Maşınqayırma texnologiyası



Yüklə 18,02 Kb.
səhifə1/2
tarix22.09.2022
ölçüsü18,02 Kb.
#63985
  1   2
mühazirə 2.1.





AzTU


“Maşınqayırma texnologiyası” kafedrası



2016




MAŞINQAYIRMADA KEYFİYYƏT TƏLƏBATLARININ NORMALAŞDIRILMASININ ÜMUMI QAYDALARI
1.1 KEYFİYYƏT VƏ ONUN GÖSTƏRİCİLƏRİ
Maşınqayırma müəssisələrində istehsal olunan məmullar keyfıyyətləri ilə səciyyələnirlər. Məmul və hissələrin vəzifələrini yerinə yetirməyə yararlılıqlarını təmin edən xassələrin məcmusu keyfiyyət adlanır. Maşının keyfıyyəti yüksək olduqca onun vəzifəsini yerinə yetirməyə qabiliyyəti və istismar göstəriciləri də yüksək olur. Maşmların keyfiyyətləri müvafiq stanartlarla qiymətləndirilir. Keyfiyyəti qiymətləndirmək üçün keyfıyyət göstəricilərindən istifadə olunur. Keyfıyyət göstəricilərini 3 qrupa bölmək olar: istismar, texnoloji və iqtisadi göstəricilərdir.
1. Istismar göstəriciləri: bura maşının texniki səviyyəsi(məs:gücü, təzyiqi, FİƏ və s.), etibarlığı, estetika və erqanomika xüsusiyyətləri daxildir.
Etibarlıq - kompleks anlayış olub, istismar göstəricilərini tələb olunan xidmət müddətində saxlamaq şərtilə, maşın və aparatların təyinatlarına uyğun olaraq öz funksiyalarını yerinə yetirmək xassələrinə deyilir. Bura qalmalıq, fasiləsizlik və təmirə yararlılıq aiddir.
Estetika - məmulun insan zövqünü oxşayan göstəriciləri aiddir.
Erqanomika - maşınla ona xidmət edənin rəftarı deməkdir. Məsələn, minik avtomobillərində pəncərə şüşələrinin qaldırılıb-endirilməsi avtomat vasitəsilə edilir və s.

  1. Texnoloji göstəricilər: bunlar maşının texnologiyasını xarakterizə edirlər. Maşının konstruksiyası həm istismarda, həm də istehsalda əlverişlidirsə, ona texnolojili konstruksiya deyilir.

  2. İstehsal (iqtisadiyyat) göstəriciləri: bura maşımn maya dəyəri, istehsalında kapital qoyuluşudur. Bu göstəricilərin hamısı həm maşının konstruksiyasından, həm də texnologiyasından asılıdır.

Maşının, onun düyümlərinin və hissələrinin keyfıyyətləri onların təyinatlarına və istismar şərtlərinin tələblərinə əsasən konstruktor tərəfındən təyin edilərək cizgidə verilir. Cizgidə tələb olunan keyfıyyət texnoloq tərəfındən istehsal prosesində təmin edilir.



2.1.01

Maşınqayırmada keyfiyyətin normalaşdırlması. (mühazirələr)

Abbasova H.M.




AzTU


“Maşınqayırma texnologiyası” kafedrası



2016



Yüklə 18,02 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə