Mərhəmətli, Rəhimli Allahın adı ilə



Yüklə 230,4 Kb.
səhifə1/4
tarix25.04.2017
ölçüsü230,4 Kb.
#15730
  1   2   3   4
Mərhəmətli, Rəhimli Allahın adı ilə.

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa heçkəs ibadətə haqlı və  layiq deyil, O, təkdir, şəriksizdir nə doğub nə doğulub onun heç bir tayı bərabəri yoxdur, O bir şeyin olmasını istədikdə ondan yalnız ol deməkdir. Belə olduğda bütün sıxıtıların çarəsi və dərmanı onun əlindədir. O hər şeyi əvəz edir , amma hər şey onu əvəz edə bilməz, həmçini şəhadət edirəm ki, Muhəmməd (ona və ailəsinə Allahın salamı olsun) Onun qulu və elçisidir.
Müsəlman qardaş və bacılar! Nəzərinizə çatdırmaq istədiyimiz bu mövzu, özünə müsəlman adı verən hər bir kimsəyə xatırlanması lazım olan bir mövzudur. Çünki insan şəhadət gətirdikdən sonra islama girməyinə baxmayaraq  bir çox amillər var ki  insan onları etdiyində islamdan çıxıb dünya və axirətini məhv edir. Bütün sıxıntıların, problemlərin başıda burdan qaynaqlanmağa başlayır. İnsanın Allahla arsındakı bağlar kəsilir.
 Bu mövzumuz Allahı yaxşı tanımaq, ona ibadət etmək, öldükdən sonra dirilmək, \"o biri dünyaya kim gedib gəlib\" kimi suallara cavab vermək, \"cənnət və cəhənnəm elə bu dünyadadır\"  \"Allah ölüləri təkrar necə dirildəcək, çürümüş sümüklərə necə həyat verəcək\" kimi şübhələrə cavab verməkdən ibarərətdir. Qurani Kərimin həqiqətəndə elmi bir kitab olması və onun bəşər tərəfindən yazılmağının heç cür mümkün olmadığını məntiqi misallar çekərək və şərii dəlillərdən istifadə edərək açıqlamağa çalışacağıq. Həmçinin bu mövzumuz Qiyamət gününün dəhşətli anları, əməl dəftərlərinin insanlara verilməsi, əməllərin tərəzidə çəkilməsi, sirat körpüsündən keçmək, cənnəti və cəhənnəmi və s. insana axirəti xatırladan, imanın güclənməsinə kömək edən, dərdlərə dərman olan, ixtisar olunmuş mövzularla bağlıdır. Allahın köməyi və müvəffəqiyyəti ilə bu kimi mövzulara toxunacağıq. Allahdan kömək və müvəffəqiyyət olmasa çalışmağın bir faydası olmaz. Xatalarımız bizdən, düzgün söylədikimiz  isə Allahdandır.
       Əvvəla hər bir insan öz yaradanını yaxşı tanımalıdır. Yaradanı tanımaq isə heçdə çətin deyil. Məsələn: Allahı tanımaq üçün  çox uzaqa getmək lazım deyil, ətrafımıza düşünərək baxsaq  kifayət edər.

Məsələn Qarşımızda və yaxınlıqda olan hər hansı bir əşyaya baxaq, və özümüzə belə bir sual qoyaq, gördüyümüz bu əşya öz -özünə  yarana bilərmi ?  Məsələn: Əlimizdəki  qələm,  yazdığımız dəftər  və oxuduğumuz kitab, öz özünə yarana bilərmi? Cavab yox . Əgər bir qələm varsa mütləq  kiminsə tərəfindən  düzəldilib .Bir dəftər və ya kitab varsa  deməli mətbəə var. Əgər paltar yuyan və ət çəkən maşın  varsa demək  onun  fabriki və istehsalçısı var  və s.
       Bütün bu sadaladığımız  və sadalamadığımız bir cox əşyalar, insan beyninin  səmərəsi  və bəhrəsidir. Bütün bunların səbabkarı insandır. Və şək yox ki  insan  bütün cansız əşyalardan  daha  bahalı,  daha qiymətli və daha  önəmlidir.  Bir az düşünsək,  necə ola bilər ki,  cansız əşyaların düzəldilməsi ücün bir alimə və yaxud mühəndisə ehtiyac olsun  amma,  təbiətdəki milyonlarla canlı orqanizimlərin və bunlarında başında, insanın yaradılması üçün, heç kimə ehtiyac olmasın . Deməli  bir böcək belə öz özünə yarana bilmirsə, bəs onda milyonlarla  müxtəlif varlıqlar və bununda başında ən qiymətlisi olan insanda necə öz  özünə  əmələ gələr?
       Həmçinin Allahın varlıqına  dəlil bu kainatın  tənzim ilə işləməsidir. Məsələn: Bir ildə dörd fəsil var, ta kainat bilinəndən bəri bu dörd fəsil öz ardıcıllığını qoruyub saxlayır. Əgər hər şey öz-özünə və öz başına olsaydı bu ardıcılığın pozulması lazım idi. Əgər bunu təsadüf  adlandırırlarsa, bilin ki, təsadüflər boş yerə olmur. \"Bağa baxarsan  bağ olar baxmazsan dağ olar.\" Əgər  bu fəsillərin  başçısı olmasaydı   fəsillər bir-birinə  qarışardı,  yaydan sonra  qış,  yazdan sonra isə  payız  gələrdi. Amma  bizə  məlum olan  qədər bu  fəsillər  arasında   ardıcıllıq  heç vaxt  pozulmamışdır.  Öz başına sahibsiz hansı sistem, hansı qanun  neçə illər pozulmadan işləyə  bilər?
Və yaxud bir ildə 365 gün  23 saat  56 dəqiqə 4 saniyə var.  Bu prosses  kainat bilinəndən bəri dəyişməyib. Bütün bunların sahibi olmasaydı  illərdəki ayların, aylardakı günləin, günlərdəki saatların, saatlardakı dəqiqələrin və saniyələrin  bir - birlərinə  qarışması lazım idi.
        Bəzən 1 ildəki günlərin sayı 350, bəzən 380 və ya 400  gün olardı və həmçinin günlərdəki  saatların sayı bir gündə bəzən 15, bəzən 20  və ya 30 saatdan ibarət olardı . Əgər günəş sahibsiz olsaydı birgün şimaldan  birgün  cənubdan və yaxudda fərqli fərqli yerlərdən çıxardı.

       Əgər  bir məktəbdə  tələbələr  müəllimlər bəlli saatlarda  məktəbə gəlib gedirlərsə, nizam intizamlı bir sistem varsa, deməli bu, məktəbin sahibsiz olmadığına dəlildir. Yəni direktorunun varlığına  dəlildir. Əgər  başçı olmasaydı   müəllimlər və tələbələr nizam  intizama  əməl etməzdilər. Əgər başcı olmasaydı insanlar qayda-qanuna əməl etməzdilər. Başçı olmadan heç bir qurum, təşkilat və yaxud da dövlət öz –özünə ayaqda dura bilməzsə? Bəs başçısız bu kainat  öz–özünə necə ayaqda dura bilər?! Bəzi insanlar isə bütün bu gördüklərini təsadüf adlandırırlar . Lakin bu qədər şey necə təsadüf ola bilər,  xüsusi ilə bu nizam-intizamın dəqiqliklə davamlı şəkildə işləməsi bunun təsadüf olmamasına dəlildir.
      Pisxoloqlar təsadüflərlə əlaqədar öz kitablarında belə bir misal gətirirlər.  Əgər əlimizdə kiçik bir topla boş bir otağa girsək və topu yerə atsaq top müxtəlif sürətlə müxtəlif istiqamətlərə hərəkət edərək müəyyən bir yerdə dayanacaq. Eyni bu prosesi tam dəqiqliklə təkrarlamaq ücün neçə milyon dəfə topu  əvvəlki kimi atmaq  lazımdır ki, ilk proses tam dəqiqliklə təkrarlansın. Ola bilsin heç təkrarlanmasın. Diqqət yetirin: Deməli təsadüfən, və ya kantrolsuz, neçə  milyon dəfə  bir şeyi təkrar etməklə,  eyni  şeyi, dəqiq şekildə, əldə etmək mümkün deyilsə, onda necə ola bilərki,  neçə milyard illərdi,  neçə milyard dəfələrlə, bir an belə pozulmadan, öz nizam-intizamını qoruyaraq, dəqiq şekildə işləyən bir sistemə, təsadüf \"və ya öz başına əmələ gəlib\" adını qoyaq. Deməli bu kainatda ki illərin ayların günlərin nizamlı şekildə işləməsi , təsadüf  və ya öz başına deyil.
      Allahın varlığına iman etdikdən sonra, onu daha gözəl tanımaq üçün yenə də onun yaratdıqlarına baxıb düşünmək kifayətdir. Necə deyərlər: \"Sənətkarın məharəti, qabiliyyəti, gücü və qüvvəti əl işindən bəllidir.
      Əgər bizə desələr ki,  möhtəşəm bir binanın proyektini çəkən arxitektor kardır, kordur və ya laldır, biz buna inanarıqmı? Əlbətdə ki yox. Deməli belə möhtəşəm bir əsəri ortaya çxartmaq üçün insan gərək elmli olsun, elmli olmaq üçün də insan mütləq görməli eşitməli və bilməlidir. Elm olduqdan sonra da bu əsəri ortaya qoymaq üçün güc lazımdır. Deməli burdan başa düşülən odur ki, Uca Allah bu kainatı və içindəki million cür canlını yaradıbsa və bunu idarə edirsə O diridir, güclüdür elmlidir, görəndir, eşidəndir və danışandır.  Alahın kəlamıda Qurani kərimdir.
     Birdən ortaya sual çıxa bilər ki, mən Allaha inanıram. Amma Qurani Kərimin Allah tərəfindən yazılan bir kitab olduğunu qəbul etmirəm və ola bilsin ki  o kiminsə tərəfinən yazılıb.  Bu şübhə sahiblərinə cavab olaraq belə bir misal çekək: Hər bir düzəldilən texnikanın hətda kiçik bir telefonun belə içindən istifadə olunma qaydalarını və təlimatlarını göstərən bələtçi bir kitab çıxırsa necə ola bilər ki kainatın ən qəliz mürəkkəb və həm də çox dəyərli olan bir məxluqun kitabı olmasın.
     Qurani kərim  heç bir bənzəri olmayan möhtəşəm bir kitabdır və inanmayan insanlar tərəfindən dəfələrlə belə bir kitab yazılmasına cəhd edilsədə hamının cəhdi boşa çıxmışdır. Qurani Kərimə həyatın hansı sahəsindən baxsan orada bir adillik nəsihət və istiqmət taparsan. Quran psixoloji bir qaynaqdır. Elmi tərəfdən yanaşsan Qurani Kərim açıqlanan və açıqlanmayan elmi sirlərlə və möcüzələrlə doludur. Tibb baxımından yanaşsan Allah, Qurani Kərimi oxumağı şəfa olaraq endirib. Vallahı elə bir xəstəlik yoxdur ki onu Qurani Kərimlə müalicə etmək mümkün olmasın. Istər tibbə məlum olan istərsədə həkimlərin: \"götürün aparın bizlik deyil\" dediyi xəstəliklər.
     Bu məsələni çox uzatmaq istəmirik kimin belə bir şübhəsi varsa Qurani Kərimin möcüzələri haqda yazılmış minlərcə kitablara müraciət edə bilər
Qurani Kərimin Allahın kitabı olduğuna iman gətirdikdən sonra onun içinə nəzər salmaq, oxuyub əməl etmək lazımdır.
     Əgər Qurana nəzər salsaq görərik ki, Uca Allah bizi, Allaha və axirət gününə, qəbir əzabına və nemətlərinə, öldükdən sonra dirilməyə sorğu sual olunacağımıza, yaxşı insanların kitabının sağ, pis insanarın kitabının sol əlinə veriləcəyinə, ədalət tərəzisinin qurulacağına, sirat körpüsündən keçışə, cənnətə və cəhənnəmə inanmağımızı istəyir.
     Kim desə ki \"Qurana inanıram amma Allahın ölüləri dirildəcəyinə inanmıram öləndən sonra dirilmək boş şeydir. O dünyaya kim gedib gəlib.\"
Bu şübhə sahiblərinə cavab olaraq belə bir misal çekək:
Əvvəla bu insan bu sözü ilə Allahı yalançı hesab edir. Çünki bəşər tərəfindən yazılması mümkün olmayan Quran bunun əksini deyir. Quran Allah kəlamıdır. Allah insanları Qiyamət günü dirildəcəyini öz gücü ilə isbat edir: yerləri və göyləri yaratmaqla, kainatı xəlq etməklə, qışda yer üzərindəki yaşıllıqları öldürüb yazda onlara can verib diriltməklə. Yerlərin və göylərin yaradılması insanın yaradılmasındanda qəlizdir. Bunlara gücü çatan Allahın deyirsən səni yenidən xəlq etməsinə gücü çatmasın?! Bir usta üçün bir şeyi ikinci dəfə düzəltmək birincidəndə asandır. Birdəki, əgər sən diridilməsəydin bu dünya KPZsində gözlədilməyinin nə mahiyyəti var idi. Deməli məhkəmə qurulacaq ki sən bu gün burda gözlədilirsən  yoxsa  bütün insanlar bir anda məhv olub gedərdilər. Insanın dünyaya gəlməsi böyüməsini qocalmasıni ona həyatda ixtiyar və möhlət verilməsinin bir təsadüf olduğunu fikirləşirsənsə yanılırsan. Əgər dünyada biri sənə davamiyyətli yaxşılıq etsə.......... Sən deməzsən mi ki : Xeyir ola bu mənə bu qədər yaxşılıqı niyə edir. Onun axı nə marağı var?! Bəs niyə görə, Allahın bu qədər nemətlərinin, sənə, qarşılıqsız verdiyini, və yaxud bu qədər nemətlərə görə sorğu sual olunmayacağını, mükafat və cəza tədbiri görülməyəcəyini düşünürsən?! Sənin bu düşüncələrin hansı məntiqə uyğundur?!
     Deməli dedik ki,  Allah ölüləri dirildəcəyini insanlara öz gücü ilə isbat edir. Yerləri göyləri yaratmaqla, kainatı xəlq etməklə, qışda yaşıllıqları şaxtayla öldürüb, yazda onlara can verib, diriltməklə.
      Bəs sən ey insan, sən ki bir milçək, bir ot belə yarada bilmədiyin halda, \"Öləndən sonra dirilmək boş bir şeydir\"- \"Cənnət və cəhənnəm  elə bu dünyadadır\" kimi iddiaları nə ilə əsaslandırırsan. Allahın gücü qüvvəti vədi göz qabağındadır bəs səninkilər hardadır.
      Allahın ölüləri diriltmə xəbəri  ta dünya yaradılandan  bu günə kimi  göndərilmiş 124 min Peyğəmbərin, 365 elçinin, dili ilə təsdiqlənmiş bir xəbərdir. Zəburda Tövratda İncildə və Quranda təsdiqlənmiş bir xəbərdir. Necə deyərlər: \"Od olmayan yerden tüstü çıxmaz\" Amma sən deyirsən bu tüstünün qaynağı yoxdu. Tarixi kitablara qayıtdığda isə, İsa Peyğəmbərin ölüləri diriltmə möcüzələri ilə doludur. Allah bizi eşidib faydalananlardan etsin. Amin.
      Müsəlman qardaşlar  insan öz Rəbbini tanımaqla iş qurtarmır, toyuqda su içəndə başını yuxarı qaldırır. Əgər Allah bizə ağıl nemətini veribsə demək bunun müqabilində bizdən tələb etdikləridə var. Bu tələblərin başında da namaz durur.
     Allah Təala Qurani Kərimdə namazı tərk edənlər barəsində buyurur:  \"Onlardan sonra namazı tərk edib şəhvətlərə uyan bir qövm gəldi. Biz onları cəhənnəmdəki ğay dərəsinə atacağıq\"
     Namazı tərk etmək qulun həyatda itirə biləcəyi ən böyük itkidir. Çünki Namaz qulu Rəbbinə birləşdirən mühüm bir bağ və vasitədir.  Bu bağ qopduqdan sonra insan zəlalət və küfr bataqlığında boğulmaması mümkün deyil. Amma çox təssüflər olsun ki, bu gün bizlərin çoxu insanları xəstə, şikəst, kor, kar gördüyümüz zaman onların halına, namazsız gördüyümüzdən daha çox  acıyırıq. Halbuki  bəsirət  gözü ilə baxdığımız zaman, xəstəlik  və ölüm həyatda itirdiyimiz ən böyük itki deyil, ən bəyük itki yaşarkən içimizdə ölən imandır. Namaz islamın 5 əsas dayağından birirdir. Peyğəmbər (ona və ailəsinə Allahın xeyir duası olsun) buyurur:  \"Bizimlə kafirlərin arasındakı əhd namazdır. Kim onu tərk edərsə küfrə düşər.\"   Ömər bin Xattab (r.a) buyurur : \"Namazı tərk edənin islamdan payı yoxdur.\"
 Allah Təala digər ayədə buyurur: \"Cəhənnəm əhlindən soruşarlar: Sizin cəhənnəmə düşmənizin səbəbi nədir? Cəhənnəm əhli belə cavab verər: Biz namaz qılanlardan və kasıbı yedizdirənlərdən olmadıq , batilə dalanlarla bizdə dalardıq, və Qiyamət günü dirilməyi inkar edərdik.\"
        Ey Allahın bəndəsi! Namazı terk etdiyin gündən Allahla arandakı əlaqə kəsilib və bu əlaqəni kəsməklə sən böyük bir xəzinənin açarını itirdin. İnsan bu dünyada bir yolçudur və bu yolçuluq ana bətnində dünyaya qədəm qoyduğu gündən, qəbrə kimi davam edir. Namaz isə yolçunun özü ilə gəzdirdiyi azuqəsidir, ruhunun sağlamlığıdır, qəm kədərdən qurtulmaq üçün bir qapıdır. Dəstnamaz alıb iki rükət oxuduqlarını dərk edərək, səcdədə yalvarıb, yaxarıb dua edərək  namaz qılmaq, sənin qəm qüssənə dərman olaraq kifayət edər.
     Müsəlman qardaş və bacılar, namazdan qafil qalanların qəlbləri elədikləri günahlardan dolayı qaralmış və daşlaşmışdır. Allah Təala Qurani kərimdə buyurur : \"Qiyamət günü səcdə etməyə dəvət olunduqlarında onlar səcdə edə bilməyəcəklər. Zillətə qərq olduğları halda, gözləri zəlilcəsinə yerə dikiləcək, halbu ki onlar dünyada sağlam olduqları vaxt namaza , səcdəyə çağırılırdılar.\"   Onlar  dünyada Allaha səcdə  etmədikləri üçün, qiyamət günü də səcdə etməkdən məhrum olacaqlar.  Dünyada ikən çağrılırdılar gəlmirdilər, işlərini və vaxtlarını bəhanə gətirirdilər, özlərini aldadırdılar. Amma məsələ imkan və vaxt məsələsi deyildi, məsələ iman və istək məsələsidir. Bir gün ərzində 24 saatdan 1 saat vaxtlarını ayırmırdılar. 1 namaz : 1stəkan çay içməkdən, 1 siqaret çekməkdən, 1 klip izləməkdən daha az vaxt alır. 5 vaxt namaz gündə : 1 saatdan, həftədə 7saatdan, ayda 1 gündən , ildə 12 gündən də az vaxt aparır. Nəfsani arzularını həyata keçirtmək üçün ağına bozuna baxmadan vaxtlarını və imkanlarını qurban verirdilər.  Aylıq  500 manata kiminsə yanında səhərdən axşama kimi işləyirdilər amma Allahın onlara verdiyi göz, əl, ayağ və s kimi qiymətsiz nemetlər müqabilində gündə bir saat ayırmırdılar. Yəni Allah 500 manat qədərdə olmadımı ki, Əliyə Vəliyə ayırdığın vaxtı, Ona da ayırasan!? Bu kitabı oxuyan hər kəsə sual verirəm: Bizlərdən biri kiminsə yanında işləsə və ayın sonunda onun maaşını verməsələr, O nə edər? - Cavab bəlkə döyüşər, qəzəblənər və s. Amma ən azından 2 ci dəfə o adamla işləməz. Haqqımızı verməyəni silib atmaq üçün bir ay yetər. Yaxşı, onda Allah bizimlə nə etsin, nəinki 1 ay, 2 ay əksinə 10 illərdirki Allahın nemətlərini istifadə edirlər, amma onun haqqını vermirlər. Göz, qulaq, dil, əl, ayağ və s kimi nemətləri, heç bir kamunal xərc ödəmədən istifadə edib, qarşılığında səcdə etməmək nankorluqdur ya yox!? - Yaxşı nankorun duası qəbul olunacaqmı!? Nankora kömək olunacaqmı!? - Cavab açıq aydındır. Bu gün ki müsəlman aləməminin zəifləmə və budrəməsinin ana səbəbi də namazsızlıq, və yaxud da namazın canı, ruhu, özəyi sayılan, həmçini namazın vacib olunmasının əsas məqsədi olan \"xuşunun\" Namazda oxuduğu ayələrin, zikrlərin tərcüməsini bildiyi halda onları fikirləşərək, sanki Allahın qarşısında imiş, Onunla dərdləşirmiş kimi Namaz qılıb, Ona dua etməyın olmamasıdır. Allahı elm üzərində tanımağın, olmamasıdır. Əgər Allahı haqqı ilə tanısaydılar Ondan lazımınca qorxar, Ona lazımınca itaət edərdilər. Allah Təala buyurur : Allahın gözəl adları var, o adlarla Allahı çağırın, dua edin, O adlarla Ona təvəssül edin.........   (.........)
     Allah Təala buyurur: \"Qiyamət günü səcdə etməyə dəvət olunduqlarında onlar səcdə edə bilməyəcəklər. Zillətə qərq olduqları halda, gözləri zəlilcəsinə yerə dikiləcək, halbu ki onlar dünyada sağlam olduqları vaxt namaza , səcdəyə çağırılırdılar.\"
     Onlar  dünyada Allaha səcdə  etmədikləri üçün, qiyamət günü də səcdə etməkdən məhrum olacaqlar. Dünyada ikən çağrılırdılar gəlmirdilər, təkəbbürlük edirdilər. Gəlməməklə yanaşı namaz qılanlarla istehza edib onları ələ salırdılar. Belə adamlara dini Allahı saleh əməlləri xatırladanda səni lağa qoyurlar. Allah Təala Qurani Kərimdə buyurur: Siz (əzanla) namaza çağrıldığınız zaman, onlar istehza edərək bunu oyun oyuncaq sayarlar, bu onların anlamaz bir tayfa olduqlarındandır.
     Digər ayədə Allah Təala buyurur: \"Həqiqətən günahkarlar, dünyada ikən iman gətirmiş kimsələrə, gülürdülər, iman gətirmiş kimsələri görəndə onları lağa qoyurdular.\"
     Müsəlman qardaşlar heç kim ona ünvanlanan bu cür nalayiq sözlərə görə ruhdan düşməsin. İstehza etmək ağılın kamlığından irəli gəlir. Qoy gülsünlər, yaxşı-yaxşı gülsünlər.  Amma xoşbəxt axırda gülən kimsələrdir. Necə ki Allah Təala buyurur : \"O gün axirətdə iman gətirənlər kafirlərə güləcəklər.
     İnsanlar namaza qarşı səhlənkarlıq edərək çoxlu xeyrdən geri qaldılar. Bu dünyada namaz qılmadan xoşbəxtlik axtaran insanın halı doğurdanda çox qəribədir. Bəlaları dəhf etmək Allahın əlindədir,  ölüm və həyat  Allahın əlindədir, xəstələrə şəfa vermək Allahın əlindədir, ruzini genişləndirmək Allahın əlindədir, bütün xeyir qapılarının başı Allahın əlindədir, O bir şeyin olmasını istədikdə ondan yalnız ol deməkdir. Ona geden yol isə namazdan keçir, daşlardan, qayalardan, pirlərdən qəbirlərdən deyil. Allah özü ilə qulları arasında namazı vasitə etdi pirləri və qəbirləri deyil.  Allah dünyadaki məmurlar kimi deyilki ona çatmaq üçün mütləq kimisə araya salasan. Allahla insanın arasını korlayan pozan şeylər ancaq günahlardır və bunun əksi olaraqda insanı Allaha yaxınlaşdıran şeylər isə ancaq namazla, yaxşı əməllərlə dualarla edilən təvəssüldür. Necə ki, şair batil təvəssül barədə buyurur:
        Keçsə idi vastəçilik, islam dinində
        Dünyadan fərqi qalmazdı, bu dinin də
        Ədalət silınərdi bəndələrin zehnində
        Patışah qafildir  haldan vasitəsiz anlamaz
        Allah  kamildir patışaha müqayisə olunmaz

    Həyatda xoşbəxtlik axtarıb amma namaz qılmayanlara Allahın bu ayəsini xatırlatmaq istəyirəm. Allah Təala buyurur : Möminlər xoşbəxtlik tapdılar, hansı möminlər, o möminlər ki, namazlarını xuşu  ilə qılarlar.
    Müsəlman qardaşlar və bacılar. Peyğəmbər (s.a.s) səhih bir hədisdə belə buyurur: \"Kim namaz üzərində mühafizəkar olarsa, yəni namazını davamiyyətli qılarsa, qiyamət günü onun namazı, ona nur və nicat olar. Yox əgər kim də, namazını davamiyyətli qılmazsa, qiyamət günü onun üçün  nə nur, nə də nicat olar. Və o insan qiyamət günü ən şərli insanlarla - Vəzifə düşgünü olan Həmən, Mal dövlətin köləsi olan Qarun, həm dünya həmdə vəzifə düşgünü olan təkəbbürlü və lovğa Firon və  sonda azmış tacir sayılan Ubeyyə bin Xələflə bir yerdə həşr olar.
     Ey namazdan uzaqlaşmış kimsələr! Soruşun həqiqi namaz qılıb, namazlarına sadiq qalan kimsələrdən, namazda nə tapdılar ki ona belə bağlandılar. Cavab: Qəlb rahatçılığı, hüzur, sükunət, sevinc və xoşbəxtlik. Hüzur tapan insan salamat olar, salamatçılığa çatan 2-ci bir şey isə yoxdur. Həmçini bunun əksinə baxdığımız zaman, ən sıxıntılı insanlar, namazı tərk edən və yaxutda namazlarına səhlənkar yanaşan kimsələrdir. Allah hər kəsə hidayət versin, hidayət etdiklərinidə sabit etsin.
    Müsəlman bacı və qardaşlar Allaha və axirət gününə, Qurana kamil inanan kimsə Allahdan sevgi və ümüdə dayanan bir qorxu ilə qorxmalı, Qurani-Kərimdə və Peyğəmbərin hədislərində söylədiyi əmrləri yerinə yetirməli, qadağan edilənlərdən isə çəkinməlidir. Allahın insanlardan tələb etdiyi də elə məhz budur.
    Allahdan sevgi və ümüdə dayanan bir qorxunu, hər bir müsəlmanın həyatda ikən qazanması vacibdir. Onsuz həyat sıxıntılı,  və əxlaqi tənəzzülə uğramış, onsuz isə insanlar dəyərsizdir. Hətta Var dövlətə, mal-mülkə sahib olsalar belə, onu itirən həyatda hər bir şeyini itirmişdir. Onu qazanan isə həyatda  çox şey qazanmış olur, hətta var-dövləti əlindən çıxsa belə.
Məsələyə həmişə zahiri ilə dəyər vermə. Çox insanlar gördük üzərlərində zənginlik yoxdur çox zənginliklər gördük içində insan yoxdur. Amma bu fərqi hər şeyi madiyyatda axtaran kimsələr çox vaxt görmür, çünki  hər şeyi madiyyatda axtaranların gözləri isə mənəviyyata kordur. Allah bizləri o kimsələrdən etməsin.

Allaha və axirət gününə cənnətə və cəhənnəmə ölümden sonra dirilməyə şək-şübhə ilə inanan və və yaxud da tam inanıb amma dünya həyagtını axirətdən üstün tutanlar Allahın buyruqlarını əmrlərini və qadağanların lazımınca yerinə yetirmirlər və bu da çox vaxt iki böyük amildən irəli gəlir:
   1. Dini elmin yoxluğu və ya azlığı;
   2. Bu elmə əməl olunmaması.
   Bu iki amil dinə ciddi yanaşmamaqdan, dininə qarşı səhlənkarlıqdan şaxalənən iki budaqdır. Biz isə gücümüz çatdığı qədər özümüzdən və başqalarından bu iki amilidən mövcud olanını qaldırmağa çalışacağıq. İnsanın qəlbində Allaha qarşı sevgi, istək, səmimiyyət və qorxu kimi iman duyğuları Allah və Peyğəmbərinin buyurduğlarını oxuyub-öyrənməklə, itaət etməklə bərpa olur. Səhlənkarıq etməklə, asi olmaqla, və üz çevirməklə isə zəifləyir və tamamilə yox olub gedə bilir və ola bilsin ki, insanın imanı azalsın , amma özü bunu hiss etməsin. Və ola bilsin ki insanın imanı tamami ilə ondan çekilsin və ya imanı heç olmasın amma  insan özünü islah edənlərdən saysın. Necəki Allahu təala Bəqərə surəsinin  8-11 - ci ayələrində buyurur:
8. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: \"Allaha və Axirət gününə inanırıq\"– deyirlər.
11.Onlara: \"Yer üzündə fəsad törətməyin!\"– deyildiyi zaman: \"Biz ki, ancaq xeyirxahlıq edənlərik!\"– deyirlər.
12. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.
  Bu hal çox vaxt dininə biganə yanaşan, dinindən xəbərsiz olan insanlarda olur.  Amma biz gücümüz çatan qədər bu problemlərə dərman tapmağa çalışacağıq, amma bu dərmanlar istifadə olunmazsa sahibinə fayda verməz, və bu danışacaqlarımızada əməl edilməzsə, sahibinə fayda verməz. Necə ki, Allah Subhanə və Təalə Qurani-Kərimdə buyurur:
 “O kəslər ki, qulaq asıb sözün ən yaxşısına tabe olarlar, həqiqi ağıl sahibi və Allahın doğru yola yönəltdiyi kimsələr onlardır .” .

  Müsəlman qardaş və bacılar! Dini bilməməzlikdən və yaxud dini səfh başa düşdüklərindən  dolayı insanda özünü biruzə verən bir çox  müsəlmançılığa zidd olan əlamətlər müşahidə olunur, bu əlamətlərdən Allahla bərabər daşlardan ağaclardan ölülərdən kömək istəmək onlara yalvarıb yaxarıb dua etmək nəzir demək qurban kəsmək. Çətin bir vəziyyətdə falçılara qaçmaq, namaz qılmamaq oruc tutmamaq zəkat verməmək, Allahın insanlara nazil etdiyi dünya və axirət xoşbəxtliyini özündə cəm edən Qurani-Kərimi oxumamaq və ya oxuyub düşünməməkdir.
Əgər necə müsəlman olduğunu yoxlamaq istəyirsənsə Qurana qayıt. Onu oxuyanda təsirlənirsənmi? Vallahi əgər bu Quran  dağlara ensəydi dağlar parça-parça olardı. Necə ki, Allah Təalə  bir ayədə buyurur:
 “Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Alla¬hın qorxusun¬dan  parça-parça olduğunu gö¬rər¬din.  amma ağıl sahibi olan insan Qurandakı öyüd və nəsihətdən ibrət almır. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikir¬ləşələr.”
Amma nə olub bu qəlbə ki, təsirlənmir? Namaz qılmır, oruc tutmur dininə biganə yanaşır, dünyanı ön axirəti isə 2-ci plana salır. Bəs insanı bu hala salan Səbəb nədir? Əlbəttə dinininə qarşı olan laqeyidsizlik və sıhlənkarlıq dan qaynaqlanan günahlar . Allah Təalə buyurur:

Yüklə 230,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin