İxtisas: Həyat fəaliyyəti təhlükəsizliyi Fənn: Fövqəladə Hallarda obyektin işinin dayanıqlığı Müəllim: Abdullayeva Nuriyyə



Yüklə 13,19 Kb.
səhifə1/4
tarix07.01.2024
ölçüsü13,19 Kb.
#209067
  1   2   3   4
dayanıqlıq si


Ad: Nazənin
Soyad: Vəzitova
Qrup: 430a
Fakültə: Metallurgiya və Materialşünaslıq
İxtisas: Həyat fəaliyyəti təhlükəsizliyi
Fənn: Fövqəladə Hallarda obyektin işinin dayanıqlığı
Müəllim: Abdullayeva Nuriyyə
Mövzu: İqtisadiyyat obyektlərin planlaşdırılmasına, layihələndirilməsinə və tikilməsinə olan tələblər
Azərbaycan Texniki Universiteti
İO-nin dayanıqlığı ilk növbədə «Azərbayjan Dövlət Tikinti Normaları» ilə təmin olunur. Bu sənəd respublikamızın təsərrüfatının dayanıqlığının təmin olunması sahəsinə aid olan tələblərin göstərildiyi əsas sənəddir. Bundan savayı, layihələndirmə normaları İN və Q-II-81 və İN və Q-II-11-77 (MM MTT-nin layihələndirmə normaları) sənədlərində verilibdir.
MM MTT-nin layihələndirmə normaları mütləq qaydada aşağıdakı hallarda tətbiq olunur:
  • şəhərlərin, İO-nin layihələndirilməsi və tikilməsində;
  • İO-nin yerləşdirilməsində;
  • əhalinin mühafizəsi və itkilərin azaldılması sahəsində;
  • İO-nin işinin, sahələrin və təsərrüfatın dayanıqlığının təmin edilməsində;

  • FH zonalarında QXDTİ-nin keçirilməsi üçün əlverişli şəraitin yaradılmasında.İN və Q-II-81 -inn tələblərinin tətbiq istiqamətləri aşağıdakılardır:FH-larda İO-də mümkün ola biləjək dağılmaların və itkilərin azaldılması;əhalinin və İO-nin personalının mühafizəsinin təmin olunması;obyektin bərpa olunması üçün şəraitin yaradılması.

Tikinti normaları və qaydalarının təyinatı, məzmunu və tətbiqi
Azərbayjan Respublikasının Nazirlər Kabinetinin 1998-ji il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə Mülki müdafiə üzrə Respublikanın ərazisi zonalara (10 zona), şəhərlər isə 3 qrupa (I, II və III) bölünmüşdür. Bu qərarla təsərrüfat obyektlərinə aşağıdakı dərəjələr verilib: xüsusi əhəmiyyətli (XƏ), birinji dərəjəli və ikinji dərəjəli. Zonalar: Bakı zonası (Bakı şəhərinin 11 rayonu və Abşeron rayonu); Gənjə (Gənjə və Naftalan şəhərləri, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Kəlbəjər, Şəmkir, Xanlar, Goranboy, Samux rayonları); Sumqayıt (Sumqayıt şəhəri, Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonları); Mingəçevir (Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Qax, Ujar, Balakən, Zaqatala, Oğuz, Şəki rayonları); Şirvan (Şirvan şəhəri, Hajıqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları); Naxçıvan zonası (Naxçıvan MR-in bütün rayonları); Ağdam (Xankəndi şəhəri, Ağdam, Ağjabədi, Bərdə, Zərdab, Tərtər, Xojavənd, Xojalı, Şuşa rayonları); Jəbrayıl zonası (Jəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Fizuli rayonları); Şamaxı (Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Kürdəmir, Qobustan rayonları); Lənkəran zonası (Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Jəlilabad, Masallı rayonları).Şəhərələrin qrupları: I qrup – Bakı şəhəri, II qrup – Sumqayıt şəhəri, III qrup – Gənjə, Mingəçevir, Şirvan, Naxçıvan şəhərləri.
FH-ların qarşısının alınması, nətijələrinin aradan qaldırılması və operativ fəaliyyətin təmin olunması üzrə həyata keçirilən tapşırıqların rasional və differensial həlli məqsədilə FH-ların zədləyiji amillərinin təsir edə biləjəyi ərazilər zonalara bölünür. Burada dərəjələnmiş şəhərlərinin tikilməsinin layihələndirilməsində mümkün güjlü dağılma zonalırının sərhədlərindən və mümkün zəif dağılma zonasının xariji sərhədləri aşağıdakı jədvələ görə təyin edilir:Obyektlərin yerləşdirilməsində ehtimal olunan dağılma zonası nəzərə alınmalıdır.İzafi təzyiqi 0,1 kqq/sm2 və daha çox olan ərazi ehtimal olunan dağılma zonası adlanır.

Yüklə 13,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin