Mərhəmətli, Rəhimli Allahın adı ilə



Yüklə 230.4 Kb.
səhifə4/4
tarix25.04.2017
ölçüsü230.4 Kb.
1   2   3   4

Ömər (Allah ondan razı olsun) barəsində belə rəvayət olunur ki, bir gün namazda bu ayəni oxudu: «...“Mən dərd-qə¬mimi yal¬nız Allaha açıb söylə¬yirəm, yalnız ona şikayət edirəm”»  və ağlamağa başladı, hətta arxasındakıları da ağlatdı . Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)in əshabələrinin halı belə idi.
Tabiinlərdən olan Həsənul–Bəsri (Allah ona rəhmət etsin) çox ağlayardı. Ondan bunun səbəbini soruşduqda o, belə cavab verərdi: “Qorxuram ki, Allah Sübhanəhu Təalə məni oda atsın və bir daha yadına salmasın” .
   Sələfilərdən olan Ali ibni Fudeyl (Allah ona rəhmət etsin) barəsində belə rəvayət olunub ki, o gecə namazında ikən bu ayəni oxuyurdu: “ Onların gətirilib od üzərində saxlandıqları vaxt : “Kaş ki, dünya¬ya qay¬tarılıb Allahın ayələrini yalan saymayıb mömünlərdən olaydıq dediklərini görəydin” . Huşunu itirdi, bir daha özünə qayıtmadı və bu ayəni tamamlaya bilmədi. Ayənin əzəməti onun ölümünə səbəb oldu.
Onlar vacib olan beş namaz xaricində nafilə və gecə namazları qılardılar. Əgər onlar əlavə namazlarda bu hissləri keçirərdilərsə, fikirləşin vacib namazlarda onların halı necə olardı?! Təəssüflər olsun ki, bir çox özlərinə müsəlman adı verən kimsələr isə Allahın onlara vacib etdiyi beş namazı tərk ediblər. Fikirləşin, bu ikisinin arasında nə qədər böyük fərq var. Kimləri Allahın əmrlərini lazımınca yerinə yetirməyə çalışır və Allahın onların əməllərini qəbul etməməsindən qorxur və ağlayır, kimləri isə ibadətdən uzaq düşdüyü halda qəlbini Allahın rəhməti ilə doldurub “Allah Kərimdir” deyir.
     Ömər ibn AbdulAziz (Allah ona rəhmət etsin) gecə namazına qalxıb ağlayardı və arxasında onun əhli də ağlayardı. Səhər olanda ondan soruşardılar: “Allah sənə rəhm etsin, Səni ağladan nədir, ey Ömər?” O, belə cavab verərdi: ”Gecə ikən Allah Təalənin bu kəlamını “Bir dəstə Cənnətə ayrılacaq, bir dəstə Cəhənnəmə”  oxuyurdum və fikirləşirdim ki, mən onların hansı birindən olacağam? Mən Cənnətə gedən firqədənəm, yoxsa Cəhənnəmə?”
Zövcəsi Fatimə (Allah ona rəhmət etsin)dən onun barəsində soruşduqda belə deyərdi: “Ömər ibn AbdulAziz yatağından qalxanda qorxu içərisində dik atılardı və qalxıb namaz qılardı, ağlayardı. Onu görəndə deyərdin ki, eləbil indi onun ruhu çıxacaq və beləcə fəcr azanına qədər davam edərdi. Sonra isə qalxıb namaza gedərdi. Allah Təalə buyurur:
   “Məgər onlar Quran haq¬qında dü¬şünmürlərmi? Yoxsa qəlbləri kildmi vurulmuşdur?”
      Əli (Allah ondan razı olsun) bir gün qəbirləri ziyarət edəndə belə deyir:
    “Ey müsəlmanlardan və möminlərdən ibarət olan qəbir əhli! Allahın salamı sizin üzərinizə olsun və biz də İnşaAllah sizə yetişəcəyik”. Sonra isə belə deyir: “Ey qəbirstanlıq əhli! Sizdən sonra evlərinizdə məskən qurdular, mallarınızı böldülər, yoldaşlarınız başqalarına ərə getdi. Budur bizim halımız. Bəs sizin halınız nədir?” Bir az oturduqdan sonra  belə dedi: “Əgər danışa bilsəydilər belə deyərdilər: «Özünüzlə o dünyadan azuqə gətirin, azuqələrin ən xeyirlisi isə təqvadır»”.
