Maşınqayırma texnologiyası



Yüklə 18,02 Kb.
səhifə2/2
tarix22.09.2022
ölçüsü18,02 Kb.
#63985
1   2
mühazirə 2.1.

HİSSƏLƏRİN DƏQİQLİYİ

Keyfiyyətin əsas göstəricilərindən biri də dəqiqlikdir. Hissənin dəqiqliyi dedikdə, onun əvvəlcədən qoyulan etalona uyğunluq dərəcəsi başa düşülür. Hissə emal olunduqda xətalar əmələ gəlir. Bunlar aşağıdakılardır:


Pəstahın qeyri-düzgün yerləşdirilməsi, dəzgahın həndəsi xətaları, dəzgahın qeyri-dəqiq sazlanması, emalda texnoloji sistemlərin elastiki deformasiyaları, kəsici alətin ölçülü yeyilməsi, texnoloji sistemlərin istilik deformasiyaları, pəstahlarda olan daxili gərginliklər, ölçülü alətlərdən istifadə olunduqda (burğulardan, qanov frezlərdən) alətlərin qeyri-dəqiqliyi və yeyilməsidir. Bu səbəblərə (xətalara) görə tam dəqiqlik alına bilməz. Hissələrin parametrlərinin dəqiqliyi normalaşdırılmalıdır ki, qarşılıqlı əvəzolunma təmin oluna bilsin. Müxtəlif zaman və məkanda müəyyən işi, vəzifəni yerinə yetirmək üçün eyni adlı və parametrli çoxsaylı məmullar istehsal olunur. Onların hər biri nəzərdə tutulan vəzifəni yerinə yetirməli, hər biri digərlərini əvəz edə bilməlidir. Onlar eyniadlı çoxsaylı hissələrdən yığılır. Yığma prosesində eyniadlı uyğun hissələrin hamısı və ya bir qismi, əlavə emal aparmadan bir-birini əvəz edə bilməlidirlər. Yəni onların istəniləni ilə yığma apardıqda məmul tələb olunan keyfıyyətə malik olmalıdır. Istismar prosesində məmulun hər hansı hissəsi sıradan çıxdıqda, o, uyğun digəri ilə əvəz edilir.
Məmullar, onların hissələrinin və başqa eyni konstruksiyalı və təyinatlı məhsulların çoxsaylı nüsxələrinin istifadəsi zamanı hər birinin digərini bərabər səviyyədə əvəz edə bilmə qabiliyyətləri qarşılıqlı əvəzolunma adlanır. Qarşılıqlı əvəzolunma məmulların, onların hissələrinin istehsalının və istismarının səmərəliliyinin əsasıdır. Bu prinsip müxtəlif yerlərdə (sexlərdə, zavodlarda, ölkələrdə), müxtəlif zamanlarda (illərdə) hazırlanmış eyni konstruksiyalı və təyinatlı hissələrin heç bir əlavə emal aparmadan birinin digərini əvəz etməsini təmin edir.
Tam qarşılıqlı əvəzolunma məmulların, onların tərkib hissələrinin eyni konstruksiyalı və təyinatlı çoxsaylı bütün nüxsələrinin heç bir əlavə emal, tənzimləmə və seçmə aparmadan birinin digərini eyni səviyyədə əvəz etməsidir.
Natamam qarşılıqlı əvəzolunmada məmul və onun tərkib hissələrinin çoxsaylı uyğun nüxsələrinin hamısı deyil, bir qismi bir-birini bərabər səviyyədə tam qarşılıqlı əvəz edə bilir. Yəni, bəzi nüxsələrlə yığma (təmir) aparmaq üçün onlar əlavə emal edilir(və ya tənzimlənir və ya seçilir), yaxud da yığma ümumiyyətlə aparılmır. Çünki yığmadan alınacaq birləşmə təyinatına uyğun keyfıyyəti təmin etmir.



2.1.02

Maşınqayırmada keyfiyyətin normalaşdırlması. (mühazirələr)

Abbasova H.M.

Yüklə 18,02 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin