Yuxarı Qarabağ kanalı — 1958-сi ildə istismara verilən, uzunluğu 172,4 km olan Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən suvarma kanalı.
Axdığı yerlər
Qarabağ və Mil düzü
Giriş
Mingəçevir su anbarı
Uzunluğu
172,4 km.
Yaranma tarixi 1951-ci ildə Yuxarı Qarabağ kanalının layihələndirilməsinə başlanılmışdır. 1958-ci ildə istismara verilmişdir. Yuxarı Qarabağ kanalı respublikada Samur-Abşeron kanalından (182 km) sonra uzunluğuna görə ikinci yeri tutur. Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərini suvarmaqla Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürür.
Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 59 m-dir. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 172,4 km, normal su sərfi saniyədə 113 kub m, maksimal su sərfi isə saniyədə 138 kub m-dir.
Kanal Qarabağ zonasının, Mil düzünün (az da olsa Muğan düzünün) 122 min hektar sahəsini su ilə təmin edir. Araz çayında su az olan vaxtlarda bu kanala Bəhrəmtəpə hidroqovşağına saniyədə 45 kub m su vermək mümkündür. Eyni zamanda, AzDRES-in (Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası) istifadə etdiyi soyutma suyu da bu kanaldan götürülür.
Kanala daxil olan isti su torpaq məcrada müxtəlif bitkilərin inkişaf etməsinə şərait yaratdığından, kanalın en kəsik sahəsi azalır və hidravlik parametrlər dəyişir, kanalın su aparma qabiliyyəti 20-30 % azalır. Yuxarı Qarabağ kanalına su buraxılmamışdan əvvəl kanalın istiqaməti keçən ərazilərdə, kanalətrafı sahələrdə (1955) qrunt sularının orta yatım dərinliyi 10-15 m idi. Kanala su verilən ilin sonunda qrunt sularının orta yatım dərinliyi 5-6 m, təxminən 5-7 il keçəndən sonra isə 3,0÷3,5 m olur. 1962-ci ildə Xaçınçayın yaxın ərazilərdəki kanal keçən sahələrdə qrunt sularının orta yatım dərinliyi 1,0÷1,5 m idi. Üstündə 119 hidrotexniki qurğu, 20 nasos stansiyası var. Ümumilikdə 82856 hektar sahəni suvarır. İntensiv suvarma dövründə Araz çayının suyunu artırmaq və Muğan düzündə suvarmada istifadə etmək üçün Yuxarı Qarabağ kanalı vasitəsilə Kür çayından Araza su axıdılır. Yuxarı Qarabağ kanalı vasitəsilə Yevlax rayonunun 23150 hektar əkin sahəsi suvarılır.