Təqva isə Allah Təalənin qadağan etdiklərindən çəkinmək, əmr etdiklərini yerinə yetirmək, əzabından qorxmaq, rəhmətini ummaq və Allahın əzabı ilə öz aranda bir maneə yaratmaqdır.
Ey müsəlman bəndə! Sənin neçə-neçə yoldaşların, dostların var idi ki, onlar artıq bu dünyadan ayrılıblar. Bir gün həmin növbə gəlib sənə də çatacaq və o, gün sənə saleh əməllərindən başqa heç bir şey fayda verməyəcəkdir. Necə ki, sələfi salehlərdən biri olan Harun Rəşid ölüm ayağında ikən ətrafındakılara belə deyir: “Məni basdırılacağım qəbrə aparın”. Onu qəbrin yanına aparırlar. Qəbri görəndə ağlamağa başlayır və bu iki ayəni «Var-dövlətim məni əzab-dan qur¬tarmadı. Hökmranlığım da məhv olub getdi”. »  oxuyur, sonra başını yuxarı qaldırıb belə deyir: “Ey əbədi olub, mülkü yox olamayan Xaliq! mülkü fani olan məxluqlara rəhm et!”
Bax, ey Allahın qulu! İnsanı ölümdən heç nə qurtara bilməz. Mal, pullar, böyük tikdiyin imarətlər, sultanlar, dünyadakı hörmət, izzət, vəzifə, şan şöhrət haradadır? O gün saleh əməllərdən başqa heç bir şey insana fayda veməyəcək. Hamımız öləcəyik, amma ölüm ilə iş qurtarmır. Ölümdən sonra qəbir həyatı var, sonra Qiyamət günü dirilmək. Sonra isə məliklərin məliki olan Allah Təalənin qarşısında suallara cavab vermək var.
Ey Allahın qulu! Günahlarının böyüklüyü, çoxluğu səni Allahın rəhmətindən ümüdsüz etməsin. Əsası, öndə olan şeylərə görə Allahdan qorx. Allahın buyurduğu kimi yaşa ki, arxada qoyduğun günahlara görə Allah səni bağışlasın.
 Günahlar nə qədər böyük və çox olsa da  insan Allaha səmimi tövbə edəndə  Allah onu bağışlayır.
Allah Təalə belə buyurur:
     “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb Ondan günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar etdikləri günahlar üzərində bilərəkdən israr  etməzlər”. (Ali-İmran, 135)
Ey Allahın qulu! Allah, səmimi tövbə etdikdə bütün günahları bağışlayır. Amma Allah Təalə yuxarıdakı ayədə şərt qoyur:
“ Onlar etdikləri günahlar üzərində israr etməzlər.”
Ey insan! Bu məsələləri bildikdən sonra kiçik və böyük günahlar üzərində, yad qadına baxmaqla, musiqiyə qulaq asmaqla, sabah namazına yatıb qalmaqla, qeybət etməklə və digər günahlar da edirsən ki, onları Allahdan başqa heç kəs bilmir. Çünki etdiyin günaha bir daha qayıtmamaq tövbənin şərtlərindən bir şərtdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur:  “Əgər bir insan bir günah edərsə, sonra qalxıb, dəstəmaz alıb iki rükət namaz qılarsa və bu namazda öz nəfsi ilə danışmazsa (yəni huşu ilə oxuduğu ayətləri düşünə-düşünə, dərk edə-edə namaz qılarsa) Allah Təalə onun günahlarını bağışlayar” .
Allah Təalə Qurani Kərimdə  buyurur:
    “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən¬lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış-layandır, Rəhm¬¬lidir!”
     Əgər tövbə etmək istəsən elə indi,  bunları eşidən dəqiqədən, bu kitabı oxuyan andan əzm et ki, bütün günahlardan qayıdıb tövbə edəcəksən.
      Demə ki, İnşaallah Ramazan gələndə, həccə gedəndə, evlənəndən sonra və ya bu vəzifədən çıxdıqdan sonra tövbə edərəm.  insan həmişə başqaları öləcək zənn edər. Amma bu bele deyil. Ölümü özündən uzaq görmə, onu müəyyən  xəstəlik və qocalıq kimi səbələrə bağlama, sağlamlığına güvənmə. Ölüm göz olə qaş arasındadır boşuna deməmişlər. Əgər tövbəni sonraya saxlasan, sən bu yerdə böyük xəta etmiş olarsan. Niyə? Çünki əcəlin gec gələcəyinə ümüd edirsən. Bu isə ən böyək xətadır, bunun da özünün tövbəyə ehtiyacı var.
Ey Allahın qulu! Allah Təaləyə tövbə etməyə, ona qayıtmağa tələs. Allah Təalə qulu ona tövbə edəndə çox sevinir. Allahın quluna olan rəhməti, ananın övladına olan rəhmətindən daha böyükdür. Amma övlad həddini aşanda ana onu cəzalandırdığı kimi, Allah da bəndələri həddini aşanda öz hikməti və ədaləti ilə onlara cəza verir. Allah qullarına haqsız yerə əsla zülm etməz. Əgər insanların etdikləri günahlara görə Allah həmin anda onları cəzalandırsaydı, yer üzərində insan qalmazdı. Amma Allah qullarına tövbə edib, ona qayıtması üçün möhlət verir.
Allahummə! Bizləri Cənnətinə və Cənnətinə yaxınlaşdıran bütün əməllərə müvəffəq elə və bizləri əzabından və əzabına yaxınlaşdıran bütün şər əməllərdən qoru! Günahlarımızı və qüsurlarımızı bağışla, bizləri cəmi səhv və qüsurlardan salamat et, dualarımızı qəbul et, aqibətimizi xeyirli elə, son nəfəsimizdə  tövhid kəliməsini deməmizi  bizə nəsib et, ölülərimizi bağışla, bizi şeytanın və düşmənlərimizin şərindən,  nəfsi-i əmmarənin şərindən mühafizə et! evimizə yaxşılıqlar, xeyirli və bərəkətli ruzilər lütf et, müsəlmanlara salamatçılıq lütf et, din düşmənlərini qəhr və pərişan et, Kafirlərlə cihad etməkdə olan müsəlmanlara yardım et!
Ya Rəbbi, xəstələrimizə şəfa, dərdlilərimizə dərman ver, riyadan, nifaqdan, bədbəxtçilikdən, hər cür xəstəlikdən, qəzadan, bəladan, tənbəllikdən, acizliyindən, zəlil olmaqdan, zülm görməkdən, azdıran zənginlik və azdıran kasıblıqdan, şeytan və nəfsin şərindən, düşmən qələbəsindən, pis davranışlardan, bidət və, zəlalətə düşməkdən, ixlassız əməldən, hər növ günahdan, küfrə girməkdən, rəzil ömürdən, ölərkən gələcək fitnələrdən, dinimizə, dünyamıza zərər verəcək şeylərdən bizləri qoru!
Həqiqi iman, gözəl bir əxlaq, şükr edici bir ürək, zikr edən bir dil, qəza və qədərə razılıq göstərən xeyirli bir ömür, az yemək, az yatmaq, az danışmaq, az gülmək və çox xidmət etməyi, qəbr əzabından və axirət dəhşətindən xilas olmağı, ömür boyu razılığına uyğun yaşamağı, şəhid olaraq ölməyi və son nəfəsdə əhli sünnə etiqadına uyğun bir iman və tövbə etməyi nəsib elə.
Ya Rəbbi, öz sevgini, sevdiklərinin sevgisini, sevginə qovuşduracaq əməllərin sevgisini bizlərə nəsib elə. Elmimizi, ixlasımızı, qabiliyyətimizi və bacarığımızı artır, bizləri şeytanın azdıra bilmədiyi :  - ancaq ixlaslı qulların istisnadır-   dediyi o qullardan olmağı nəsib et, bizləri comərd və səxavətli qullarından elə.
Ana atamıza və övladlarımıza və qohum və aqrabamıza və bütün din qardaşlarımıza xeyirli ömür və gözəl  və sağlam yaşam,  hidayət və bu yolda istiqamət və davamiyyət nəsib et .
Ya Rəbbi! Bütün səhv və qüsurlardan  bizləri salamat elə, içimizdən axirətə köçənlərin günahlarını bağışla, yerlərini cənnət elə. Peyğəmbərimizin (s.a.v) şəfaətinə nail elə. Bu kitabı bu anda oxuyan əziz din qardaşlarımızın sıxıntılarına çarə, ölənlərinə rəhmət,  geridə qalanlarına səhhət və afiyət lütf elə.
Ya Rəbbi! Torpaq altında çürümüş, adları unudulmuş, onlara dua edecək kimsələri qalmamış, müsəlman qardaşlarımızın da günahlarını bağışla
Ya Rəbbi! Uca dinimizə və əziz vətənimizə göz dikən daxili və xarici düşmənlərimizə fürsət vermə, onları islah et. İslah olacaq halları yoxsa onlara qahharlığını, qüdrətini göstər onları öz qəhrinlə və pərişan elə.
Ya Rəbbi! Ümməti-Muhammədin xəstə qullarına şəfalar, dərdli qullarına dəvaların, borclu qullarına xeyirli ədaları ehsan et.
Ya Rəbbi! O biri aləmdə  \"fəriqun fil cənnəti va fəriqun fis səir\" Cənnət və cəhənnəm firqələri ayrılacağı zaman bizləri cənnət firqəsinə daxil et.
Ya Rəbbi! Qiyamət gününə qədər baqi qalacağını vəd etdiyin Din-i İslamı ölkəmizdə  bərqərar et. Namazı niyazı buraxan, narkamanlıq, içki və qumar vasitəsi ilə evinin yolunu unudan, müxtəlif günahlara düçar olan millətimizin övladlarınada  hidayət nəsib et, uşaqlarımızı ədəbli, əxlaqlı, fəzilətli, anasına, atasına, müəlliminə hörmət göstərən, Allahına, Peyğəmbərinə hörmət və təzim edənlərdən et.
 Bizləri dininə, inanclarına, vətəninə, millətinə,  könüldən bağlı olanlardan et.
Ya Rəbbi! Namaz və niyazımızı, səbr, ixlas, təvəkkül qorxu və ümüdlərimizi, təfəkkür və tədəbbürlərimizi, səmimiyyət və sədaqətlərimizi davam etdirmək, sənə davamiyyətli ibadət etmək üçün, bizə güc və qüvvət nəsib et. Bizləri bu  ibadət və itaətlər üzərində sabit et.
Ya Rəbbi! Hər cür təhlükələrdən, fəlakətlərdən, müsibətlərdən, xəstəliklərdən,  haramlardan, əxlaqsızlıqlardan, yalandan, qeybətdən, riyadan, həsəddən və qürurdan, zərər və ziyanlardan bizləri hifz və himayə et.
Adları unudulmuş, nəsilləri kəsilmiş, yer üzündə onlara dua edəcək kimsələri qalmamış, dünyadan köçən müsəlmanların günahlarını bağışla, qəbr əzabını onlardan qaldır, qəbrlərini nurla doldur, axirətdə özümüzə istədiyimiz hər xeyri onlarada nəsib et, qorxduğumuz və sığındığımız hər şeydən onlarıda qoru! Ya Ərhamər Rahimin!
Xəstələrimizə şəfa,  müsübətə düçaar olanlarımıza səbr və təskinlik, zəiflərimizə güc, kasıblarımıza geniş və bol ruzi, cahillərimizə hidayət, qadınlarımıza islam təsəttürü, uşaqlarımıza imanı tərbiyə, borclulara əda, dərdlilər dərman,və islamı yaşayıb yaşatmağ üçün iradə və səbr nəsib elə. Görünən görünməz bəlalardan, güc çatmaz, taqət yetişməz, ağla xəyala gəlməz müsibətlərdən cümləmizi  mühafizə et.
Ya Rəbbi! Quranı Kərimin nurlu yolundan bizləri ayırma, Onun əhkamını yaşayıb, tətbiq etməyi bizlərə asanlaşdır, Quranı Kərimi bizlərə lütfün və kərəminlə dünyada və qəbirdə yoldaş, qiyamət günündə şəfaətçi,  cənnətə aparan bir bəldçi, atəşdən qoruyan bir pərdə və bütün yaxşılıqlara çatdıran bir dəlil və imam et.
Ya Rabbi! Bizləri Quranın hidayətiylə hidayət et. Quranın lütfü ilə dərəcələrimizi yüksəlt. Ey böyük lütf və ehsan sahibi! Quranın tilavətiylə günahlarımızı bağışla, oxuyarkən buraxdığımız  səhvləri bağışla, tam və mükəmməl oxumuş kimi qəbul elə. Bizi Quranın ziynətiylə zinətləndir. Quranın şərəfi şərəfləndir.
Ya Rabbi! İçimizdə illərlə sehrə, caduya mübtəla olmuş qardaş və bacılarımız var. Allahummə sehr və caduyla məşğul olanlara hidayət ver. hidayətdən boyun qaçırdıqları təqdirdə onları məhvi pərişan elə. Birləşdirdiklərini ayır, ayırddıqlarını birləşdir, uzaqlaşdırdıqlarını yaxınlaşdır. Onların toplumunu darma-dağın elə. Onları bir birinə müsallat elə. layiq olduqları cəzanı onlara ver. Ya rabbi onlar səni aciz qoya bilməzlər, öz güc və qüvvətini onlara göstər.
Ya Rabbi! Sənin tam kəlimələrinlə yaratdıqlarının şərindən sənə sığınırıq. Bizləri quruda, suda və səmada olanların, oraya girib çıxanların, gecələri gizlənib gündüz ortaya çıxan, gündüzləri gizlənib gecə ortaya çıxanların şərindən, bütün cin və insanlardan olan şərlilərin şərindən bizləri qoru
Ey duaları qəbul edən mərhəmətlilərin ən mərhəmətlisi Rəbbimiz! Dualarımızı qəbul et.
Ya Rabbi! Hal-hazırda  qapına gəldik, boynumuzu bükülü halda əllərimizi  sənə açmışıq,  hüzurunda dayandıq, bütün pis əməlləri bir tərəfə qoyduq, bizləri  hüzurundan boş geri çevirmə. Sənin əfvinə mərhəmətinə və lütfünə daha çox ehtiyac hiss etdiyimiz bu zamanda bizləri sənsiz buraxma, bizi bizdən al, amma bizi səndən alma.
Ya Rəbbi! Qəbul olunmayacaq dua ilə sənə əl qaldırmaqdan, faydasız elmdən, bir müsəlmana yaraşmayan acizliyindən, tənbəllikdən, xəsislikdən sənə sığınırıq, son nəfəsimizdə bizlərə kəlmeyi-şəhadəti tələffüz etməyi \"Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən əbduhu və rasûlühü\" kəlimələrini deməyi bizə nəsib elə.
Ya Rəbbi! Amin deyən, könüldən bu duada iştirak edən qardaşlarımızı iki dünyada əziz et, iki dünya səadəti nasib et.

Allahummə! Sən bizim Rəbbimizsən, Səndən başqa ibadətə və itaətə layiq heç kimsə  yoxdur. Bizləri sən yaratdın və bizlər sənin qullarınıq, sənə verdiyimiz əhdi və vədi gücümüz çatan qədər yerinə yetirməyə çalışırıq. Sənin bizlərə olan nemətini və günahlarımızı sənin qarşında etiraf edirik. Bizləri bağışla. Günahları bağışlayan ancaq sənsən.
Sübhənallah! Allahdan daha rəhimli kim var?! Allah Təalədən bizim günahlarımızın bağışlanmasını diləyirik. Ən son duamız isə Alləmlərin rəbbi olan Allaha həmd səna etməkdir. O hər şeyə qadirdir.
     Onu da qeyd edək ki, əlinizdəki kitab daima Uca Allaha möhtac olan insan əməyinin bəhrə¬sidir və buna görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olar¬sa elman_medina@hotmail.com elekt¬ron ünvanına yazma¬nızı xahiş edirik.
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə