14. Stimullaşdırma kompleksinin elementləri
Marketinq kompleksinin fəaliyyətlərinin əsas vəzifəsi əmtəələrin, xidmətlərin mübadiləsini təmin etməkdir. Firmalar bu mübadiləni səmərəli yerinə yetirmək üçün müxtəlif stimullaşdırma tədbirlərindən istifadə edirlər.
Stimullaşdırma və ya marketinq əlaqələrinin əsas məqsədi istehlakçılarla firmalar arasında ünsiyyəti təmin edərək mübadiləni asanlaşdırmaqdır. Marketinq xadimləri istehlakçılara firma, yaxud da firmanın marketinq kompleksinə dair sadəcə informasiya verməklə kifayətlənməməli, onlar müxtəlif vasitələrlə onları inandırmalıdırlar. Marketinq stimullaşdırma metodlarına aşağıdakılar daxildir:
1. Şəxsi satış;
2. Reklam;
3. Stimullaşdırma;
4. İctimai əlaqələr və təbliğat.
Stimullaşdırma komplekinin səmərəli və ən təsirli şəkildə yaratmaq, marketinq rəhbərliyinin ən vacib və həm də çətin vəziyyətlərindən biridir.
Hər bir firma öz stimulaşdırma kompleksini işləyib hazırlayarkən aşağıdakı bir neçə amili nəzərə almalıdır:
1. Əmtəələrin xüsusiyyətləri və bazarın tipi (bazarın böyüklüyü, geniş istehlak və sənaye təyinatlı mallar). İstehlak mallarında birinci reklamdan, sonra isə satışın stimullaşdırılmasından, şəxsi satışdan, ictimai əlaqələrdən və təbliğatdan istifadə edirlər. Sənayə təyinatlı əmtəələrin çatdırılmasında isə birinci şəxsi satışdan, satışın stimullaşdırılmasından, raklamdan və təbliğatdan istifadə edirlər.
2. Alıcıların bazarlıq səviyyəsi (alıcıların savadı, səviyyəsi, maddi durumu).
3. Firmanın maliyyə imkanları. Maliyyə imkanları az olduqda firma şəxsi satışa və birbaşa əlaqələrə çox əhəmiyyət verirlər, maliyyə imkanı isə güclü olan firmalar reklam və satışın stimullaşdırılmasından geniş istifadə edirlər.
4
Əmtəənin bazara çıxarılması
İnkişaf mərhələsi
Yetkinlik
Tənəzzül
Hamısından istifadə olunur:
Şəxsi satış, satışın stimullaş-dırılması, reklam, təbliğat və ictimai əlaqə
Hamısından istifa-də olunur az miq-darda
Reklam azaldılır (xatırlayıcı xarakter daşıyır
Reklam azaldılır. Stimullaşdırmadan çox istifa-də olunur
. Əmtəənin həyat dövrü mərhələləri.
Əmtəə və ya xidmətin stimullaşdırılmasında ən çox istifadə olunan və daha effektli nəticələr əldə etmə imkanı verən vasitələrdən biri reklamdır.
Reklam əmtəələrin, xidmətlərin və ideyaların mövcudluğunu geniş auditoriyalara çatdırmaq və onları inandırmağa çalışan şəxsi olmayan pullu əlaqə vasitəsidir. Reklam aşağıdakı xüsusiyyətlərə malikdir:
- Reklam ictimai xarakter daşıyır.
- Reklamın öyüd vermə və məlumat vermə qabiliyyəti vardır.
-Reklamın təsirlilik xüsusiyyəti vardır. Reklamlarda müxtəlif ştrixlərdən, səslərdən, şəkillərdən və rənglərdən istifadə olunduğundan firmanın və onun mallarının təsirli surətdə təqdim olunmasına şərait yaradır.
- Reklam müraciətləri pul qarşılığında yayınlanmaqdadır.
- Reklam şəxsi əlaqə vasitəsi deyildir.
Firmalar bu gün müxtəlif reklamlardan istifadə etməkdədirlər. Müxtəlif kriteriyalara görə reklamları aşağıdakı növlərə ayırmaq olar:
1. Reklamın hazırlanma mənbəyinə görə:
- istehsalçı reklamları;
- vasitəçi reklamları;
- xidmət obyektləri reklamları.
2. Məqsədli bazara görə:
- istehlakçılara istiqamətləndirilmiş reklamlar;
- vasitəçilərə istiqamətləndirilmiş reklamlar.
3. Məqsədlərinə görə:
- ilkin tələb yaratmaq məqsədi ilə verilən reklamlar;
- geniş tələb yaratmaq məqsədi ilə verilən reklamlar.
4. Hesablaşma şəklinə görə:
- şəxsi reklamlar;
- şərikli reklamlar.
5. Coğrafi prinsip üzrə:
- yerli reklamlar (pərakəndə, əsasən ticarət firmalar tərəfindən hazırlanır);
- ölkə daxili reklamlar (əsasən istehsalçı firmalar tərəfindən hazırlanır).
Marketinq rəhbərliyi reklam fəaliyyətinin proqramını işləyib hazırlayarkən 5 qərarı qəbul erməlidir:
1. Reklam məqsədlərinin və vəzifələrinin qoyulması;
2. Reklam büdcəsinin işlənib hazırlanması haqqında qərarlar;
3. Reklam müraciətlərinin hazırlanması haqqında qərarlar;
4. İnformasiya yayımı vasitələri haqqında qərarlar;
5. Reklam proqramının qiymətləndirilməsi.
Reklam məqsədlərinin və vəzifələrinin müəyyənləşdirilməsi stimullaşdırma kompleksinin tərkib elementi olaraq reklamın əlaqələr yaratmaq və potensial alıcıları firmaya cəlb etmək məqsədi ilə külli miqdarda konkret vəzifələri vardır.
Reklam məqsədlərinə görə məlumatverici, nəsihətverici və xatırladıcı ola bilər.
15. Beynəlxalq marketinqin müasir vəziyyəti
1. Beynəlxalq marketinq xarici iqtisadi əlaqələr sistemi
2. Beynəlxalq marketinq xarici ölkələrdə sahibkarlıq kommersiya fəaliyyətinin təşkili forması kimi
3. Beynəlxalq marketinqin əsas prinsipi, məqsədi
4.Xarici bazara çıxmağın strategiyaları
5. İxrac
6. Xaricdə istehsal
Müəssisə tərəfindən çıxacağı bazarın dəqiq müəyyən edilməsindən sonrakı mərhələ bazara çıxma metodunun ən yaxşısını seçməkdir. Bu zaman onlar “ixrac”, “müştərək sahibkarlıq fəaliyyəti” və “xaricdə birbaşa sərmayə qoymaq” üzərində dayana bilər.
İxrac
|
Müştərək sahibkarlıq
|
Birbaşa sərmayə fəaliyyəti qoyuluşları
|
Ölkənin ixracatçı taciri vasitəsi ilə
|
Lisenziyalaşdırma müqavilə üzrə idarəetmə müştərək mülkiyyətdə olan
|
Yığma müəssisələri
|
Xaricdəki satış şöbəsi və ya filialı vasitəsi ilə
|
Istehsal müəssisələri
|
Birbaşa ixrac
|
Öz ölkəsində olan ixrac şöbəsinin vasitəsi ilə
|
xarici distribütorlar və ya agentlərin vasitəsi ilə
|
Xarici bazarlara girmək üçün əsas iki geniş seçim mövcuddur:
1. Müəssisə məhsulu daxili bazarda istehsal edib xarici bazarlara çıxara bilər (ixrac)
2. Müəssisə ya məhsulu məqsədli istehsal edə bilər, ya da hər hansı bir üçüncü ölkədə istehsal edib, sonradan bazarlara çıxara bilər (xaricdə istehsal)
Dostları ilə paylaş: |