Süni intellektin əsasları Süni intellekt nədir?



Yüklə 1,53 Mb.
səhifə5/27
tarix12.05.2023
ölçüsü1,53 Mb.
#112676
1   2   3   4   5   6   7   8   9   ...   27
C fakepathSüni intellekt mühazir

Daxili interpretasiya
Proqramlaşdırmanın ilk mərhələlərində kompüterin yaddaşı proqramçı tərəfindən bölünürdü,yəni proqramda daxil olunan bütün informasiya vahidləri üçün konkret yaddaş bölməsi ayrılıb identifikasiya olunurdu.Nəticədə verilənlərin harada və hansı adlarla yerləşdirilməsi bütövlüklə proqramçı tərəfindən aparılırdı.Məlumdur ki,sonrakı mərhələlərdə əvvəlcə qeyd olunmuş fiziki ünvanlanmadan nisbi ünvanlanmaya keçid,daha sonra isə simvol ünvanlanmasına keçid baş vermişdir.Bunun nəticəsində proqramçının qarşısında virtual yaddaş sahəsi yaranmışdır və bu da ona geniş imkanlar vermişdir.Bu yanaşmada da real informasiya vahidlərinə konkret fiziki yaddaş bölmələri ayrılırdı.Lakin həmin prosedur bütövlüklə kompüter tərəfindən aparılırdı.Mövcud olan cədvəllər əsasında fiziki yaddaşın bölünməsi və identifikasiyası proqramçıdan asılı olmayaraq aparılırdı.Lakin informasiyanın harada yerləşdirilməsi yenə də aşkar deyildi.Vəziyyətdən çıxış yolu tapmaq üçün daxili interpretasiya anlayışının daxil edilməsi zərurəti yaranmışdır.Məsələn,fərz edək ki,


Obyektlərin Xarakteristikalar adları 1-ci xar. 2-ci xar. 3-cü xar.
a1 P1 S1 C1
a2 P2 S2 C2
a3 P3 S3 C3
a4 P4 S4 C4

kimi cədvəl verilmişdir.Burada,ikiqat xəttin altında sağda adi matris yerləşir.Matrisin elementləri ədədlərdən və linqvistik əsasla təyin olunmuş xarakteristikalardan ibarət ola bilər.İkiqat xəttin üstündə və sol tərəfdə yerləşən informasiya artibut adlanır və obyektlərin adlarını əks etdirir.Daxili interpretasiya bu cədvəl əsasında formalaşdırılır və informasiya vahidi bu şəkildə təyin olunur: (İnformasiya vahidinin adı<1-ci xassənin adı,onun tərkibi> <2-ci xassənin adı,onun tərkibi>...< n-ci xassənin adı,onun tərkibi>) İnformasiya vahidləri bu şəkildə təşkil olunur.Bazada saxlanılır və onlarla işləmək üçün xüsusi prosedurlar yaradılır.Onların çıxarılması obyekt haqqında bütün informasiyanın çıxarılmasına gətirilir.Onların analizi və ümumiləşdirilməsi sadələşdirilir.Bu ideya əsasında reallaşdırılan verilənlər bazaları proqram təminatı ilə yanaşı verilənlərin yeni səviyyədə təşkilinə gətirilmişdir və VBİS adlanır.



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin