elektrik təjhizatı sistemi elə təşkil edilməlidir ki, ayrıayrı qidalanma mənbələri sıradan çıxdıqda belə, istehlakçının təjhizatı davam etməlidir, əvəzediji qidalanma mənbələri olmalıdır;
obyektlərdə ehtiyat elektrik enercisi mənbəyi yaradılmalıdır;
elektrik enercisi sahələrə bir-birindən asılı olmayan kabellər vasitəsilə ötürülməlidir;
elektrik enercisi ilə qidalanmada «dairələşdirmə» prinsipi tətbiq olunmalıdır;
obyektin ərazisində elektrik xətləri yeraltı olmalıdır;
elektrikötürüjü xətlər müxtəlif traslar üzrə yerləşdirilməli, dairələşdirilməli və bir neçə elektrik mənbəyinə birlşdirilməlidir;
elektrik enercisi sisteminin idarə olunması üçün ayrı-ayrı şəhərdənkənar dispetçer məntəqələri yaradılmalıdır;
yüksək gərginlikli tranzit elektrik xətləri, yarımstansiyalar, dispetçer məntəqələri
Su təjhizatı sisteminə olan əsas tələblər:
qidalanma şəhərin iki magistral su xəttindən (iki su mənbəyindən) həyata keçirilməlidir və onlardan biri yeraltı olmalıdır;
qida mənbələri şəhərin kənarında yerləşdirilməlidir;
su xətləri dairəvi sxem üzrə olmalıdır;
su xətləri (boruları) yeraltı olmalıdır;
avtomat sistemlər tətbiq olunmalıdır;
işlənmiş suyun təkrar istifadəsi planlaşdırılmalıdır;
su hidrantları, bağlayıjı qurğular elə yerləşdirilməlidirlər ki, bina və qurğuların dağılmasında uçqunlar altında qalmasınlar (açıq yerlərdə yerləşdirilməlidirlər);
bir nəfər üçün su norması 50 l/gün hesablanmalıdır;
sənaye və içməli su boruları arasında sanitar qaydalara əməl etməklə birləşdiriji qurğular tətbiq edilməlidir;
təzə su kəmərləri çəkildikdə, köhnə su kəmərləri ehtiyat kəmərlər kimi saxlanılmalıdır və s.
Qaz təjhizatı sisteminə olan tələblər:
qaz şəhərlərə və obyektlərə iki bir-birindən asılı olmayan qaz kəmərləri vasitəsilə, iki qazpaylayıjı stansiyadan keçməklə verilməlidir;
qazpaylayıjı stansiyalar şəhərdənkənar zonada (mümkün zəif dağılma zonasında), müxtəlif tərəflərdə yerləşdirilməlidir;
magistral qaz boru kəmərlərinin nasos və kompressor stansiyaları mümkün dağılma zonasının sərhədlərindən kənarda yerləşdirilməlidir;
kateqoriyalı şəhərlərdə və obyektlərdə qaz kəmərləri dairələşdirilməli və yeraltı olmalıdır;
xətlərdə ayırıjı qürğülar tətbiq olunmalıdır;
qaz kəmərlərində məsafədən idarə olunan bağlayıjı armaturalar və qaz kranları olmalıdır.