3. Marketinq tədqiqatlarının fəaliyyət sahələri.
Marketinq tətqiqatları daim öz fəaliyyət sahələrini genişləndirir və ən mühüm sahələr üzrə marketinq tətqiqatları aparılır. Marketinq xadiçləri əsasən əmtəə və xidmətlər, istehlakçılar, bazarlar, qiymətlər, satışlar, bölgü kanalları, qablaşdırma və motivizasiya ilə əlaqədar ən müxtəlif informasiyaları toplayaraq təhlil edirlər.
1. Əmtəə və xidmətlərin işlənib hazırlanması ilə əlaqədar tətqiqatlar: istehsalçılar iqtisadi həyatda baş verən texniki tərəqqi və inkişafları, yaxud da istehlakçıların gün-gündən dəyişən ehtiyyacları və təlabatları qarşısında ya mövcud əmtəə və xidmətlərin xüsusiyyətlərində dəyişikliklər etməli, ya da tamami ilə yeni əmtəə və xidmətlərin işlənib hazırlanmasına çalışmalıdırlar. Əmtəə və xidmətlərlə əlaqədar tətqiqatlar, istehlakçıların bunlardan necə istifadə etdiklərini, bunlara qarşı göstərdiyi davranışları və istəklərini müəyyənləşdirmək üçün aparılan təhlilləri və onların təlabatlarını ödəyə bilən əmtəə və xidmətlərin işlənib hazırlanması ilə əlaqədar aparılan texniki təhlilləri əhatə edir.
2. İstehlakçıların tətqiqi: Bazarı ələ keçirmək, yaxud da bazar payını artırmaq üçün əmtəə və ya xidmət istehlakçılarını yaşı, gəlir səviyyəsi, cinsiyyəti və s. amillərə əsasən qruplara ayırmaq və hər qrup alıcılarının əmtəə və ya xidmətdən necə istifadə etdikləri, hansı səbəbdən bu markanı seçdiyi, haradan və nə miqdarda aldıqları və digər marketinq fəaliyyətlərinə qarşı göstərdikləri reaksiyalar müəyyənləşdirilməlidir.
3. Bazarın tətqiqi: Bazarın tətqiqi əsaən bazardakı tələb miqdarını, istehlak miqdarı, bazarın doyma həcmi və s. parametrlərin tətqiqindən ibarətdir. Bu tətqiqatlar nəticəsində satış reklam və digər stimullaşdırma fəaliyyətlərinin genişləndiriləcəyi bölgələr də müəyyənləşdirilir.
4. Bölgü kanallarının tətqiqi: Potensial alıcılar və əmtəə bazarları seçıldıkdən sonra istehsal olunan əmtəə və xidmətlərin satışını təmin edəcək bir satış şəbəkəsi qurulmalıdır. Qurulan satış şəbəkəsinin işəməsi vaxtaşırı gözdən keçrilərək lazımı dəyişikliklər də edilməlidir. Firmalar əmtəələrin daşınma , yükləmə - boşaltma, anbarlaşdırma və başqa sahələrə çəkilən xərcləri azaltmaq və satış şəbəkəsinin səmərəliliyinin yüksəldilməsi üçün geniş tətqiqatlar aparmalıdır.
5. Reklam tətqiqatları: reklam əmtəə və xidmətərin satışlarının artırılmasında istifadə olunan ən təsirli və bahalı stimullaşdırma vasitələrindən biridir. Marketinq xadimləri reklam fəaliyyətləri ilə əlaqədar planlar işləyib hazırlayaraq və bu planları həyata keçirərək qarşıya qoymuş olduğunu, yəni reklamın təsir gücünü ölçməlidir. Reklam tətqiqatlarından daha çox reklam müraciətlərinin necə hazırlanacağını və bunların hansı informasiya vasitələrindən istifadə edilərək yayılacağını müəyyənləşdirmək məqsədi ilə istifadə olunur.
6. Motivləşmə tətqiqatları: Firma rahbərliyi satışları yaxudda çalışma tempini artırma məqsədi ilə marketinqin ayrı-ayrı fəaliyyət sahələrində motivləşdirici tədbirlərə əl atmalıdır. Bu cür tədbirlərə istər qiymətqoyma strategiyalarının, istər daşınma, yükləmə- boşaltma, istər stimullaşdırma vasitələrinin seçimində müraciət olunur.
Dostları ilə paylaş: |