Qiymətqoyma metodunun seşilməsi. Bütün yuxarıda qeyd etdiklərimizdən sonra firma öz əmtəəsinin qiymətini təyin etməyə hazır olur. Qiymətləri formalaşdırarkən kompaniya bir və ya bir neçə yanaşmadan istifadə edir:
1) Maya dəyəri əsasında qiymətlərin hesablanması. Qiymətqoymanın ən sadə metodu əmtəələrin maya dəyərinin məbləğinə gəlir normasının qoyulmasıdır. Maya dəyərinə əlavələr həm əmtəənin özündən, həm də bazar mexanizmindən asılı olaraq geniş dizpazonunda dəyişir.
2) Əmtəənin hiss edilən dəyərliliyi əsasında qiymətin qoyulması. Bu metod nisbətən çətin metoddur. Burada istehsalçı əmtəəyə öz xərclərinə görə deyil, alıcı onu başa düşdüyü dəyərinə görə qiymət qoyur.
İstehsal xərcləri əsasında qiymətqoyma
Dəyərlilik əsasında qiymətqoyma
Buradan görünür ki, maya dəyərinə əsaslanan qiymətqoyma istehsal xərclərindən asılı olur (onları nəzərə alır). Dəyərlilik əsasında isə istehlakçıdan və onun malı qəbul etməkdən asılıdır.
3) Rəqiblərin cari qiymətlərinin səviyyəsi əsasında qiymətin təyini.
4) Qapalı ticarət əsasında qiymətin təyini. Bu metodda alıcı və satıcı yalnız onlara məlum olan razılaşmalar əsasında qiyməti təyin edir.
Yuxarıda qeyd olunan qiymətqoyma metodları, qiymətqoyma strategiyalarını nəzərə almadan əmtəənin təyin edilməsində istifadə olunan metodlardır. Lakin bazarda rəqabət şərtləri, tələb miqdarı, alıcı məkanı, alıcının psixoloji xüsusiyyətləri və s. amillər marketinq xadimlərini ilkin qiymətlərdə zamanla bir sıra dəyişikliklər etməyə məcbur edir. Əmtəə qiymətlərinin müəyyənləşdirilməsinə təsir edən və əmtəəyə necə qiymət qoyulacağını göstərən yollara qiymətqoyma strategiyası deyilir. Marketinq xadimlərinin ən çox müraciət etdiyi qiymətqoyma strategiyalar aşağıda təsvir olunur.
Dostları ilə paylaş: |