İnformasiyanın kodlaşdırılması.İnformasiyanın ölçülməsi



Yüklə 25,23 Kb.
səhifə1/5
tarix29.12.2021
ölçüsü25,23 Kb.
#48574
  1   2   3   4   5
2...


İnformasiyanın kodlaşdırılması.İnformasiyanın ölçülməsi.

Mürəkkəb idarəetmə sistemləri ancaq informasiya əsasında fəaliyyət göstərir. Ona görə də informasiyanın ölçülməsi prosesi meydana çıxır. Tutaq ki, m simvoldan n elementli sözlər müəyyən məlumatlar çoxluğunu (N) təşkil edir. Onda bu çoxluğu təşkil edən sözlərin ümumi sayı N=mn şəklində olar. m=2, n=3 olarsa N=23 =8 olar.

Düsturdan göründüyü kimi məlumatların sayı onun elementləri ilə eksponensial asılılıqla ifadə olunur. 1928-ci ildə Amerika alimi R.Xartli informasiyanın miqdarının müəyyən olunması üçün aşağıdakı düsturu təklif edir:

l=loq2N


burada l-informasiyanın miqdarıdır.

Xartlinin verdiyi düstura əsasən ən kiçik informasiya vahidi qəbul edilmişdir. Belə ki, n=1, m=2 olarsa l=loq2N=1loq22=1 (əgər m=1 olarsa l=0 olar).

Beləliklə : l=loq22=1

1948-ci ildə Amerika alimi K.Şennon informasiyanın orta miqdarını müəyyən etmək üçün aşağıdakı düsturu təklif etmişdir.



Burada P1,…Pn aparılan sınaqların sayıdır. Əgər hadisə eyni ehtimallıdırsa P1=P2=Pn=1/N onda, P1,…Pn bərabərdirsə onda onlar da 1/N bərabərdir.

İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi Şennonun təklifi ilə bit (ingiliscə binary digit (ikilik rəqəm) sözündən) qəbul edilmişdir. 8 bitimiz 1 bayta bərabərdir. Beləki 256 sivolluq klaviatura alfavitini kodlaşdırmağa 8 bayt kifayyətdir (256=28 ) Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:

1 Kb = 1024 bayt = 210 bayt; 1 Mb= 1024 Kb = 220 bayt; 1Qb= 1024 Mb = 2 30bayt; 1Tb = 1024 Qb = 240bayt; 1Pbayt = 1024 Tbayt=250bayt.

İnformasiyanın işlənməsi zamanı informasiya vahidlərinə şərti işarələr vermək zərurəti meydana gəlir. Bu şərti işarələrin məcmusu kod adlanır. Başqa sözlə kod hər hansı çoxluqla qarşılıqlı-birmənalı şəkildə qurulmuş hər hansı əlifbada olan sözlər çoxluğu, konbinasiyasıdır. Deməli, kodlaşdırma dedikdə informasiyaya şərti işarələrin verilməsi başa düşülməlidir. Kodlaşdırma siqnalların şəkil dəyişməsi kimi də başa düşülə bilər. Kodlaşdırma informasiyanın avtomatlaşdırılmış işlənməsi prosesinin sürətləndirilməsinə və asanlaşdırılmasına imkan verir. Belə ki, bu halda informasiya elementlərinin çeşidlənməsi və qaydaya salınması, yadda saxlanılması, axtarılması, işlənməsi və ötürülməsi prosesi əhəmiyyətli dərəcədə asanlaşır və tez başa düşülür. Kodlaşdırma qarşısında aşağıdakı tələblər qoyulur:

- Kod elə tərtib olunmalıdır ki, zəruri informasiya çeşidlənmə prosesində avtomatik qruplaşdırla bilsin;

- Müxtəlif dərəcəli yekunların alınması mümkün olsun;

- İşarələrin sayı məhdud olsun;

- Tərtibat da sadə, yadda qalan və aydın olsun;

- Nomenklaturanın genişləndirilməsi üçün ehtiyat nömrələr nəzərdə tutulmuş olsun.

Kodlaşdırma prosesi sistemli yanaşmanı tələb edir, başqa sözlə proses müəyyən sistemlər üzrə həyata keçirilməlidir. Kodlaşdırma sistemi informasiya vahidlərinə müəyyən qaydada şərti işarələrin verilməsi sistemidir. Səviyyələr üzrə-ölkə sahə yerli (lokal) və s. kimi kodlaşdırma sistemləri fərqləndirilir.Kodlaşdırma sistemlərini təsnifləşdirmək üçün aşağıdakı əlamətlərdən istifadə oluna bilər:

-İşarələrin forması;

-İşarələrin sayı (bir işarəli, çox işarəli);

-Qurulma formaları (xətti,şahmat) və s.

Müxtəlif kodlaşdırma sistemlərinin uzlaşdırılmasından kombinələşdirilmiş sistemlər qurula bilər.


Yüklə 25,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin