5. Marketinqin informasiya təminatı. Marketinq tədqiqatları.
1. Marketinq fəaliyyətində informasiyanın rolu və əhəmiyyəti
2. Marketinq informasiyası sisteminin konsepsiyası
3. Marketinq tətqiqatlarının mahiyyəti və marketinq tətqiqatları prosesi.
4. Marketinq tətqiqatlarının aparılması qaydaları.
5. Marketinq tətqiqatlarının fəaliyyət sahələri.
6. Tətqiqat metodları.
Marketinq tədbirlərinin təhlili, planlaşdırılması, həyata keçirilməsi və ona nəzarət sistemi demək olar ki, addımbaşı marketinq informasiyasını tələb edir. Marketinq informasiyasının əldə edilməsinə səbəb daxili və xarici bazarların rəqabət mühiti haqqında məlumat əldə etməkdir. Hal-hazırda dünya marketinq sistemində aşağıdakı 3 istiqamət geniş yayılmışdır.
1. Yerli səviyyədə olan marketinqdən ümummilli miqyaslı marketinqə keçid. Firma daim öz bazarını genişləndirir və bununla əlaqədar öz müştərilərinin hamısını tanımır və burada informasiyanın alınması zəruri olur.
2. Alıcı ehtiyaclarından alıcı tələbatlarına keçid. Həyat səviyyəsi yüksəldikcə alıcılar əmtəəyə, onun markasına dair xüsusi tələblər irəli sürürlər. Lakin bu tələbləri bilmək üçün hər bir firmada marketinq tətqiqatlarının aparılması zərurəti meydana çıxır.
3. Rəqabətin qiymət metodlarından qeyri qiymət metodlarına keçid. Satıcılar marketinqin qeyri qiymət metodlarından, yeni əmtəələrə marka adlarının verilməsindən, reklam və satışın stimullaşdırılmasından daha geniş istifadə edirlər Dünya marketinq təcrübəsində alıcılar ən çox məhsulun keyfiyyətinə və beynəlxalq standartlara cavab verməsinə fikir verirlər. Böyük şirkətlərdə və firmalarda marketinq tətqiqatları və informasiya yığımı ilə məşğul olan xüsusi bölmə yaradılır. Marketinq informasiya sistemi–aktual, vaxtında və dəqiq informasiyanın toplanması, təsnifatı, təhlili və qiymətləndirilməsi üçün nəzərdə tutulmuş mütəxəssislərin, avadanlıqların və metodiki vəsaitlərin qarşılıqlı fəaliyyətindən ibarət olan sistemdir.
Marketinq informasiya sisteminə 4 köməkçi sistem daxildir:
Daxili hesabat sistemi
Xarici cari marketinq informasiyasının toplanması
Marketinq tədqiqatları sistemi
Marketinq informasiyasının təhlili sistemi.
1. Daxili hesabat sistemi. Bu sistem cari satış, məsrəflərin məbləği, material ehtiyaclarının həcmini, pul vəsaitlərinin hərəkətini, debitor və kreditor borcları haqqında məlumatları özündə əks etdirir. İnformasiyanın işlənməsində məqsəd firmanın müxtəlif şöbə rəhbərlərinin vaxtında qərarlar qəbul etməsinə şərait yaratmaqdır.
2.Xarici cari marketinq informasiyasının toplanması iqtisadiyyatın beynəlmiləlləşdirilməsi, dünya iqtisadiyyatı sistemində xarici bazarların vəziyyəti haqqında dəqiq informasiyanın toplanmasını tələb edir. Bu sistem mənbələr və metodoloji üsullar dəstidir ki, bunların vasitəsi ilə rəhbərlər kommersiya mühitində baş verən hadisələr haqqında gündəlik informasiya alırlar. Buraya strateji məhsulların qiymətləri haqqında, satış həcmi haqqında, əmtəənin yayılması haqqında dəqiq informasiyanın toplanması aiddir.
3. Marketinq tədqiqatları sistemi. Müasir marketinq sistemində yeni işlənən məhsulların gələcək satışı haqqında tədqiqatlar aparılır. Yaxın vaxtlara qədər, məhsul əvvəlcə satılıb sonra geniş istehsal edilirdisə, hal-hazırda yeni məhsulu işləməzdən əvvəl onun gələcək perspektivi üzərində tədqiqatlar aparılır. Beləliklə yeni məhsulu yaratmazdan əvvəl onun satış imkanları müəyyənləşdirilir.
4.Marketinq informasiyasının təhlili sistemi. Bu sistem marketinq məlumatlarının və problemlərinin təhlilinin təkmilləşmiş metodlarıdır. Buraya müxtəlif riyazi iqtisadi modellər daxildir.
Dostları ilə paylaş: |