Bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin



Yüklə 0,68 Mb.
tarix21.05.2023
ölçüsü0,68 Mb.
#118863
Əzələnin yorulması


Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar.
İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir.
İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır. Başqa heç bir canlının üzündə bu sayda əzələ yoxdur.

İnsanın ən hərəkətli əzələləri göz əzələləridir. Göz əzələləri gündə təxminən 100.000 dəfə sıxılır. Ən güclü əzələlər çənə, ən böyük əzələlər isə omba əzələləridir.
Əzələlər bizim bədənimizin hissələrini hərəkətə gətirir.Əzələlərin 2 müxtəlif tipi var.Birinci tip əzələlər ancaq sizin beyniniz əmr edəndə işləyir.Siz stulu qaldıranda beyniniz sizin əllərinizdə və ayaqlarınızda olan əzələlərə siqnal göndərir.Bütün bu əzələlər bir yerdə işləyirlər və siz stulu qaldıra bilirsiniz.Əzələlərin ikinci qrupu isə hətta siz yatanda belə işləyir.Mədənizin əzələləri qidanı həzm edir,ürəyinizin əzələləri isə qanı damarlara qovmaqda davam edir.
Əzələlər həm dartılır,həm də yığılır.Buna görə də onlar cüt-cüt -antaqonist əzələ cütləri şəklində işləyirlər.Bir əzələ gəriləndə digəri açılır.
QEYD: İnsan orqanizmində 640 əzələ var, onlardan hər biri bədənin müəyyən yerini hərəkətə gətirir.
Əzələlərin içində sinir ucları mövcuddur. Hərəkət etmək istədiyimiz zaman beynimiz, əzələmizə sıxılmasını söyləyən bir əmr göndərər. Sıxılan əzələ, bir sümüyü çəkərək onu hərəkət etdirər. Əzələlər sıxılarkən eyni zamanda şişər və sərtləşər. Bir əzələ sıxılarkən onun tərsi olan əzələ boşalar.
Əzələlərin anatomik strukturlarına və iş xüsusiyyətlərinə görə üç növü mövcuddur.
Eninəzolaqlı və ya sklet əzələ;
Saya əzələ;
Ürək əzələsi.
Əzələlər dayaq hərəkət aparatının aktiv hissəsidir. Məlum olduğu kimi orqanizmdə olan əzələlər əsas 2 növdür .Saya əzələ və eninəzolaqlı əzələ.

Saya əzələ daxili üzvlərin divarını örtür, eninəzolaqlı əzələ skeletin üzərini örtdüyü üçün skelet əzələsi adlanır. Bütün bu əzələlər fiziki və fizioloji xüsusiyyətlərə malikdir. Əzələnin fiziki xüsusiyyətinə elastiklik,yapışqanlılıq, şüanı sındırma və keçiricilik xüsusiyyəti aiddir. Fizioloji xüsusiyyətə qıcıq verdikdə oyanma, oyanmanı nəql etdirmək daxildir. Bu əzələ lifləri vasitəsilə həyata keçirilir. Əzələ lifləri miofibrillər adlanır. Əzələnin digər xüsisiyyəti də təqəllüs etməsidir. Əzələnin yığılıb və boşalması onun təqəllüsü adlanır. Əzələ təqəllüsünü öyrənmək üçün ümumiyyətlə əzələnin fiziologiyasını öyrənmək üçün qurbağadan əvvəlcə reaskopik ayaq hazırlanır.Sonra reaskopik ayaqdan sinir əzələ preparatı hazırlanır. Bundan istifadə edərək əzələ təqəllüsünün növlərin öyrənir.

Əzələnin üç növ təqəllüsü məlumdur. Əzələnin təqəllüsünü öyrənmək üçün mioqrafdan istifadə olunur. Əzələnin bir qıcığa qarşı bir dəfə yığılıb boşalmasına əzələnin tək təqəllüsü deyilir. Tək təqqəlüs 3 dövrdən ibarətdir.


1 dövr .Qıcıq verilən momentlə əzələnin yığılma başlanması arasında keçən vaxta gizli (latent ) dövrü adlanır. Latent dövrünün uzunluğu 0,0025 s.
2 dövr. Əzələnin yığılması başlayır ən yüksək yığılma dövrü bu enerjinin qalxan dövrü uzunluğu 0,04s.
3 dövr. Enerjinin enən dövri uzunluğu 0,05s.Beləliklə əzələnin bir dəfə yığılır.
Əzələnin 2-ci növ təqəllüsü superpozisiya və yaxud toplama təqəllüsü adlanır. Əgər əzələyə bir qıcıq yox dalbadal bir neçə qıcıq göndərsək və göndərdiyimiz qıcıqlar qalxan dövrünə düşərsə əzələ boşala bilməz və yenidən yığılma əmələ gələ bilər.
Əzələnin 3-cü növ təqəllüs toplama təqəllüsü əzələyə bir deyil bir neçə qıcıq göndərsək həmin qıcıqlar enerjinin enən dövrünə düşərsə əzələ boşala bilməyib, yenidən yığılır və toplama təqəllüsü meydana çıxır.
Tetonus təqəllüs. Əgər əzələyə fasiləsiz olaraq qıcıq göndərsək həmin qıcıqlar enerjinin qalxan dövrünə düşərsə,əzələ yığılır və öz yığılmış vəziyyətini uzun müddət saxlayır.Orqanizm bütün faydalı işləri tetonus təqəllüsün vasitəsilə baş verir.
Əzələnin əsas funksiyası yığılıb boşalmaqla yəni təqəllüs etməklə işi müydana çıxarmaqdır.İş fiziki məvhumdur ona görə də fiziklər tərəfindən öyrənilmişdir.Fiziklər işə müəyyən forma əsasında yanaşırlar : A = ph
Yəni 1 kq yükü 1metr hündürlüyə qaldırdıqda görülən 1 kqm iş deyilir. Əgər yük ağır olarsa əzələ yükü qaldıra bilməz demək hündürlük yoxdur. O=PO
Əgər hündürlük var yükü yoxdur O=Oh bundan belə nəticə çıxır ki, faydalı iş çıxması üçün yükün müəyyən ağırlığı olmasıdır. Bunu müəyyən etmək üçün əzələni tədriclə yükləyirlər və hər dəfə həmin yükü nə qədər hündürlüyə qaldırılmasını təyin edir. Müəyyən olunmuşdur ki, ən yüksək faydalı iş meydana çıxaran yükə orta yük deyilir. Əzələ qüvvəsini təmin etmək üçün əzələni o vaxta qədər yüklənir ki, o artıq yükü qaldıra bilmir. Qaldıra bilmədiyi yükdən qabağkı yükü əzələnin ən böyük diametrinin en kəsiyinə bölürük. Əzələlər liflərinin yerləşməsinə görə də iki yerə bölünür. 1.tək lələkli , 2.qoşa lələkli.müəyyən olunur ki, əzələ sayı ilə əzələ qüvvəsi düz mütənasibdir.
Yorulma prosesi yalnız əzələyə aid olmayıb bütün orqanizmə məxsus olan prosesdir. Yorulma prosesi tüksək fizioloji əhəmiyyətə malik olan prosesdir, orqanizmdə mühafizə xarakteri daşıyır. Yorulma prosesi orqanizmin istirahətə ehtiyacı olduğun bildirən bir siqnaldır. Əzələnin yorulmasını öyrənmək məqsədilə əzələnin tək təqəllüsünün əyrisini alıb sonra ona ritmiki qıcıq göndərirlər o vaxta qədər ki, əzələ yorulsun Həmin əyrinin kimoqraf üzərində qeyd edirlər. Sonra tək təqəllüsün yorulmayan və yorulmuş vəziyyətində yazısını müqayisə edirlər. Təcrübələr göstərir ki, yorulmuş əzələnin tək təqəllüsünün lotent dövrü uzun olur enerjisinin qalxan dövrü aşağı olur və əzələ tamamilə boşala bilmir, bir qədər yığılmış şəkildə qalır.Yorulmaya səbəb əzələ işlədikdə energetik maddələrin azalması qlükogenin sona qədər parçalana bilməməsi və eyni turşuların əzələdə yoplanması və əzələnin yaranmasına səbəb olur. İnsanda yorulmanın əyrisini müəyyən etmək üçün erqoqrafdan istifadə olunur.

Hüceyrənin, üzvün və ya tam orqanizmin, əmək qabiliyyətinin işi nəticəsində meydana çıxıb dirçəldikdən sonra , yox olan azalması halına yorulma deyilir.
Əgər izolə olunmuş əzələdən kiçik bir yük asılıb, onu ritmiki elektrik impulsları ilə uzun müddət qıcıqlandırsaq onun təqəllüs amplitudu tədriən sıfıradək azalacaqdır. Bu zaman qəydə alınmış təqəllüs yazısı yorulma əyrisi adlandırırlar. Yorulma zamanı təqəllüs amplitudunun dəyişməsi ilə yanaşı, təqəllüsün latent dövrü artır və əzələnin boşalma dövrü uzanmış olur. Lakin, bütün bu dəyişikliklər iş görülən kimi deyil, əzələnin tək təqəllüs amplitudunun böyüdüğü müşahidə olunan dövr keçdikdən sonra uzun müddət qıcıqlandırılma zamanı əzələ lifinin yorulması baş verir.
İzolə olunmuş əzələni uzun müddət qıcıqlandırırarkən onun iş qabiliyyətinin azalması iki əsas səbəblə müəyyən olunur. Onlardan birincisi budur ki, təqəllüs zamanı əzələdə, əzələ liflərinin iş qabiliyyətinə zəiflədici təsir göstərən mübadilə məhsulları toplanır. Bu məhsulların bir hissəi və eləcə də kalium ionları diffuziya edərek lifin xaricinə, hüceyrəarası mühitə çıxır və oyanan membranın fəaliyyət potensialı əmələ gətirmək qabiliyyətinə zəiflədici təsir edir. Əgər az miqdar Ringer məhlulu içərisinə yerləşdirilmiş əzələyə uzun müddət qıcıq verərək onu tamam yormuş olsaq, təqəllüsü bərpa etmək üçün əzələnin yerləşdiyi məhlulu dəyişmək kifayət edər.
İzolə olunmuş əzələnin yorulmasının digər səbəbi ondakı enerji ehtiyatının tədricən tükənməsidir. İzolə olunmuş əzələnin işi uzun müddətli olanda glikogen ehtiyatı kəskin azalır ki, bunun da nəticəsində təqəllüs üçün zəruri olan ATFin və kreatinfosfatın resintez prosesi pozulur.
İzolə olunmuş əzələnin vasitəsiz qıcıqlandırılaraq yorulması laborator fenomendir. Təbii şəraitdə uzun müddətli iş zamanı hərəkət aparatının yorulması daha mürəkkəb olur və çoxsaylı amillərdən asılıdır. Yorulma hərəkətin diskoordinasiyası və işin icrasında iştirak ətməyən çoxlu əzələlərin oyanması ilə müşayiət olunur.
İnsan əlinin yükqaldıran əzələləri uzun müddətli işdən sonra yorululb istirahət edərkən digər əllə iş görülərsə, onda birinciəlin iş görmə qabiliyyətinin bərpası sürətlənir. Adi sükunətdən fərqli olan belə istirahət, fəal istirahət adlandırılmışdır.
Yorulmanın inkişafında sinir mərkəzlərinin rolunun inandırıcı sübutu təlqinlə aparılan təcrübələr ola bilər.
Tam orqanizmdə hərəkət aparatının yorulma səbəblərini aşkar edərkən, çox vaxt hərəkət fəaliyyətinin iki növü ayırd edilir: az miqdar əzələlərin iştirakı ilə görülən məhəlli iş və bədənin əksəriyyət əzələlərinin iştirakı ilə görülən ümumi iş. Birinci halda yorulmanın səbəbləri arasında periferik amil olan, başqa sözlə, əzələnin özündə gedən proseslər ön plana keçir; ikinci də, mərkəzi amillər və hərəkətin vegetativ təminatının çatışmaması üstünlük təşkil edir. Yorulmanın mexanizminin tədqiq olunmasına əmək və idman fiziologiyasında xüsusən çox diqqət yətirir.
Laboratoriya şəraitində insanda əzələ yorulmasını öyrənməkdən ötürü erqoqrafdan – bir grup əzələlərin hərəkəti zamanı bu hərəkətin mexanizmini yazan cihazdan istifadə olunur. Belə sadə cihaza misal olaraq yük qaldıran barmağın hərəkətini qeydə alan Masso erqoqrafını göstərmək olar. İnsanın bu və ya başqa iş hərəkətlərini əks etdirən erqoqraflar mövcuddur. Belə ki, veloerqoqraflardan geniş istifadə olunur. Adam ayaqları ilə cihazın pedalını qabaqcadan verilmiş müxtəlif müqavimətə üstün gələrək fırladır. Xüsusi vericilər herəkətin parametrlərini və yerinə yetirilən işin miqdarını qeyd etməyə imkan verir.
Eyni vaxtda tənəffüs, qan dövranı, EKQ göstəricilərini də qeydə almaq olur. Veloerqoqraflardan təbabətdə insan orqanizminin funksional imkanlarını müəyyən etmək üçün geniş istifadə olunur.
Erqoqramın forması və adamın yorulana qədər görə bildiyi işin miqdarı, ayrı ayrı adamlarda və hətta eyni bir adamda müxtəlif şəraitlərdə müxtəlif olur.
Əzələlərin sistematik intensiv işi əzələ toxuması kütləsinin artmasına səbəb olur. Bu hadisə əzələnin iş hipertrofiyası adlandırılmışdır. Hipertrofiyanın əsasını əzələ ifi sitoplazmasının və orada olan miofibrillərin sayının artması təşkil edir ki, bu da hər lifin diametrinin böyüməsinə səbəb olur. Bu zaman əzələdə nuklein turşularının və zülalların sintezi güclənir və əzələ təqəllüsü zamanı istifadə olunan enerji daşıyan maddələrin eləcə də qlikogenin miqdarı artır. Nəticədə hipertrofiya olunmuş əzələnin təqəllüs qüvvəsi və sürəti çoxalır.
Hipertrofiya zamanı miofibrillərin sayının artmasına gərginlik tələb ədən statik iş daha çox səbəb olur. Gündəlik olaraq izometrik rejimdə hətta qısa müddətli məşqlər kifayətdir ki, miofibrillərin sayı artsın.


İş hipertrofiyasının əksi olan hal əzələnin işsizlik atrofiyasıdır. O, əzələnin nəyə görəsə uzun müddət normal iş görmədiyi bütün hallarda inkişaf edir. Məsələn ətrafın qips sarğısı ilə hərəkətsizləşdirilməsində xəstə uzun müddət yataqda qaldıqda, vətərin kəsilməsi nəticəsində əzələnin işsiz qalması zamanı və buna bənzər hallarda atrofiya müşahidə olunur.
Atrofiya zamanı əzələ liflərinin diametri kiçilir və onların içəsisindəki təqəllüs zülallarının glikogenin, ATFin və təqəllüs fəaliyyəti üçün vacib olan başqa maddələrin miqdarı azalır. Normal iş bərpa olduqda əzələnin atrofiyası tədricən yox olur.
Əzələ atrofiyasının xüsusi bir forması əzələ depervasiya olunduqdan, başqa sözlə desək, onun sinir sistemi ilə əlaqəsi olmadıqda məsələn onun hərəki sinirləri kəsildikdə baş verir.
Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin