Plan: Kursun predmeti və vəzifələri


Şəkil 1. Biznesin daxili və xarici



Yüklə 49,51 Kb.
səhifə3/7
tarix25.12.2022
ölçüsü49,51 Kb.
#77867
növüMühazirə
1   2   3   4   5   6   7
Müh. 1. Sahibkarlıq

Şəkil 1. Biznesin daxili və xarici
amillərinin qarşılıqlı əlaqəsi
Biznesin açılması barədə qərar qəbuluna bu cür kompleks yanaşma firmanın fəaliyyətinin ilk dövrlərində müflisləşməsi ehtimalını azaltmağa imkan verir.
Ölkə iqtisadiyyatına sahibkarlığın pozitiv təsirini nəzərə alaraq qanunverici və icra dövlət idarəetmə orqanları onun aktivliyi üzrə tədbirlər görməlidir, yəni:

  • güzəştli sahibkarlıq formalarını inkişaf etdirmək;

  • mühafizə mexanizminin etibarlığını artırmaq;

  • effektiv vergitutmanı tətbiq etmək;

  • sahibkarlığın inkişaf siyasətində qeyri-müəyyənlik və risk dərəcəsini aşağı salmaq;

  • sahibkarın şəxsi marağını və gəlirini artırmaq.

Sahibkarlıq fəaliyyətinin çətinliyi və mürəkkəbliyi sahibkara spesifik tələbatın olması ilə şərtlənir. Uğurlu sahibkarın xarakterik əlamətlərinə aiddir:

  • işin faydalığını və perspektivliyini qiymətləndirməyi bacarmaq;

  • müəyyən riskə getməyə hazır olmaq;

  • bazarın tələbatına tez reaksiya vermək, yeni əmtəə və xidmət istehsalına hazır olmaq;

  • investorları və əlavə maliyyələşdirmə mənbələrini tapmağı bacarmaq;

  • son nəticəyə yönəlmək;

  • ixtiraçı və fəal, özünə və tərəfdaşlarına münasibətdə tələbkar olmaq;

  • öz rəqibləri arasında həmişə yaxşı olmağa cəht etmək.

Biznesi müvəffəqiyyətlə həyata keçirmək üçün sahibkar təkcə sadalanan keyfiyyətlərə malik olmalı deyil, həm də iqtisadiyyat və menecment sahəsində biliyi olmalıdır.
Beləliklə, «biznes» anlayışı «sahibkarlıq» anlayışından təkcə öz məzmununa görə deyil və həm də iştirakçıların tərkibinə görə daha geniş anlayışdır. Çünki biznes bazar iqtisadiyyatının bütün iştirakçıları arasındakı münasibətləri əhatə edir, təkcə biznesmenlərin hərəkətini deyil, həm də istehlakçıların, muzdlu fəhlələrin və dövlət strukturlarının hərəkətini özündə birləşdirir.
Biznesin məqsədi – müəssisənin uzun müddət öz fəaliyyətində cəht etdiyi son nəticədir. Biznesin məqsədi onun xarakterindən, inkişaf səviyyəsindən asılı olaraq müxtəlif ola bilər. Onlardan ən mühümləri aşağıdakılardır:
- mənfəətin alınması;
- biznesin inkişafı üçün zəruri vəsatilərin toplanması;
- cəmiyyətə lazımi əmtəə və xidmətlərin təqdim edilməsi;
- bazarda, sahədə qabaqcıl mövqeyə nail olunması;
- istehlakçıların tələbatının optimal ödənilməsi;
- öz əməkdaşlarına imkanlarını reallaşdırmaq imkanının verilməsi.
Biznesin məqsədində əsasən qarşıya konkret vəzifələr qoyulur və həyata keçirilir. Biznesin məqsədi ilə qarşıya qoyulan vəzifələr qarşılıqlı əlaqədardır. Belə ki, əgər biznesin məqsədi fəaliyyətin konkret istiqamətini müəyyənləşdirirsə, vəzifə həmin məqsədə kəmiyyət, keyfiyyət və vaxt etibarı ilə nail olmağı müəyyənləşdirir.
Çoxşaxəli biznes fəaliyyəti müxtəlif əlamətlərə: fəaliyyət növünə, mülkiyyət formalarına, mülkiyyətçilərin miqdarına, təşkilati-hüquqi və təşkilati-iqtisadi formalarına görə təsnifləşdirilir. Biznesin növləri sahibkarın fəaliyyətinin əsas sferasını müəyyən edirlər. Bir qayda olaraq istehsal, kommersiya, maliyyə və konsultativ biznes növləri fərqləndirilir. Biznes mülkiyyət formalarına görə – xüsusi, dövlət və bələdiyyə; mülkiyyətçilərin miqdarına görəfərdi və kollektiv; təşkilati-hüquqi formalarına görə – yoldaşlıq, cəmiyyət və kooperativ; təşkilati-iqtisadi formalarına görə – konsern, assosiasiya, konsersum, sindikat, kartel, maliyyə-sənaye qrupları, holdinq şirkətləri ola bilər.

Yüklə 49,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin