İxrac – xarici bazarlara çıxmanın ən aşağı təhlükəyə malik olan formasıdır. İxrac iki formada ola bilər:
- qeyri – müntəzəm – bu ixracın ən passiv səviyyəsidir. Bu zaman müəssisə xarici bazarlara hərdənbir və yaxud da xarici bazarlardan sifarişi olduqda çıxır.
- müntəzəm ixrac – beynəlxalq ticarətin aktiv səviyyəsidir.
Müəssisə öz məhsulunu iki yolla ixrac edə bilər:
1. O, müstəqil beynəlxalq vasitəçilərin xidmətlərindən istifadə edə bilər (bilavasitə ixrac)
2. O, ixrac əməliyyatlarını özü yerinə yetirə bilər (birbaşa ixrac)
Bilavasitə ixracın əsasən iki üstünlüyü vardır:
- bu, nisbətən daha az kapital qoyuluşlarını tələb edir. Müəssisənin xaricdə öz ticarət aparatını yaratmaq lazım gəlmir.
- bu, daha az risklə bağlıdır.
Bilavasitə ixrac zamanı müəssisənin gəlirləri qısa müddət üçün qaneedici olsa da, müəssisə ishehlakçılarından uzaq olduğu zaman strategiya özünü doğrultmaya da bilər.
Birbaşa ixrac zamanı ən çox yayılmış formalar aşağıdakılardır:
1. Öz ölkəsində olan ixrac şöbəsi vasitəsilə. Firma daxilində ixracla məşğul olan şöbə yaradılır. Bu, birbaşa ixracın ən sadə formasıdır.
2. Xaricdəki satış şöbəsi ya filialı vasitəsilə məhsulları realizə edir (distribyuter, agentlər).
Xarici bazara çıxmağın üsulları:
İxrac Xaricdə istehsal
Bilavasitə ixrac Müştərək müəssisələrin fəaliyyəti
Birbaşa ixrac -lisenziyalaşdırma
-françayzinq
-müqavilə üzrə idarəetmə
Birbaşa kapital qoyuluşları:
-yığma müəssisələr
-istehsal müəssisələri
Yerli şirkətləri almaqla və ya
birləşməklə
Lisenziyalaşdırma – Bu, beynəlxalq bazarlara çıxmağın ən sadə yollarındandır. Lisenziyar (satan) lisenziyatla (alan) xarici bazarda müqavilə bağlayaraq, qanarar əvəzində istehsal prosesindən, əmtəə nişanından, patentdən və ya hər hansı bir başqa dəyər əhəmiyyətli olan şeydən istifadə etmək hüququnu təklif edir.
Françayzinq – Bu da lisenziyalaşmadır, ancaq menecment öhdəçiliyinə görə ondan seçilir. Başqa sözlə, françayzinq şirkətin bütün imtiyaz və hüquqların digər bir şirkətə müəyyən vaxt ərzində verilməsidir.
Müqavilə üzrə idarəetmə - Bu halda müəssisə öz xarici tərəf müqavilinə idarəetmə bacarığını verir. O, isə zəruri olan kapitalı təmin edir. Lakin müəssisənin özü üçün daha sərfəli istifadə edə biləcəyi yüksək ixtisaslı menecerlər ştatı məhduddursa, yaxud da fəaliyəti müstəqil surətdə həyata keçirmək daha çox mənfəət vəd edirsə, bu üsuldan istifadə etmək məqsədəuyğun deyil.
Müştərək mülkiyyətdə olan müəssisələr – Xarici sərmayəçi yerli müəssisədə özünə pay ola bilər, ya da iki tərəfin birgə səy nəticəsində tamamilə yeni müəssisə yarada bilərlər.
Birbaşa investisiyaların aşağıdakı müsbət və mənfi cəhətləri vardır:
Müsbət cəhətləri:
- müəssisə nisbətən ucuz işçi qüvvəsi və ya xammal hesabına məhsulun maya dəyərindən ucuz başa gəlməsinə nail ola bilər;
- iş yerləri yaratmaqla müəssisə özünə daha müsbət imic qazanılmasını təmin edə bilər;
- müəssisə istehsal prosesinə və məhsulların yerləşdirilməsinə tam nəzarət edir.
Mənfi cəhətlər:
- menecmentin idarəçilik səylərinin bölüşməsinə səbəb olur;
- mənfəətin öz ölkəsinə gətirilməsində çətinliklər yarana bilər.
Birbaşa kapital qoyuluşları xarici bazarlara çıxmağın ən xərctutumlu və yüksək risklə bağlı üsuludur.
Dostları ilə paylaş: |