Əsas makroiqtisadi göstəricilər və onların ölçülməsi Milli Hesablar Sistemi



Yüklə 46,06 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü46,06 Kb.
#42169
  1   2   3   4

Əsas makroiqtisadi göstəricilər və onların ölçülməsi

1. Milli Hesablar Sistemi

2. Milli iqtisadiyyatın makroiqtisadi göstəriciləri

3. Makroiqtisadi göstəricilər sistemində milli gəlirin yeri və rolu

1 . Milli hesabların nəzəri əsası milli gəlir problemləri ilə məşğul olan C.Keyns, A.Bouli, K.Klark, S.Kuznets, C.Stempin əsərləri oldu. Ilk MHS (milli hesablar sistemi) 1936-cı ilin məlumatlarma əsasən Fələstin üçün yaradılmışdı. Həmin dövrdə milli hesablar sahəsində Fransada, Ingiltərədə, Hollandiyada xeyli iş görülmüşdü. Holland statistiki E.Van Kliffin birincilər sırasında məqalələrində milli hesablardan bəhs etmişdi. Rəsmi statis- tikada milli hesabın tərtib olunması istiqamətində ilk cəhd ABŞ-da 1947-ci ildə, Böyük Britaniyada 1946-cı ildə olmuşdu. Maraqlıdır ki, birincilər sırasında yaranmış Fransa milli hesablar sistemi 1946-cı ildə bir qrup fransız iqtisadçısı tərəfindən Fransa üzrə (1938-ci il üçün) MHS-dən ilk dəfə 1976-cı ildə çap olunmuş Geniş Milli Hesablar Sistemi (GMHS) kimi müasir sistemə qədər bir yol keçmişdir. Fran- sada həmin sistem yalnız makroiqtisadi modelləşmə üçün is- tifadə olunmur, həm də Iqtisadiyyat, Maliyyə və Büdcə Nazirliyi, Planlaşdırma üzrə Baş Komissarlıq, həmçinin müxtəlif elmi mərkəzlər tərəfindən analitik-proqnozlaşdırma işi üçün istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının hazırda dünya ölkələrinin çoxunda istifadə olunan milli hesablar modelini özündəaşağıdakıları birləşdirən müəyyən nəzəri konsepsiya kim: nəzərdən keçirmək olar: a) məhsulun və millətin gəlirinir təsviri, həmçinin investisiya və yığımın bərabərliyi baxımından onların hərəkəti; b) V.Leontyevin «xərclər-buraxılış» sahələrarası balans modeli; c) maddi nemətlər və xidmətlərin qarşı-qarşıya hərəkətini əks etdirən maliyyə vəsaitlərinin hərəkətinin (axınının) təhlili. Bu konsepsiyanın praktik tətbiqi milli hesablar sistemi, yəni iqtisadi münasibətlərin iştirakçıları arasında mübadilə əməliyyatlarının məcmusunun tarazlı vəziyyətini ifadə edən xüsusi balanslar kompleksinə söykənən konkret statistik sistemdir

Beynəlxalq statistika təşkilatları tərəfindən makroiqtisadi göstəricilər sisteminə aşağıdakılar daxildir:Ümum Milli Məhsul (ÜMM) və Ümumi Dахili Məhsul (ÜDM), Xalis Milli Məhsul (XMM), Milli Gəlir (MG), Şəxsi Gəlir (ŞG), Sərəncamda Olan Gəlir (SG). Makroiqtisadi göstəricilər milli iqtisadiyyatın inkişaf səviyyəsini, əhalinin rifah halını insanın inkişaf indeksindəki baş verən dəyişiklikləri əks etdirir. Hazırda 1993-cü ildə BMT-nin beynəlxalq standard kimi qəbul etdiyi milli hesablar sisteminə makroiqtisadi dəyişiklikləri əks etdirən ÜDM son istehlak, investisiyalar, əmanət, sərəncamda qalan gəlir və s. göstəricilər də daxil edilir. Ölkələrin iqtisаdi inkişаf səviyyəsi bütövlükdə milli iqtisаdiyyаtın fəаliyyətin nəticəsinidaha tam əks etdirən ÜMM və ÜDM göstəricilərinin illik həcmi ilə müəyyən olunur.




Yüklə 46,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin