1. Meşə meliorasiyası fənninin əsas məqsədi və obyekti. Meşə meliorasiyası fənninin qarşısında duran başlıca vəzifələr



Yüklə 105,73 Kb.
səhifə3/4
tarix25.12.2023
ölçüsü105,73 Kb.
#196140
1   2   3   4
meşə melior. 1

Baş - Muğan kanalı (istismara verilmə tarixi 1960-сı il)—İmiş li, Saatlı və Sabirabad rayonlarında 65 min hektar sahəni suvarma suyu ilə təmin edən 34 km uzunluqda kanal.

Baş-Muğan kanalı 1960-сı ildə istismara verilmişdir və onun su götürmə mənbəyi Bəhramtəpə hidroqovşağıdır.
Kanal vasitəsilə İmişli, Saatlı və Sabirabad rayonlarının 65,0 min hektar əkinə yararlı torpaq sahəsi suvarma suyu ilə təmin olunur.
Kanalın uzunluğu 34 km, onun suburaxma qabiliyyəti 60 m³/san-dir.
Baş Muğan kanalı Saatlı rayonu ərazisində iki hissəyə ayrılır.
Sağ istiqamətdə tikilmiş Mürsəlli kanalının uzunluğu 65,7 km, sərfi isə 20 m³/san-dir.
Bu kanal vasitəsilə əkinə yararlı 21 min ha torpaq sahəsi suvarma suyu ilə təmin olunur.
Düzünə istiqamətdə tikilmiş Sabir adına kanalın uzunluğu 66,3 km və sərfi isə 30 m³/san-dir.
Bu kanal vasitəsilə əkinə yararlı 30,0 min ha torpaq sahəsi suvarma suyu ilə təmin edilir.[1]
Baş-Muğan kanalı Bəhramtəpə hidroqovşağından başlayan kanalın ölçüləri 2x3,7 m-dir.[2]
Bol suyu olan kanaldan suvarma məqsədilə istifadə edilir.[3


Samur-Abşeron (Dəvəçi) kanalı
1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi.
Tikintisi başa çatmış Samur-Dəvəçi kanalı 28 aprel 1940-cı ildə istifadəyə qəbul edildi.[1] Samur-Abşeron kanalı Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri oldu.
Samur-Abşeron kanalı keçən ərazinin sxematik planı

Samur-Abşeron kanalının ikinci növbəsi, Dəvəçidən-Abşerona qədər uzunluğu 86,3 km olan ikinci növbəsi 1955-ci ildə istismara verilmişdir. Mənbəyini Samurçaydan götürən Samur-Abşeron kanalın sonunda Ceyranbatan su anbarı yaradılmışdır. Bu da Bakı və Sumqayıt şəhərlərinin əhalisini içməli su ilə təmin etməkdə mühüm rol oynayır.


Taxta Körpü-Ceyranbatan kanalı istifadəyə verildikdən sonra Samur-Abşeron kanalından Ceyranbatan su anbarını doldurmaq üçün istifadə edilmir.

Yüklə 105,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin