Con Lokk Con Lokkun



Yüklə 24,06 Kb.
tarix03.01.2022
ölçüsü24,06 Kb.
#50981
Con Lokk


Con Lokk

Con Lokkun (1632-1704) tərbiyə haqqında fikirləri dövrü üçün çox əhəmiyyətli idi. O, “ağ lövhə” nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə uşaq doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Sonra ətraf aləm tədricən ona təsir edir və xarakteri formalaşır. O, həmin nəzəriyyəsini“Təcrübələr”adlı əsərində belə ifadə edir: insan qəlbi ağ lövhə kimidir. Bu nəzəriyyənin öz dövrü üçün böyük əhəmiy-yəti vardır. Bu nəzəriyyə ilə Con Lokk feodalizm cəmiyyətinə, onun qayda və qanunlarına böyük zərbə vurmuşdu. O, bununla fitri qabiliyyətlər nəzəriyyəsini rədd edirdi. Əlbəttə, onun burada səhvləri də var idi. V.Q.Belinski Lokk nəzəriyyəsinin çatışmayan cəhətlərini tənqid etmişdi. O yazırdı ki, uşaq beyni ağ lövhə deyil, imkanı olan toxumdur. Uşaq dünyaya müəyyən təbii imkanlarla gəlir, həmin təbii imkanlar həyatda inkişaf edir. Con Lokk isə həmin nəzəriyyə ilə hər cür fitri istedadı inkar edirdi. Lokk “Əqlin tərbiyəsi” əsərində göstərir ki, heç bir xalqın övladı milliyyətindən, irqindən asılı olmayaraq ağılsız,qabiliyyətsiz doğulmur. Avropa və zənci qəbilələri bir-birindən fərqləndirən tərbiyədir, ictimai mühitdir. O yazır: “Əgər biz sizinlə birlikdə Soldan körfəzində doğulmuş olsaydıq, bizim dünyagö-rüşümüz və düşüncəmiz orada yaşayan vəhşi qottentotların dünyagörüşündən artıq ola bilməzdi. Virciniya kralı Apocan İngiltərədə təhsil alsaydı, bəlkə də o, ən yaxşı riyaziyyatçı və mömin ola bilərdi. Bunların arasındakı fərq müəyyən qədər təhsilli ingilis ilə onların işini məhdudlaşdıran adətləri və baxışlarıdır. Buradan belə bir nəticə çıxır ki, insan hər hansı şəraitdə yaşayırsa, şərait onun inkişa-fına təsir edir. Deməli, hər şey təhsil və tərbiyədən asılıdır”.Con Lokkun fikrincə uşaqlarda olan bəzi zərərli keyfiyyətlər cəmiyyətdən gəlir. Ona görə də hər bir vali-deynin uşağını evdə tərbiyə etməsi yaxşı olardı.Onun pedaqoji görüşlərində ailə tərbiyəsi mühüm yer tutur. C.Lokk tərbiyəçidən tərbiyə etdiyi uşağın bütün fərdi xüsusiyyətini öyrənməyi tələb edirdi. O,insan xarakterində bir sıra mənfi və müsbət keyfiyyətləri sadalayır, tərbiyəçidən tələb edirdi ki, uşaqda müsbət keyfiyyətlərin inkişafına imkan yaratsın. Pis adətləri lap kiçik vaxtdan yerindəcə boğ-maq lazımdır.Lokk tərbiyəyə yaradıcı bir proses kimi baxırdı. Ona görə uşağın fərdi xüsusiyyəti həyatı boyu dəyişməz qalmır, səmərəli pedaqoji təsirin gücü ilə uşaq psixikasını dəyişdirmək olmaz. Con Lokkun fikrincə, uşaq xarakteri axan çaya bənzəyir. Çayın qarşısında bənd vurub onun istiqaməti-ni, məcrasını dəyişdirmək mümkün olduğu kimi, insan xarakterini də tərbiyənin gücü ilə dəyişdirmək olar. Beləliklə, Lokk XVII əsrdə geniş vüsət tapmış tərbiyəni hər şey hesab edən nəzəriyyənin başında durur, onun yaradıcısı hesab olunurdu. Jan Jak Russo, Pestalotsi də onun nəzəriyyəsindən qidalanmış-dır. Con Lokkun zəmanəsi üçün xarakterik olan insan xarakteri və psixikası anadan gəlməlidir, Allahın iradəsindən asılıdır - deyən nəzəriyyəyə qarşı çıxaraq göstərirdi ki, insan heç bir əqli qabiliyyətlərlə do-ğulmur.Insanları tərbiyənin gücü ilə xoşbəxt və ya xeyirxah etmək olar. Con Lokk əxlaq tərbiyəsini dinlə sıx bağlayır və deyirdi ki, ilk günlərdən uşaqlarda Allaha məhəbbət tərbiyə edilməlidir. Con Lokkun pedaqoji sistemində fiziki tərbiyə mühüm yer tutur. O, uşaqları lap körpəlikdən möhkəm bə-dənli, sağlam tərbiyə etməyi lazım bilirdi. “Tərbiyə haqqında fikirlər” əsərini o, belə bir yunan kəlamı ilə başlayır: “Sağlam bədəndə sağlam ruh olar”. Sağlam olmayan adam heç bir zaman irəli gedə bilməz və cəmiyyətə fayda verə bilməz. Əlbəttə, həmin fikir qismən doğru olsa da onunla razılaşmamaq olmaz. C.Lokkun fikrincə centlmenin bədəni körpə yaşdan möhkəm-ləndirilməlidir. O, hər gün soyuq suda çimməli, yüngül ayaqqabı geyinməlidir. O, yazır ki, anaların əksəriyyəti mənə etiraz edib deyirlər ki, mən diri ikən uşaqları öldürürəm, halbuki Seneka ilin bütün fəsillərində bulaq suyu ilə yuyunurmuş. Uşaqların sağlam böyüməsində havanın böyük əhəmiyyəti var. Bir həkim kimi bunu yaxşı bilən Lokk uşaqların günün çox hissəsini havada keçirmələrini zəruri sayır-dı. Uşaqların sağlamlığında paltarın, ayaqqabının da dar və gen olması müəyyən əhəmiyyət kəsb edir. Uşaqlara dar paltar geyindirmək onların sağlamlığına ziyan vurur. Döş qəfəsini sıxır. Belə uşaqların ağzından pis iy gəlir. Hamıya məlumdur ki,çinlilər qız uşağının ayağını qəlibə salırlar. Həmin qəlib uşağın ayağının normal inkişafına mane olur. Onların ayaqları çox balaca olur. Buna görə də kişilərə nisbətən qadınlar az ömür sürürlər. Ona görə ki, qan dövranı bədəndə düzgün getmir. C.Lokk məslə-hət görürdü ki, 2-3 yaşa qədər uşağa ət vermək olmaz. Valideynlər isə düşünür və belə hesab edirlər ki, həm özləri, həm də uşaqlar ət yeməsələr acından ölə bilərlər. O deyirdi ki, uşaqların dişlərinin xəstə olması onlara körpə vaxtı çoxlu ət verməklə bağlıdır. Mənim centlmenim ət yeməli olsa, heç olmasa gündə bir dəfə yesin. Centlmen üçün çörək, yağ, pendir ən yaxşı səhər yeməyidir.Sağlamlıq üçün yuxu da əsas şərtdir. Əgər uşaq evdə bərk yatmağa öyrənməyibsə, yolda yuxusuzluqdan əziyyət çəkəcəkdir.
Uşaqları elə tərbiyə etmək lazımdır ki, böyüyəndə hər dəqiqə döyüşə bilsin.C.Lokkun centlmeni nəza-kətli və döyüşkən kimi tərbiyə etməsi onun yaşadığı dövrün iqtisadi-siyasi hadisələri ilə bağlı idi. O zaman İngiltərə başqa ölkələrə hücum edir,müstəmləkəçilik siyasəti yeridirdi. Gənc nəslin tərbiyəsi haqqında fikirlər söyləyənLokk da hakim sinfin mənafeyini müdafiə edir, centlmeni həm nəzakətli, həm də döyüşməyi bacaran kimi tərbiyə etməyi tələb edirdi. C.Lokk əxlaq tərbiyəsinə xüsusi əhəmiy-yət verir. Uşağı qayğıkeş tərbiyə etmək lazımdır. Tərbiyə uşaqların yaddaşını möhkəmləndirməli, biliklərlə silahlandırmalı, təkcə dünyagörüşü inkişaf etdirməklə kifayətlənməməli, həm də xeyirxah insan tərbiyə etməlidir. Uşaqlarda höcətçilik, yalançılıq, qəddarlıq kimi mənfi keyfiyyətlərin inkişafı-na yol vermək olmaz. Uşaqları elə öyrətmək lazımdır ki, onlar bir-birinə güzəştə getməyi bacarsınlar. Uşağı öyrətmək lazımdır ki, ona başqası tərəfindən verilən hədiyyəni almasın. Bəzən uşaq öz arzusuna çatmaq üçün göz yaşından da istifadə edir. Bunun qarşısını almaq lazımdır. Göz yaşı iki səbəbdən olur: biri – o bir şeyi istədikdə vermirlər, bu zaman o göz yaşı tökür, ikincisi, çəkdiyi əzabdan da göz yaşı tökür. Uşağın üzünə baxdıqda onun nə üçün ağladığını bilmək olur. Birinci ağlamağın qarşısını almaq lazımdır. Cəsurluq və qorxaqlıq da insan xarakterinin əlamətlərindəndir. Cəsurluq bütün xeyirxahlığın keşikçisidir. Qorxaq adam heç vaxt öz insanlıq ləyaqətini yerinə yetirə bilməz. Qorxaqlığın qarşısını lap kiçik yaşlardan almaq lazımdır. Elə əşyalar olur ki, uşaq görəndə qorxur. Odur ki, elə etmək lazım-dır ki, uşaq qorxmasın.Uşaqlarda olan mənfi keyfiyyətlərdən biri də qəddarlıqdır. Çox zaman uşaq əlinə düşən zəif canlını – quşu, kəpənəyi incidir. Körpə vaxtı belə heyvanlarla qəddarcasına rəftar edən uşaq böyüyəndə adamlara da qarşı amansız olacaqdır. Buna görə də uşaqlarda mərhəmət hissi tərbiyə etmək lazımdır. Belə qayğı uşaqlarda erkən yaşdan xeyirxahlıq və qayğıkeşlik tərbiyə edir. Uşaqlarda olan mənfi keyfiyyətlərdən biri də laqeydlikdir. Bu elə bir mənfi keyfiyyətdir ki, irqindən, cinsindən asılı olmayaraq bütün insanlar arasında yayılmışdır. Uşaqları bu təhlükədən qorumaq lazımdır. C.Lokk tərbiyədə nüfuza da böyük əhəmiyyət verirdi. Bu nüfuz nəinki uşaqlara, hətta onlara baxan dayələrə də təsir etməlidir. O yazır ki, uşaq kiçik yaşda olarkən ata nüfuzunun böyük əhəmiyyəti vardır. Lakin, bu nüfuz despotçuluğa çevrilməməlidir. Yeri gəldikcə uşağın arzusunu, tələbini də nəzərə almaq lazımdır
Yüklə 24,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə