1. Meşə meliorasiyası fənninin əsas məqsədi və obyekti. Meşə meliorasiyası fənninin qarşısında duran başlıca vəzifələr


Meşə meliorasiyasının Azərbaycanda inkişaf tarixi



Yüklə 105,73 Kb.
səhifə2/4
tarix25.12.2023
ölçüsü105,73 Kb.
#196140
1   2   3   4
meşə melior. 1

Meşə meliorasiyasının Azərbaycanda inkişaf tarixi.
Plan:
1.Meşə meliorasiyasının öyrənilmə tarixi, tədqiqat metodları və təsnifatı.
2.Meşə meliorasiyası elminin Azərbaycanda inkişaf tarixi.
Torpaqların meliorasiyası haqqında əsas teoretik fikirlər Rusiyada əsasən XIX əsrin sonunda V.İ.Voyeykov tərəfindən formalaşdırılmağa başlanmış, 1960-cı illərdən isə fiziki coğrafiyanın bir sahəsi kimi meydana çıxmışdır. O, yaxşılaşdırma anlayışında meşə, su, bitki, torpaq, iqlim komponentlərinə üstünlük vermişdir. V.İ.Voyeykov hər bir meliorativ tədbirin görülməsinin nəticəsini insanların tələbatında görürdü.
V.V.Dokuçayev çöl zonasında quraqlığa qarşı mübarizə tədbirlərini tarlaqoruyucu meşə zolaqlarının salınmasında, qumsal sahələrin meşəliklərə çevrilməsində, su hövzə və anbarlarının yaradılmasında görürdü.
İstər V.İ.Voyeykovun, istərsə Dokuçayevin torpaqlarda meliorativ tədbirlərə aid f ikirləri əsasən 1920-ci illərdən sonra həyata keçirilməyə başlandı.
XX əsrin 50-70-ci illərində bir sıra elmi ekspedisiyalar nəticəsində tarlaqoruyucu meşələrin proyektləri, suvarma, qurutma və iqlim meliorativ tədbirləri layihələndirilmişdir.
Uzunmüddətli tədqiqatlar aşağıdakı nəticələrə gəlməyə əsas verir:
1. Təbii hadisələrin dinamikliyi meliorativ tədbirlərin həyata keçirilməsini aparıcı faktora çevirir.
2. Təbii komponentlərin qarşılıqlı əlaqə və təsiri bir komponentin dəyişməsinin digərinin dəyişməsinə səbəb olur (bütövlük qanunu). Belə ki, səhralarda suvarma istiqamətində aparılan təsərrüfat işləri torpaqların təkrar şoranlaşmasına səbəb olduğundan kollektor-drenaj işlərini unutmaq olmaz. Şimal rayonlarında isə bir dəfə kübrələnmənin aparılması turşuluğun torpaqlardan kənarlaşdıra bilinmədiyindən gübrə ilə yanaşı əhəngləmə işlərinin də aparılmasınıtələb edir.
3. Kənd təsərrüfatı sahələrinin düzgün yerləşdirilməsi meliorativ tədbirlərin görülməsini asanlaşdırır və daha effektli edir.
4. Meliorativ tədbirlər kompleks şəkildə aparılmalıdır.
5. Fiziki-kimyəvi və mexaniki meliorasiyanın təsirinin müəyyən müddətdən sonra itməsini nəzərə alaraq onu dövrü olaraq aparmaq lazımdır.
Meliorativ tədbirlərin aparılmasında təbii şərait kompleks şəkildə yox, aparıcı faktor nəzərə alınmalıdır. Yəni o, faktor ki, bitkilərin inkişafında daha mühüm rol oynayır. Başqa sözlə, meliorativ tədbirlərə ekoloji yanaşmada obyektə daha yüksək təsirə malik olan amillərə üstünlük verilir.
Meliorasiyanın həddini müəyyən etmək üçün təbii prosesləri, hadisələri, başqa sözlə, eroziya, quraqlıq, küləklər, iqlim, bitkilərin qışlaması, qar örtüyünün qalınlığının araşdırılması tələb olunur. Göstərilənlərin hər biri təbii komponentlərə bu və ya digər dərəcədə təsir edən amillərdir.
Su meliorasiyası su resurslarının, torpaq meliorasiyası torpaqların, relyefin, fitomeliorasiya ərazinin bitki örtüyünün yaxşılaşması və dəyişməsi ilə nəticələnir.
Meliorativ tədbirlər təsnifatına görə sinif, növ, vid və növmüxtəlifliklərinə bölünür.
Xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq edilməsinə görə meliorativ tədbirlər aşağıdakı kimi bölünür:
1) Kənd təsərrüfatı meliorasiyası;
2) Meşə təsərrüfatının meliorasiyası;
3) Su təsərrüfatının meliorasiyası;
4) Sağlamlıq və istirahət məqsədli meliorasiya;
5) Şəhərsalma məqsədli meliorasiya;
6) Nəqliyyat üçün meliorasiya;
7) Çoxməqsədli meliorasiya.
Sonuncu meliorasiyaya qurunun müxtəlif sahələrində iri meliorativ tədbirlər aid edilir.
Kənd təsərrüfatının meliorasiyası su, qar, torpaq, iqlim, fito və zoomeliorasiya növlərinə bölünür.
Meşə zonasının meliorativ tədbirlər sisteminə qurutma, sutənzimləmə, turş torpaqların əhənglənməsi, üzvü və qeyri üzvü gübrələrin verilməsi, sukeçirməyən gil qatının ləğv edilməsi üçün dərin şumlama, qar və donmuş torpaqlarda istilik meliorasiyası aid edilir.
Arxeoloji axtarışlar göstərir ki, Orta Asiya və Zaqafqaziyada hələ bizim eradan çox qabaq əkin sahələrində suvarma aparılırmış. Azərbaycanda da torpaqlarda və çay vadilərində çox qədim kanallaın izləri aşkar edilmişdir. Qədim Yunan coğrafıyaşünaslarının verdiyi məlumata görə yeni eranın I əsrində Şirvan düzündə suvarma aparılan sahələr Misir və vavilyonda suvarılan sahələrdən çox olmuşdur.
Vətəndaş müharibəsi dövründə ölkənin xalq təsərrüfatına, o cümlədən kənd təsərrüfatı və onun ayrılmaz hisəsi olan meliorasiya işlərinə böyük ziyan vurulmuşdur. Bir çox suvarma sistemləri və onların üzərində olan hidrotexniki qurğular dağılmış, sıradan çıxmışdı. Buna baxmayaraq 20 -30-cu illərdə geniş miqyasda bərpa işləri görülmüşdü.
Həmin dövrdə Azərbaycan respublikasında da iri miqyaslı meliorativ tikinti işlərinə başlanılmışdı. Azərbaycanm Muğan, Mil və cənubi Muğan düzlərində suvarma sistemi və bir sıra başqa obyektlər bu dövrdə tikilib istifadəyə verilmişdir.
1939 - 1941-ci illərdə ölkədə su təsərrüfatı üzrə geniş xalq tikintilərinə başlanmışdır. Böyük Vətən müharibəsi dövründə ölkənin Avropa hissəsində istifadə edilən bir çox qurutma sistemləri bütövlükdə sıradan çıxmışdı.
Azərbaycanda Mingəçevir su qovşağı 1955-ci ildə tikilib başa çatmışdı. Respublikada ən böyük su arteriyası hesab edilən Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı bu dövrdə istifadəyə verilmişdir. Həmin vaxtda Bəhrəmtəpə su qovşağı tikilmiş, Baş Muğan, Samur-Abşeron kanalları çəkilmiş, Baş Şirvan kollektoru istifadəyə verilmişdi.
Kür-Araz ovahğında şoran torpaqların yuyulması və yararlı hala salınması üçün geniş sahələrdə kollektor-drenaj şəbəkəsinin tikinti işləri görülmüşdü. Bu dövrdə Muğan - Salyah magistral sutullayan kollektoru istifadəyə verilmişdi.
Azərbaycanda suvarılan torpaqlarm sahəsi 1913-cü ildə 550 min/ha, 1975-ci ildə 1 mln 166 min/ha, 1980-ci ildə 1 mln 270 min/ha, 2000-ci ildə 1,4 - 1,6 mln/ha-ya çatdırılmışdır.Azərbaycanda su ehtiyatlarından tam istifadə edilərsə, suvarılan torpaqlarm sahəsi 2,3 mln/ha-a çatdırmaq olar.
Son illərdə təbiətin mühafizəsi istiqamətində dünya dövlətlərinin əksəriyyəti təbiəti mühafizə istiqamətində müəyyən işlər görmüş, bu sahədə əsərlər yazmışlar. H.Ə.Əliyevin (1982), A.S.Əsgərovun (1982), M.Salmanovun (1993), İ.B.Xəlilovun (2004) bu istiqamətdə yazdıqları əsərlər təbiətin mühafizəsi istiqamətində atılmış addımlardır. Bu əsərlər təbii komponentlərdə meliorativ tədbirlərin aparılması baxımından mühüm əhəmiyyətə malikdirlər.
Azərbaycan Respublikasının düzənlik rayonlarında yarıdan çoxu müxtəlif dərəcədə şor olan, suvarılmalı, şorakətli, qurudulmalı və su eroziyasına qarşı mübarizə aparmalı torpaqlar vardır. Respublikada müxtəlif drenlər, Ceyranbatan, Sərsəng, Ağstafa, Xanbulançay, Xatınçay, Arpaçay, Bəhramtəpə su anbarları və qovşaqları tikilib istifadəyə verilmişdir. Muğan-Salyan, Mil-Qarabağ, Şirvan, Şabran-Xaçmaz zonalarında 100 min hektarlarla ərazi suvarılaraq duzsuzlaşdırılmış və kənd təsərrüfatı üçün yararlı hala salınmışdır[1].

Yüklə 105,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin