Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Osteomielitin kəskin dövründə patoloji-anatomik dəyişikliklərin ardıcıllığını müəyyən edin



Yüklə 2 Mb.
səhifə14/21
tarix25.11.2016
ölçüsü2 Mb.
#68
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

657) Osteomielitin kəskin dövründə patoloji-anatomik dəyişikliklərin ardıcıllığını müəyyən edin:

1. Subperiostal abseslərin yaranması

2. Sümük toxumasının nekrozu

3. Sümüyün çoxsaylı sekvestrlərlə destruksiyası

4. İrinin ətraf yumşaq toxumalara yayılması

5. Periostun irinli infiltrasiyası
A) 5, 1, 4, 2, 3

B) 3, 4, 2, 5 ,1

C) 4, 3, 2, 5, 1

D) 3, 5, 1, 4, 2

E) 1, 4, 5, 3 ,2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
658) Aşağıdakılardan hansı osteomielitin yarımkəskin dövrundə baş verən: iltihab əlamətlərinin sönməsi, qranulasiyon toxumaların yaranmasından başqa baş verən patoloji-anatomik dəyişikliklərə aiddir?

A) Yeni sümük toxumasının yaranması

B) Alveol çıxıntısının sümüküstlüyünün infiltirasiyası

C) İrinin çənəətrafı yumşaq toxumalara yayılması

D) Sekvestrlərin hərəkətliliyi və ayrılması

E) Fistul yolunun yaranması


Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
659) Osteomielitin yarımkəskin dövrü üçün hansı patoloji-anatomik dəyişiklik xarakterik deyil?
A) Qranulasion toxumanın inkişafı

B) Sümük iliyinin irinli əriməsi

C) Sekvestrasiyanin başlanması

D) Fistul yolunun formalaşması

E) İltihab əlamətlərinin sönməsi
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
660) Sekvestrlərin hərəkətliliyi, ayrılması və endostda yeni sümük toxumasının yaranması hansı xəstəlik üçün xarakterikdir?

A) Xroniki odontogen osteomielit

B) Lyudviq anginası

C) Xroniki odontogen periostitit

D) Çənə-qanadvari nahiyənin fleqmonası

E) Çənəaltı nahiyənin fleqmonası


Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
661) Uyğunluğu müəyyən edin.

I. Kəskin irinli osteomielit

II.Yarimkəskin osteomielit

III. Xroniki osteomielit

1. Fistul yolunun yaranması

2. Sekvestrlərin hərəkətliyi və ayrılması

3. Subperiostal absceslərin yaranması
A) I-1, II-2, III-3

B) I-1, II-3, III-2

C) I-3, II-1, III-2

D) I-2, II-3, III-1

E) I-2, II-1, III-3
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-233
662) Uyğunluğu müəyyən edin.

I. Kəskin odontogen osteomielit

II. Yarimkəskin odontogen osteomielit

III. Xroniki odontogen osteomielit

1. Qranulasiyon toxumaların inkişafı

2. Yeni sümük toxumasının yaranması

3. İltihab əlamətlərinin şiddətlənməsi
A) I-1, II-3, III-2

B) I-1, II-2, III-3

C) I-3, II-1, III-2

D) I-2, II-3, III-1

E) I-2, II-1, III-3
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-233
663) Osteomielitin yarımkəskin dövründə irinlik özbaşına ağız boşluğuna açılırsa yerində aşağıdakılardan hansı yaranır?
A) Sekvestral kapsul

B) Fistul yolu

C) Dərialtı qranulema

D) Subperiostal abses

E) Ağrılı infiltrat
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-230
664) Odontogen osteomielitin kəskin dövründə rentgenoji müayinədə nə aşkar edilir?

A) Xroniki periodontitə xas olan əlamətlər

B) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqları

C) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları

D) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları

E) Sümük toxumasının endoostal və periostal dəyişikliyi,skleroz


Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 229-230
665) Odontogen osteomielitin yarımkəskin dövründə rentgenoji müayinədə aşkar olunur:
A) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz

B) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqları

C) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları

D) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər

E) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 230
666) Odontogen osteomielitin destruktiv formasında rentgenoji müayinədə görünür:
A) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları

B) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz

C) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları

D) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqlari

E) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
667) Odontogen osteomielitin destruktiv-produktiv formasında rentgenoji müayinədə görünür:
A) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları

B) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər

C) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqları

D) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz

E) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
668) Odontogen osteomielitin produktiv formasında rentgenoji müayinədə görünür:
A) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları

B) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər

C) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz

D) Mərkəzində sekvestrin kölgəsi olan rezorbsiya ocaqları

E) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqlari
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
669) Uyğunluğu müəyyən edin:

I.Kəskin odontogen osteomielit

II.Yarimkəskin odontogen osteomielit

III.Xroniki odontogen osteomielit

1. Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları

2. Periodontətrafı toxumalarda xroniki periodontitə xas olan əlamətlər

3. Sümk toxumasında nekroz-sekvestr ocaqları
A) I-1, II-3, III-2

B) I-2, II-3, III-1

C) I-1, II-2, III-3

D) I-2, II-1, III-3

E) I-3, II-1, III-2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
670) Uyğunluğu müəyyən edin:

I- Destruktiv xroniki odontogen osteomielit

II-Destruktiv-produktiv xroniki odontogen osteomielit

III- Produktiv xroniki odontogen osteomielit

1. Xroniki osteomielitin sekvestrəmələgətirici forması

2. Xroniki osteomielitin yuvalı forması

3. Xroniki osteomielitin hiperplastik forması
A) I-3, II-1, III-2

B) I-1 II-2, III-3

C) I-2, II-1, III-3

D) I-2, II-3, III-1

E) I-1, II-3, III-2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 232
671) Osteomielitin əng sümüyündə yüngül gedişatını nə ilə izah etmək olar?
A) Kompakt lövhədə çoxsaylı dəliklərinin olması və süngəri maddənin az olması

B) Sümük toxumasında mineral elementlərin həddindən çox ifraz olunması

C) Sümük toxumasında süngəri və sərt maddələrin eyni miqdarda olması

D) Sümükdə osteoklastik rezorbsiyanın sürətli və osteoblastik sintezin yavaş olması

E) Kifayət qədər qan təhcizatı olmaması nəticəsində osteon damarlarında durğunluğun olması
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
672) Osteomielitin çənədə ağır gedişı nə ilə izah etmək olar:
A) Sümük toxumasında süngəri və sərt maddələrin eyni miqdarda olması

B) Sümük toxumasında mineral elementlərin həddindən çox ifraz olunması

C) Kifayət qədər qan təhcizatı olmaması nəticəsində osteon damarlarında durğunluğun olması

D) Kompakt lövhədə azsaylı dəliklərinin və süngəri maddənin çox olması

E) Sümükdə osteoklastik rezorbsiyanın sürətli və osteoblastik sintezin yavaş olması
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
673) Əngin osteomieliti çənənin osteomielitindən fərqlənir:
A) Ağır gedişi, böyük sekvestrlərin olması ilə

B) Yüngül gedişi,kiçik sekvestrlərin olması ilə

C) Müxtəlif və tez-tez olan fəsadları ilə

D) Hər ikisi oxşar gedişi və lokalizasiyasi ilə

E) Alveol çıxıntısı nahiyəsində lokalizasiyasi ilə
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
674) Çənənin osteomieliti əngin osteomielitindən fərqlənir:
A) Ağır gedişi, böyük sekvestrlərin olması ilə

B) Hər ikisi oxşar gedişi və lokalizasiyasi ilə

C) Ağır gedişi, böyük sekvestrlərin olması

D) Müxtəlif və tez-tez olan fəsadları ilə

E) Alveol çıxıntısı nahiyəsində lokalizasiyasi ilə
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
675) Klinikaya çənənin kəskin odontogen osteomieliti diaqnozu ilə xəstə daxil olmuşdur.Çənənin kəskin osteomielitində hansı ən təhlükəli fəsadlar ola bilər:
A) Sepsis, mediastinit

B) Şeqren xəstəliyi,Mikulic sindromu

C) Odontogen haymorit,beyin absesi

D) Çənələrin vərəmi,fibroz displaziya

E) Patoloji sınıq, yalançı oynaq
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 242
676) Klinikaya əngin kəskin odontogen osteomieliti diaqnozu ilə xəstə daxil olmuşdur.Əngin kəskin osteomielitində hansı fəsadlar ola bilər:
A) Çənələrin vərəmi,fibroz displaziya

B) Patoloji sınıq, yalancı oynaq

C) Odontogen haymorit,meningit

D) Şeqren xəstəliyi,Mikulic sindromu

E) Limfa vəzilərinə metastazlar
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 242
677) Çənənin xroniki osteomielitinin yerli fəsadları hansılardır?

1. Mikrostoma

2. Yalanci oynaq

3. Perikoronarit

4. Patoloji sınıq

5. Uz sinirinin iflici
A) 3.4

B) 1,5


C) 2,3

D) 1.2


E) 2,4
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 242
678) Odontogen osteomielitdə hansı əzələlərdə iltihabı kontraktura inkişaf edir və ağzın açılması məhdudlaşır:
A) İkiqarinciqli əzələnin arxa qarıncığı, yanaq əzələsi

B) Bayır qanadvari əzələ, çənəaltı əzələ

C) Çənə-dilaltı əzələ, mental-dilaltı əzələ

D) Boyuk almacıq əzələsi, mental-dil əzələsi

E) Xüsusu çeynəmə əzələsi, içəri qanadabənzər əzələ
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
679) Osteomielit zamanı hansı sinirlərin zədələnməsi nəticəsində alt dodağın paresteziyası,Vensan simptomu qeyd olunur?
A) Dərin gicgah siniri, çənə-dilalti siniri

B) Göz yuvasıaltı siniri, almacıq siniri

C) Qanad-damaq siniri, böyük damaq siniri

D) İçəri qanadabənzər sinir, çeynəmə siniri

E) Aşağı alveol siniri, mental sinir
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
680) Çənənin kəskin osteomielitində xəstələr bəzən alt dodaqda və ağız bucağında keylik hissinin olmasından şikayət edirlər. Bu nəyin nəticəsində baş verir?
A) Diş periodontunda bağ aparatının pozulması nəticəsində

B) Aşaği dodaq və ağız bucağında irinli fluktasiya ocağının olması nəticəsində

C) Aşağı alveol sinirinin irinli eksudatla sıxılması nəticəsində

D) Qəbul edilən antibiotik,sulfanilamid preparatlarının əks təsiri nəticəsində

E) Folkman və Havers kanalları ilə infeksiyanın yayılması nəticəsində
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
681) Odontogen osteomielitin kəskin hiperergik fazasında qanda hansı dəyişiklər baş verir?
A) Leykopeniya , eritrositlərin çökmə sürətinin azalması

B) Leykopeniya, eozinopeniya, limfositoz, bazofiliya,hemoqlabinin artmasi, qanın tərkibində zülalın olmasi

C) Leykositlərin, monositlərin miqdarin artmasi, neytrofillərin sola irəliləməsi, qanda mielositlərin əmələ gəlməsi,eritrositlərin çökmə sürətinin azalması

D) Leykopeniya,, eritrositlərin çökmə sürətinin azalmasi, eozinofililiya, neytrofillərin sağa irəliləməsi, limfositoz

E) Leykositoz, eritrositlərin çökmə sürətinin artması, hemoqlobinin azalması, eritrositlərin miqdarın azalması
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
682) Xəstə təcili yardımla yüksək temperatur ( 40°C ), üşütmə, ümumi zəiflik, çənənin sağ bucaq nahiyəsində ağrı şikayətləri ilə stasionara daxil olmuşdur.Tənəffüs və nəbz tezləşib. Dəri isti və nəmdir. Ağızda kəskin iy var. Çənənin sağ tərəfində dişlər hərəkətlidir, perkusiya zamanı ağrılıdılr. Dişlər nahiyəsində diş əti və keçid pərdəsi şişkindir,hiperemikdir. Xəstəliyin müddəti 5 gündür. Diaqnozu müəyyən edin.
A) Poliossal fibroz displaziya

B) Kəskin odontogen osteomielit

C) Xroniki odontogen periostit

D) Hiperostoz odontogen osteomielit

E) Çənənin dərialti qranuleması
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
683) Xəstə həkimin qəbuluna çənənin sol cisim nahiyəsində irinli ifrazatı olan fistula müraciət edir. Müayinədə çəkilmiş 36-cı dişin alveol yuvasında inkişaf etmiş qranulasiyon toxuma görünür, yaxın yerləşən dişlər hərəkətlidir. Palpasiya zamanı çənənin sol cisim nahiyəsində periostal qalınlaşma hiss olunur. Rentqenoloji müayinədə 35, 36, 37-ci dişlərin sümük toxumasında sərhədləri aydın olmayan rezorbsiya qeyd olunur. Xəstənin ümumi vəziyyəti kafidir. Diaqnozu müəyyən edin.
A) Xroniki odontogen periostit

B) Хroniki odontogen osteomielitin kəskinləşməsi

C) Hiperostoz odontogen osteomielit

D) Çənənin dərialti qranulyoması

E) Kəskin odontogen haymorit
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 229-230
684) Xəstə əng nahiyəsində olan ağrısız şişginlikdən şikayət edir. Anamnezindən məlum olur ki,xəstə antibiotik, sulfanilamid preparatları qəbul edib, səbəbkar dişi çəkdirib. Buna baxmayaraq 3 ay müddətində şişkinlik kecməyib. Palpasiya zamanı əngin alveol çıxıntısında sümüküstlüyünün qalınlaşması hiss edilir. Rentgen müayinə zamanı sümük toxumasının endoostal ,periostal qalınlaşması və skleroz görünür. Diaqnozu dəqiqləşdirin.

A) Seroz kəskin odontogen periostit

B) Qranulomatoz xroniki odontogen periodontit

C) Hiperplastik xroniki odontogen osteomielit

D) Poliossal fibroz displaziya

E) Hipoerqik kəskin odontogen osteomielit


Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 230-232
685) Kəskin odontogen osteomielitin müalicəsinin ardıcıllığını təyin edin:

1. Osteoperforasiya

2. Səbəbkar dişin çəkilməsi

3. Drenaj

4. Subperiostal abseslərin açılması
A) 2, 4, 1, 3

B) 3, 4, 2, 1

C) 3, 1, 4, 2

D) 4, 3, 2, 1

E) 1, 4, 3, 2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
686) Xroniki odontogen osteomielitin müalicəsinin ardıcıllığını təyin edin.

1. Sekvestrektomiya

2. Səbəbkar dişin çəkilməsi

3. Hərəkətli dişlərin şinalanması

4. İrinli yaraların cərrahi işlənilməsi
A) 1, 4, 3, 2

B) 2, 3, 4, 1

C) 4, 3, 2, 1

D) 3, 1, 4, 2

E) 2, 4, 1, 3
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
687) Kəskin osteomielitin cərrahi müalicəsinə aşağıdakılardan hansı aiddir?
A) Fizioterapiya

B) Novokain blokadası

C) Osteoperforasiya

D) Çənələrin rezeksiyasi

E) Hiperbarik oksiqenasiya
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
688) Xroniki osteomielitin konservativ müalicə üsullarını tamamlayın.

1. Antibiotikoterapiya

2. Dezintoksikasion terapiya

3. Desensibilizasiyaedici terapiya

4. ..................................
A) Kimyaterapiya

B) Sekvestrektomiya

C) Sklerozlaşdırıcı terapiya

D) Fizioterapiya

E) Nekroektomiya
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. “Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии” 2000 tom I,səh 239-241
689) Kəskin odontogen osteomielitin müalicəsində istifadə olunan osteotrop antibiotiklər hansılardır?
A) Ampisillin və penisillin

B) Linkomisin və floksan

C) Kanamisin və eritromisin

D) Gentamisin və streptomisin

E) Oksasillin və ampisillin
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
690) Xroniki odontogen osteomielitin müalicəsində istifadə olunan immunomodulyatorlara hansı aiddir?
A) Levamizol, timolol

B) Taveqil, fenkorol

C) Disinon, aminokapron turşusu

D) Sibazon, diazepam

E) Metranidazol, trixopol
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
691) Osteomielitin müalicəsi üçün ən səmərəli müalicə üsulu hansıdır?
A) Ağrısızlaşdırma, hemostatiklər, trankvilizatorlar

B) UVÇ-terapiya, hiperbarik oksigenasiya, elektrofarez

C) Ümumi narkoz, cərrahi müdaxilə, ximioterapiya

D) Ağrısızlaşdırma, cərrahi müalicə, antibiotik terapiyası

E) Ataralgeziya, autohemoterapiya, şüa terapiyası
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
692) Kəskin osteomielitin müalicəsində istifadə olunan dərmanların uyğunluğunu göstərin.

I. Osteotrop preparatlar

II .Sulfanilamid preparatları

III. Nitrofuran preparatları

1. Sulfadimezin və norsulfazol

2. Furazolidon və furadonin

3. Terramicin və klindamicin
A) I-3, II-1, III-2

B) I-1, II-2, III-3

C) I-2, II-1, III-3

D) I-2, II-3, III-1

E) I-1, II-3, III-2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
693) Xroniki osteomielitin müalicəsində istifadə olunan dərmanların uyğunluğunu göstərin.

I. Antihistamin preparatları

II. Antiseptiklər

III. Biostomulaedici preparatlar

1. Furasilin, xlorheksidin

2. Metilurasil, pentoksil

3. Dimedrol, suprastin
A) I-2, II-1, III-3

B) I-1, II-3, III-2

C) I-2, II-3, III-1

D) I-3, II-1, III-2

E) I-1, II-2, III-3
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
694) Ağızdaxili üsulla sekvestrektomiyanin mərhələləri hansı ardıcıllıqla aparılmalıdır?

1. Sekvestrin çıxarılması

2. Sümüküstlü selikli qişanın ayrılması

3. Fistul yolunun ayırd edilməsi

4. Selikli qişada kəsiyin aparılması
A) 3, 1, 4, 2

B) 2, 4, 1, 3

C) 4, 2, 3, 1

D) 1, 4, 3, 2

E) 2, 3, 4, 1
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
695) Ağızdaxili üsulla sekvestrektomiyanin mərhələləri hansılardır?

1.Yaraların qat-qat tikilməsi

2. Sümük boşluğunun küretajı

3. Autogen sümüklə tamponada

4. Sekvestrin çıxarılması
A) 1 ,4, 3, 2

B) 2, 3, 4, 1

C) 2, 4, 1, 3

D) 4, 2, 3, 1

E) 3, 1, 4, 2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
696) Ağızxarici üsulla sekvestrektomiyanin mərhələləri hansılardır?

1. Sekvestrin çıxarılması

2. Yumşaq toxumaların qat-qat ayrilması

3. Fistulun küretaj edilməsi

4. Dəridə kəsiyin aparılması
A) 4, 2, 3, 1

B) 3, 1, 4, 2

C) 2, 4, 1, 3

D) 1,4, 3, 2

E) 2, 3, 4, 1
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
697) Aşağıdakıların hansında sekvestrektomiya ağızdaxili üsulla aparılır?
A) Çənənin şaxəsində

B) Çənənin alveol çıxıntısında

C) Əngin gözaltı nahiyəsində

D) Çənənin cisim və bucağında

E) Əngin almacıq nahiyəsində
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
698) Əksər hallarda aşağıdakılardan hansı odontogen limfadenitlərin törədicisidir?
A) Solğun treponema

B) Qızılı stafilokok

C) Vərəm çöpləri

D) Şüa göbələkləri

E) Difteriya çöpləri
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова «Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
699) Odontogen limfadenitlərin kliniki gedişə görə təsnifatı hansıdır?
A) Kəskin seroz, kəskin fibroz və xroniki limfadenitlər

B) Kəskin seroz, kəskin irinli və xroniki limfadenitlər

C) Kəskin ocaqlı, xroniki yayılmış limfadenitlər

D) Kəskin, yarım kəskin, xroniki limfadenitlər

E) Kəskin ocaqlı, kəskin fibroz və xroniki limfadenitlər
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin