Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?



Yüklə 2 Mb.
səhifə1/21
tarix25.11.2016
ölçüsü2 Mb.
#68
  1   2   3   4   5   6   7   8   9   ...   21
Üz–çənə cərrahiyyəsi

Bölmə 1. Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri

1) Çənə oynağının çıxığının əsas səbəbi nədir?
A) Çənə-gicgah oynağın artriti

B) Çənə-gicgah oynağının bağ aparatının və oynaq kapsulunun zəifliyi

C) Dişləmin hündürlüyün azalması

D) Alt makroqnatiyası

E) Dərin kəsicilərin üstünün örtülməsi
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
2) Çənə oynağının çıxığının əsas səbəbi nədir?
A) Oynaq qabarcığın hündürlüyün azalması

B) Çənə-gicgah oynağın artriti

C) Dişləmin hündürlüyün azalması

D) Dərin kəsici üstü örtülmə

E) Alt makroqnatiyası
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
3) Çənə oynağının çıxığı zamanı əsas simptom hansıdır?
A) Bədən temperaturunun qalxması

B) Gözyaşının axması

C) Alt çənənin hərəkətliliyinin məhdudlaşması

D) Dişlərin bir birinə bağlanmasının mümkün olmaması

E) Dişləmin hündürlüyün azalması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
4) Çənə oynağının çıxığının müalicəsi nədən ibarətdir?
A) İmmobilizasiya etmək

B) Oynaq başının oynaq çuxuruna qoyulması

C) Alt çənənin kondilus çıxıntılarının rezeksiyası

D) Antibiotiklərin verilməsi

E) Oynaq qabarcığının rezeksiyası
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
5) Çənə oynağının çıxığında aşağı azı dişlərinə təzyiq hansı istiqamətdə aparılır?
A) Mental nahiyədə olan dişlərə tərəf

B) Yuxarı

C) Aşağı

D) Aşağdan yuxarı

E) Yana
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
6) Çənə-gicgah oynağının kəskin artritini aşağıdakılardan hansı ilə differensiasiya etmək lazımdır?
A) Qulaqətrafı - gicgah hiperhidrozu ilə

B) Kəskin haymoritlə

C) Çənənin oynaq çıxıntısının sınığı ilə

D) Üst çənənin sınığı ilə

E) Alt çənə nahiyəsinin fleqmonası ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
7) Gicgah - çənə oynağının ankilozunun əsas simptomu nədir?
A) Udqunmanın pozulması

B) Ağrı simptomu

C) Qulaqda gurultu

D) Alt çənənin hərəkətinin kəskin məhdudlaşması

E) Çox sayda olan kariyes prosesi
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
8) Gicgah-çənə oynağının ankilozunun əsas səbəbi nədir?
A) Şiş

B) Qulaqətrafı-yanaq nahiyəsinin fleqmonası

C) Qulaqətrafı-gicgah hiperhidrozu

D) Mastoidit

E) Artrit
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
9) Çənələrin odontogen osteomieliti zamanı sümük toxumasının zədələnmə həcminə təsir etməyən amil hansıdır?
A) Bədənin immunoloji reaktivliyinin dərəcəsi və orqanizmin sensibilizasiya dərəcəsi

B) Mikrofloranın virulentliyi

C) Bədənin yerli immun sisteminin funksional vəziyyəti

D) Çənələrin topoqrafik anatomik xüsusiyyətləri

E) Xəstənin cinsi
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002. с.182
10) Gicgah-çənə oynağının qeyri-spesifik kəskin artritinin səbəbi nədir?
A) Qulaqətrafı-gicgah hiperhidrozu

B) Leyşmanioz

C) Dişləmin dəyişməsi səbəbindən çənə-gicgah oynağının xroniki travması

D) Kəskin zədələnmə

E) Aktinomikoz
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
11) Gicgah-çənə oynağının qeyri-spesifik xroniki artritinin səbəbi nədir?
A) Kəskin zədələnmə

B) Leyşmanioz

C) Dişləmin dəyişməsi səbəbindən çənə-gicgah oynağının xroniki travması

D) Aktinomikoz

E) Qulaqətrafı-gicgah hiperhidrozu
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
12) Gicgah-çənə oynağının spesifik artritinin səbəbi nədir?
A) Revmatik hücum

B) Qulaqətrafı-gicgah hiperhidrozu

C) Aktinomikoz

D) Çənə-gicgah oynağının xroniki travması, dişləmin dəyişməsi

E) Leyşmanioz
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
13) Çənə-gicgah oynağının spesifik artritinin səbəbi nədir?
A) Çənə-gicgah oynağının xroniki travması, dişləmin dəyişməsi

B) Vərəm


C) Revmatik həmlə

D) Qulaq ətrafı hiperhidroz

E) Leyşmanioz
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
14) Gicgah-çənə oynağının kəskin artritinin başlanğıc mərhələsində xarakter simptom nədir?
A) Qulaq ətrafı hiperhidroz

B) Çeynəmə əzələrin trizmi

C) Onurğa sütununun boyun hissəsində ağrı

D) Ağrı, ağızın açılmasının məhdudlaşması

E) Bədən temperaturunun qalxması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
15) Aşağıdakılardan hansı gicgah-çənə oynağının ankilozunun növüdür?
A) Kataral

B) Fibroz

C) Yapışqan

D) Atrofik

E) İrinli
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
16) Aşağıdakılardan hansı gicgah-çənə oynağının ankilozunun növüdür?
A) İrinli

B) Sümüklü

C) Atrofik

D) Yapışqan

E) Kataral
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
17) Gicgah-çənə oynağının fibroz ankilozunun klinikasının əlavə simptomu nədir?
A) Səhərlər oynaqda hərəkin çətinləşməsi

B) Udqunmanın pozulması

C) Çox sayda kariyesli dişlərin olması

D) Qulaqda gurultunun olması

E) Ağrı simptomunun olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
18) Gicgah-çənə oynağının iki tərəfli sümüklü ankilozunun klinikasının əsas simptomu nədir?
A) Çox sayda kariyesli dişlərin olması

B) Ağrı simptomunun olması

C) Alt çənənin tam hərəkətsizliyi

D) Udqunmanın pozulması

E) Qulaqda gurultunun olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
19) Gicgah-çənə oynağı ankilozunun diaqnostikasının səmərəli müayinə üsulu hansıdır?
A) Audiometriya

B) Elektrodiaqnostika

C) Mioqrafiya

D) Kompüter tomoqrafiyası

E) Qanın biokimyəvi müayinəsi
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
20) Gicgah-çənə oynağının iki tərəfli sümük ankilozu ilə olan xəstənin xarici görünüşü hansı cəhətlə səciyyələnir?
A) Quş sifəti profili ilə

B) Üst retroqnatiya

C) Üst mikroqnatiya

D) Alt makroqnatiya

E) Çeynəmə əzəllərin assimetrik hipertrofiyası ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
21) Gicgah-çənə oynağının fibroz ankilozunun ilkin müalicəsi nədən ibarətdir?
A) Otoplastika

B) Alt çənənin osteotomiyası

C) Yalançı oynağın yaradılmasında

D) Redressasiya

E) Artroplastika
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
22) Alt çənə çıxığının yerinə salınması zamanı çənəaltı nahiyədən təzyiq hansı istiqamətdə olmalıdır?

A) Aşağıdan yuxarı və arxaya

B) Yuxarıya

C) Aşağıya

D) Bayıra

E) Bayıra və arxaya


Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
23) Alt çənə çıxığının yerinə salınması zamanı nə zaman ümumi anasteziyaya göstəriş yaranır?
A) Çeynəmə əzələsinin reflektor kontrakturası zamanı

B) Ağızda çoxlu hipersalvasiya olduqda

C) Birincili çıxıq zamanı

D) Vidaci venanın trobofellitindən şübhələndikdə

E) Alt çənənin vaxtaşırı çıxıqları zamanı
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

Bölmə 2. Üz-çənə nahiyəsinin şiş və şişəbənzər xəstəlikləri

24) Follikulyar kistanı hansı xəstəliklə differensasiya etmək lazımdır?
A) Ameloblastoma ilə

B) Odontoma ilə

C) Sementoma ilə

D) Bərk odontoma ilə

E) Diş kökü qranuloması ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
25) İltihabi proses qoşulmadıqda radikulyar kistanın punksiyasının xarakteri necə olur?
A) Xolesterinəbənzər qatı maye

B) Xolesterin kristalları ilə sarımtıl, şəffaf maye

C) Limfaya bənzər

D) Qatı maye

E) Qana bənzər
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
26) Böyük olmayan çənə kistasının əsas müalicəsi hansıdır?
A) Hemimandibuloektomiya

B) Sklerozlaşdırma

C) Çənənin hissəvi rezeksiyası

D) Sistektomiya

E) Kriodestruksiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
27) Radikulyar kista olduqda nə zaman oronazal sistotamiya aparılır?
A) Kista mandibulyar kanalı sıxdıqda

B) Alt çənənin böyük kistalarında

C) Kista haymor boşluğuna doğru inkişaf etdikdə

D) Kista burun boşluğuna keçdikdə

E) Kista simfiz nahiyəsində yerləşdikdə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
28) Radikulyar kistaların residivinə nə səbəb olur?
A) Əməliyyatdan sonra yarada iltihabın olması

B) Odontogen infeksiya

C) Uzun müddət kistanın olması

D) Hematoma

E) Kista qişasının tam çıxarılmaması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
29) Sistoektomiya əməliyyatına hazırlıq üçün hansı dişləri müalicə etmək lazımdır?
A) Yandakı dişləri

B) Yalnız səbəbkar dişi

C) Kökü kista boşluğuna keçmiş bütün dişləri

D) Bütün dişləri

E) Antoqonist dişləri
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
30) Çənələrin qeyri-odontogen kistaları zamanı əsas müalicə metodu hansıdır?
A) Sistotomiya

B) Sistoektamiya

C) Çənənin hissəvi rezeksiyası

D) Kriodestruksiya

E) Hemimandibuloektomiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
31) Ağız boşluğu selikli qişa şişlərinin inkişafında əsas etioloji faktor hansıdır?
A) Diş çoküntüləri

B) Hissəvi adentiya

C) Mədə-bağırsaq traktının xəstəlikləri

D) Selikli qişanın xroniki zədələnməsi

E) Hipersalivasiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
32) Ağız boşluğu selikli qişa şişlərinin inkişafında əsas etioloji faktor hansıdır?
A) Kariyes

B) Xərçəngönü xəstəliklər

C) Mədə-bağırsaq traktının xəstəlikləri

D) Hissəvi adentiya

E) Hipersalivasiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
33) Üz-çənə nahiyəsinin “bədxassəli şişi” diaqnozu ilə olan xəstə hansı həkimin qəbuluna göndərilməlidir?
A) Ümumi cərrahın

B) Radioloqun

C) Sahə terapevtinin

D) Onkoloqun

E) Üz-çənə cərrahının
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
34) Üz-çənə nahiyəsinin “bədxassəli şişi” diaqnozunu dəqiqləşdirmək üçün aparılan əlavə müayinə üsullarına aiddir?
A) Biokimyəvi müayinə

B) Immunoloji müayinə

C) Klinik müayinə

D) Angioqrafik müayinə

E) Histoloji müayinə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
35) Çənə sümüklərinin periapikal toxmalarının iltihabı nəticəsində inkişaf edir:
A) Follikulyar kista

B) Insizivial kanalın kistası

C) Radikulyar kista

D) Nazolabilal kista

E) Keratokista
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
36) Çənə sümüklərində mina qatının inkişaf pozğunluğu nəticəsində inkişaf edir?
A) Follikulyar kista

B) Keratokista

C) Nazolabilal kista

D) İnsizivial kanalın kistası

E) Radikulyar kista
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
37) Çənə kistalarının əsas klinik əlaməti nədir?
A) Vensan simptomu

B) Ağrının olması

C) Çənənin şişmiş şar formasında ağrısız deformasiyası

D) Törəmənin sıx şaxələnməsi

E) Udqunmanın pozulması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
38) Radikulyar kistanın rentgenoloji şəklində sümük toxumasının destruksiyası üçün nə səciyyəvidir?
A) Törəmə nahiyəsində dəqiq olmayan sərhədlərin olması

B) Bir və ya bir neçə dişin zirvə nahiyəsində dəqiq sərhədlərinin olması

C) “Əriyən qənd” şəklində boşluğun olması

D) Nahamar sərhədlərin olması

E) Dəqiq sərhədlərlə bir neçə boşluğun olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
39) Rentgenoloji olaraq follikulyar kistanı hansı oxşar xəstəliklə differensiasiya etmək lazımdır?
A) Sementoma

B) Ameloblastoma

C) Bərk odontoma

D) Odontoma

E) Eozinofil qranuloma
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
40) Çənədə orta ölçülü kistanın müalicə metodu hansıdır?
A) Kriodestruksiya

B) Sistektomiya

C) Çənənin yarısının rezeksiyası

D) Sklerozlaşdırma

E) Hemimandibuloektomiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
41) Çənədə böyük ölçülü kistanın müalicə metodu necədir?
A) Hemimandibuloektomiya

B) Sistektomiya

C) Çənənin bir hissəsinin rezeksiyası

D) Sistotomiya

E) Kriodestruksiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
42) Çənənin radikulyar kistasının sistektomiyasına göstəriş hansıdır?

A) Kistanın haymor boşluğu nahiyəsinə yayılması

B) Çənədə böyük sahədə bayır və daxili üz kortikal səhifənin destruksiyası

C) Kistanın kiçik və orta ölçülü (üç dişə qədər) olması

D) Kistanın burun boşluğuna yayılması

E) Kistanın böyük ölçüdə olması


Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
43) Çənənin radikulyar kistasında sistektomiyaya göstəriş nədir?
A) Kistanın burun boşluğuna yayılması

B) Kistanın böyük ölçülü olması

C) Osteolizisin olması

D) Çənədə böyük sahədə bayır və daxili üz kortikal səhifədə destruksiyanın olması

E) Bir köklü tək kista boşluğunun olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
44) Sistektomiyanın yerli ağırlaşması müşahidə olunur:
A) Pankreatit ilə

B) Xolesistit ilə

C) Miokard infarkı ilə

D) Miozit ilə

E) Residiv ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
45) Çənənin radikulyar kistasının residivinin səbəbi nədir?
A) Hematomanın olması

B) Kistanın mövcudolma müddəti

C) Yaranın əməliyyatdan sonrakı iltihabı

D) Odontogen infeksiyanı olması

E) Kista kisəsinin tam çıxarılmaması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
46) Çənə kistası əməliyyatına hazırlıq zamanı kanalların plomblanması üçün aşağıdakılardan hansının tətbiqi əlverişlidir?
A) Fosfat-sement

B) Evqenol-timol pastası

C) Amalqama

D) Simedent

E) Rezorsin-formalin pastası
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
47) Sistotomiyadan sonra çənədə radikulyar kista residivinin səbəbi nədir?
A) Hematoma

B) Tam götürülməmiş kista kisəsinin olması

C) Trepanasion dəliyin tez bağlanması

D) Kistanın uzunmüddətli olması

E) Yaranın əməlliyatdan sonrakı iltihabı
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
48) Çənənin qeyri-odontogen kistasının əsas müalicə üsulu hansıdır?
A) Sistektomiya

B) Kriodestruksiya

C) Çənənin hissəvi rezeksiyası

D) Sistotomiya

E) Hemimandibuloektomiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
49) Çənənin qeyri-odontogen kistasının inkişaf səbəbi nə ilə əlaqədardır?
A) Üzün embriogenezin pozulması ilə

B) Dişin çıxmasının formalaşmasının pozulması ilə

C) Diş kökünün formalaşmasının pozulması ilə

D) Diş kökünün zədələnməsi ilə

E) Diş follikulunun inkişafının pozulması ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
50) Çənənin radikulyar kistasının davamlı müalicəsində “səbəbkar” dişə tətbiq olunur?
A) Kanalın plomblandıqdan sonra diş kökünün zirvə rezeksiyası

B) Endodental elektroforez

C) Kanalın plomblanması

D) Ştiftləmə

E) Diş tacının estetik bərpası
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
51) Fibroz toxuma mənşəli həqiqi şişlərə aiddir?
A) Radikulyar kista

B) Bərk fibroma

C) Epulis

D) Follikulyar kista

E) Damağın fibromatozu
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
52) Fibroz toxuma mənşəli həqiqi şişlərə aiddir?
A) Damağın fibromatozu

B) Epulis

C) Follikulyar kista

D) Yumşaq fibroma

E) Radikulyar kista
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
53) Bərk fibroma üçün xarakterikdir?
A) Kollagenlə zəngin olan yetişməmiş fibroz toxuma

B) Piy toxuması

C) Yetişmiş fibroz toxuma

D) Kollagenlə kasad yetişməmiş fibroz toxuma

E) Sümük toxuması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
54) Yumşaq fibroma üçün xarakterikdir?
A) Yalnız yetişmiş piy toxuması

B) Sümük toxuması

C) Yalnız yetişmiş fibroz toxuma

D) Epitelinin hipertrofiyası

E) Yetişmiş piy və fibroz toxuma
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
55) Bərk və yumşaq fibroma əsasən ağız boşluğu selikli qişasında hansı nahiyədə yerləşir?

A) Dildə


B) Yanaq nahiyəsində

C) Dodaq nahiyəsində

D) Ağız boşluğunun dibində

E) Retromolyar nahiyədə


Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
56) Fibromanın əsas müalicə üsuluna aiddir?
A) Fibromanın hissəvi rezeksiyası

B) Kombinəolunmuş şüa terapiyası

C) Fibromanın sağlam toxuma hüdudlarında götürülməsi

D) Şüa terapiyası

E) Kimyəvi terapiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
57) Fibromatoz aiddir:
A) Həqiqi şişlərə

B) Kistalara

C) Şişəbənzər törəmələrə

D) Qranulyomalara

E) Fistullara
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
58) Fibromatoz adətən ağız boşluğu selikli qişasında yerləşir:
A) Dildə

B) Üst dodaqda

C) Yanaqda

D) Diş ətində vestibulyar tərəfdən

E) Ağız boşluğunun dibində
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
59) Fibromatozun əsas müalicə üsullarına aşağıdakılardan hansı aiddir?
A) Şüa terapiyası

B) Törəmənin sümüküstlüyü ilə birlikdə götürülməsi

C) Qarışıq (kombinəolunmuş) şüa-kimyəvi müalicə

D) Kimyəvi terapiya

E) Antibiotikoterapiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
60) Lipomanın əsas mualicə üsuluna aiddir?
A) Kriodestruksiya

B) Kimyəvi terapiya

C) Şüa terapiya

D) Kapsulla birlikdə çıxarılması

E) Qarışıq (kombinəolunmuş) şüa-kimyəvi müalicə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
61) Ağız boşluğunun xərçəngönü xəstəliklərinin əsas etioloji yaranma faktoru nədir?
A) Üz skeleti sümüklərinin kəskin iltihabi prosesi

B) Ağız boşluğunun selikli qişasının xroniki zədələnmələri

C) İkincili adentiya

D) Üzün yumşaq toxumaların kəskin iltihabı prosesi

E) İnfeksion xəstəlik
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
62) Ağız boşluğunun xərçəngönü xəstəliklərinin əsas etioloji yaranma faktoruna aşağıdakılardan hansı aiddir?
A) Üz skeleti sümüklərinin kəskin iltihabi prosesi

B) İnfeksion xəstəlik

C) Pis vərdişlər və peşə zədələnmələri

D) İkincili adentiya

E) Üzün yumşaq toxumasının kəskin iltihabi prosesləri
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
63) Dodağın qırmızı haşiyəsinin ziyilli xərçəngönü hiperkeratozunun klinik şəkli necədir?
A) “Coğrafi “ şəklində olan qabıqla örtülmüş atrofik sıxılmış qabarıqların mövcud olması

B) Nazik və sıx pulcuqla örtülmüş,buynuzlaşmış məhdud sahənin mövcud olması

C) Qanaxmaya və epitelizasiyaya meyilli olmayan 2-3 eroziyanın mövcud olması

D) 3-5 mm epiteldən yüksəlmiş, nahamar səthli ağrılı düyünün mövcud olması

E) Ətraf toxumalara infiltrasiya, və eroziv səthin mövcud olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
64) Xərçəngönü hiperkeratozun klinik şəkli necədir?
A) “Coğrafi “ şəklində olan qabıqla örtülmüş atrofik sıxılmış qabarıqların mövcud olması

B) 3-5 mm epiteldən yüksəlmiş, nahamar səthli ağrılı düyünün olması

C) Ətraf toxumaların infiltrasiyası ilə eroziv səthin mövcud olması

D) Nazik və sıx pulcuqla örtülmüş,buynuzlaşmış məhdud sahənin mövcud olması

E) Qanaxmaya və epitelizasiyaya meyilli olmayan 2-3 eroziyanın olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
65) Dodağın qırmızı haşiyəsinin ziyilli xərçəngönü hiperkeratozunun əsas müalicə üsulu necədir?
A) Kombinəolunmuş şüa-kimyəvi terapiya

B) Şüa Terapiyası

C) Cərrahi üsul

D) Kimyəvi terapiya

E) Antibiotikoterapiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
66) Dodağın qırmızı haşiyəsinin məhdud xərçəngönü hiperkeratozunun əsas müalicə üsulu necədir?
A) Antibiotikoterapiya

B) Kriodestruksiya

C) Şüa terapiyası

D) Kimyəvi terapiya

E) Kombinəolunmuş şüa-kimyəvi terapiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
67) Abraziv xərcəngönü Manqanotti xeylitinin əsas müalicə üsulu hansıdır?
A) Şüa terapiya

B) Antibiotikoterapiya

C) Kombinəolunmuş şüa-kimyəvi terapiya

D) Kriodestruksiya

E) Kimyəvi terapiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
68) Fibroz epulisin əsas müalicə üsulu necədir?
A) Kombinəolunmuş şüa-kimyəvi terapiya

B) Törəmənin cərrahi yolla çıxarılması

C) Kriodestruksiya

D) Şüa terapiyası

E) Kimyəviterapiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
69) Ameloblastoma aşağıdakılardan hansına aiddir?
A) Bədxassəli odontogen şişlərə

B) Xərçəngönü xəstəliklərə

C) Xoşxassəli odontogen şişlərə

D) Şişəbənzər törəmələrə

E) İltihabi xəstəliklərə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
70) Ameloblastomanın rentgenoloji şəkli necə səciyyələnir?
A) “Ərimiş şəkər” tipli sümük dəyişiklərinin olması ilə

B) Çənənin süngəri maddəsi boyu diffuz destruksiyanın olması ilə

C) “Nahamar şüşə” tipli sümük dəyişiklərinin olması ilə

D) Dəqiq səhədli sümük arakəsmələri ilə ayrılmış çənənin kortikal səhifəsinin rezobsiyasının olması ilə

E) Çoxlu ocaqlar şəklində sümük destruksiyasının olması ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
71) Ameloblastomanı aşağıdakılardan hansı ilə differensasiya etmək lazımdır?
A) Sementoma ilə

B) Xondroma ilə

C) Paradontit ilə

D) Odontoma ilə

E) Radikulyar kista ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin