2. Marketinq tədqiqatlarının aparılması qaydaları.
Marketinq tətqiqatlarının aparılması ilə məşğul olan əsas təşkilatlar:
1. İstehlakçılar: Böyük firmaların əksəriyyətində ayrıca birçox mütəxəssisin cəmləşdiyi elmi-tətqiqat şöbələri fəaliyyət göstərir və burada marketinq tətqiqatları ilə məşğul olurlar.
2. Reklam agentləri: Marketinq tətqiqatlarından ən çox istifadə edən təşkilatlardan biri də reklam agentliyidir. Demək olar ki, bütün orta və böyük ölçülü reklam agentliklərində ayrıca tətqiqat şöbələridə fəaliyyət göstərir .
3. Marketinq tətqiqatları mərkəzləri: Bu mərkəzlərdə çox sayda firmaların marketinq problemlərinin həlli üçün, kifayət qədər informasiyalar topmlanmışdır.
4. Dövlət statistika komitəsi: Bu komitə marketinq tətqiqatında faydalı olacaq müxtəlif statistik məlumatları hazırlayır.
5. Sənaye və ticarət palataları: Müxtəlif növ informasiya toplamaqla, xüsusilə tətqiqat aparma imkanları məhdud olan kiçik firmalara faydalı məlumatlar verirlər.
6. Elmi-tətqiqat mərkəzləri və istitutları: Bunlar müxtəlif dövlət əhəmiyyətli tətqiqatlar aparır.
Dostları ilə paylaş: |