Süni intellektin əsasları Süni intellekt nədir?


Semantik metrika fəzasına giriş



Yüklə 1,53 Mb.
səhifə7/27
tarix12.05.2023
ölçüsü1,53 Mb.
#112676
1   2   3   4   5   6   7   8   9   10   ...   27
C fakepathSüni intellekt mühazir

Semantik metrika fəzasına giriş
İntellektin prinsiplərinin araşdırılması nəticəsində informasiyanın yerləşdirilməsi və qiymətləndirilməsi yalnız ölçü sistemləri əsasında aparılmaması nəticəsində əldə edilmişdir.İnformasiyanın hər hansı bir fəzada yerləşdirilməsi və həmin fəzada müəyyən qanunauyğunluqların aşkar edilməsi üzrə tədqiqatlar aparılmışdır.Onların nəticəsində sözlərin və anlayışların hər hansı bir situasiyanı əks etdirərək qruplaşmaya meyl göstərməsi tədqiq olunmuşdur.Tədqiqatlardan məlum olmuşdur ki,araşdırılan fəza müəyyən qruplardan ibarətdir və həmin qruplar onunla xarakterizə olunur ki,onlara metrikanın tətbiq olunması nəticəsində məlum olur ki,hər hansı bir qrupda elementlər arasında olan məsafə digər qrupda olan elementlər arasındakı məsafədən xeyli kiçikdir. Beləliklə,metrika baxımından informasiyanın bu şəkildə qruplaşması onlara klasser adı verilməsi ilə nəticələnmişdir,yəni fəza klasserlərlə göstərilmişdir və tədqiqatlar ona yönəlmişdir ki,həmin klasserlərin tək metrikaya deyil,onların semantik yaxınlığını təyin etmək mümkün olsun.Tədqiqatlardan aşkar olunmuşdur ki,həqiqətən klasserlər hər hansı situasiyanı əks etdirir və beləliklə,intellektual sistemlər nəzəriyyəsində hər hansı bir situasiyanı əks etdirən anlayışların yığımı olması nəticəsinə gəlmişdir.Müasir ekspert sistemlərində semantik metrika fəzası ideyası öz əksini tapmamışdır.Lakin intellektual sistemin hər hansı situasiyada,hətta informasiya çatışmamazlığı olduqda,hər hansı bir həll variantını təklif etməsi həmin ideyadan qaynaqlanır.

Aktivliyin mövcudluğu

Məlumdur ki,ənənəvi proqramlaşdırmada prosedurlar verilənləri aktivləşdirir.Aparılan tədqiqatlarda məlum olur ki,intellektual sistemlərdə bu əksinədir.Fərz edək ki, obyektlər verilir və onların arasında olan münasibətlər aydındır.Obyektlərin adları ; onların arasında olan münasibətlər tam qövs müsbətdir,ştrix qövs mənfidir və fərz edək ki,aşağıdakı kimidir:





Məlumdur ki,bu üçbucaqlar özündə gərginlik saxlayır və hər hansı bir hərəkətin edilməsini tələb edir və nəticədə obyektlər arasında olan münasibətlər aşağıdakı şəklə düşər:





Göründüyü kimi sistem əksər hallarda gərginliyi təyin edir.Onun aradan qaldırılması üçün sistemdə mövcud olan müəyyən proseduraları fəallaşdırır.Aktivliyin mövcudluğu da hal-hazırki ekspert sistemlərində öz əksini tapmamışdır.



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin