GİRİŞ “Azərbaycan Respublikasının ekoloji göstəricilər sistemi” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli, 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017–ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na uyğun olaraq BMT-nin Avropa İqtisadi Komissiyasının Ekoloji Siyasət Komitəsi tərəfindən Ətraf mühit üzrə Avropa Agentliyi ilə əməkdaşlıq etməklə işlənmiş “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələrində ekoloji göstəricilərin istifadəsinə dair Tövsiyələr” əsasında hazırlanmışdır. Göstəricilər sisteminə daxil olan ekoloji göstəricilər milli və beynəlxalq tələblərə uyğundur və aşağıdakı qrupları əhatə edir:
Atmosfer havasının çirklənməsi və ozon qatının dağılması
Daxil edilmiş əsas ekoloji göstəricilər rəsmi statistika hesabatlarına və fəaliyyəti ekoloji monitorinq, ətraf mühitin idarə edilməsi və mühafizəsi ilə bağlı olan müvafiq idarəetmə orqanlarının məlumatlarına əsaslanır.
Göstəricilər sistemi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmışdır.
Azərbaycan Respublikasının ekoloji göstəricilər sistemi