Zivər Məmmədova, Həyat Abdullayeva, Elmira Hüseynova
Azərbaycan incəsənətində heykəltəraşlıq və plastika kimi olduqca mürəkkəb sahələrdə ardıcıl surətdə fəaliyyət göstərən azərbaycanlı qadın sənətkarlar nəslinin meydana gəlməsini xüsusilə qeyd etmək lazımdır. Bunlar Həyat Abdullayeva, Zivər Məmmədova və Elmira Hüseynovadır. Aralarındakı yaş fərqinə, sənət yollarının təkrarolunmazlığına, həmçinin, açıq ifadə edilmiş fəaliyyətlərinə baxmayaraq, onların hər birinin irsi müasir milli mədəniyyətin parlaq səhifəsidir.
Bu qeyri-adi şəxsiyyətlər tərəfindən ərsəyə gətirilən hər şeyə novatorluq və yenilik möhürü vurulub. Onların əksər əsərləri, ümumiyyətlə sənət dəsti-xətti peşəkarlıq və səmimiyyətlə səciyyələnir. Məhz ona görə bu əsərlər bu gün də öz yeniliyini qoruyub saxlayaraq maraqla qarşılanır. Bu insanların sənət bioqrafiyası və yaradıclıq irsi ilə daha yaxından tanışlıq onların axtarış və nailiyyətlərinin motivlərini və hərəkətverici qüvvəsini daha dərindən dərk etməyə imkan verir.
Azərbaycan təsviri sənət ustalarına həsr olunmuş “Sərvət” albomlar silsiləsindən.
“Şərq-Qərb” Nəşriyyat Evi, 2013
Kitabdan fotolar
Dostları ilə paylaş: |