan sonra isə biliklərdir.Bu isə o deməkdir ki,verilənlərlə biliklər arasında hər hansı bir sərhəd mövcud deyil.
Dostları ilə paylaş: |