Kommersiya biznesininəsas məzmununu alqı-satqı üzrə əməliyyatlar və sazişlər, yəni malların və xidmətlərin yenidən satılması təşkil edir.Kommersiya biznesinin ümumi sxemi istehsal sahibkarlığının fəaliyyəti sxeminə müəyyən dərəcədə oxşardır.Lakin fərq ondan ibarətdir ki, kommersiya biznesində material resurslarının əvəzinə hazır məhsul əldə edilir və sonradan istehlakçıya satılır.Daha doğrusu, burada məhsul istehsalı əvəzinə hazır məhsul alınır.
Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan Respublikasında kommersiya biznesi digər sahibkarlıq növləri ilə müqayisədə nisbətən üstün sürətlə inkişaf etdirilir.
Müəssisədən istehlakçıya qədər hazır məhsul uzun bir yol keçir: nəql olunur, anbarlara doldurulur, maqazinlərdə yerləşdirilir, alıcıya çatdırılır. İstehsalçıdan istehlakçıyadək əmtəənin hərəkəti ilə əlaqədar məsariflər tədavül xərcləri adlanır.Tədavül xərclərinə məhsulun hərəkəri, saxlanması, çəkilib bükülməsi, satılması prosesi, tələbatın öyrənilməsi və reklam ilə əlaqədar xərclər daxildir.Sahibkar öz məhsulunun satılması imkanını qiymətləndirərkən bu əlavə xərcləri hökmən nəzərə almalıdır.
Məhsulun satışının iki əsas üsulu vardır: sifariş və azad bazar.
Sifariş üsulunda öncədən istehsal ediləcək məhsulun göndərilməsi haqqında bağlanmış sazişlər əsasında tərtib edilən sifariş portfelinə uyğun olaraq məhsul buraxılır.Bu halda məhsulun reallaşdırılma vəzifəsi müqavilə intizamına və qarşılıqlı razılaşmalara riayət edilməsini nəzərdə tutur.Belə ki, müəsissə müvafiq növ məhsulları vaxtlı-vaxtında istehsal edib istehlakçıya göndərməli, sifarişçi isə aldığı məhsulun haqqını göstərilən müddətdə ödəməlidir.
Azad bazar üsulunda müəssisə əvvəlcədən məhsulun kəmiyyət və keyfiyyət xarakteristikasına müvafiq məhdudiyyətlər qoymadan «məlum olmayan» azad bazar üçün məhsul hazırlayır. Bu halda məhsulun reallaşdırılma vəzifəsi mümkün təchizat bazarlarının müəyyən edilməsi, satışın konkret formalarının seçilməsi, qiymət səviyyəsinin qoyulması və s. məsələləri əhatə edir. Azad bazara işləyərkən müəssisə, sahibkar istehsal etdiyi məhsulu sərbəst sata bilər, ancaq bunun üçün o, təchizat filialı, yaxud ayrıca ticarət müəssisə yaratmalıdır.Sərbəst satış istehsalçını məcbur edir ki, bazarı ətraflı öyrənsin, istehlakçı ilə birbaşa əlaqə qursun, bazarın bir hissəsinə daim nəzarət etsin.Lakin onu da qeyd etmək lazımdır ki, sərbəst satış əlavə pul vəsaiti və işçi qüvvəsi tələb edir, sahibkarı bilavasitə məhsul istehsalı prosesindən müəyyən müddət kənarlaşdırır.Bu isə son nəticədə müəssisənin, sahibkarın mənafeyinə, gəlirinə mənfi təsir göstərə bilər.
Təcrübə göstərir ki, istehsalçı öz məhsulunun reallaşdırılmasını çox vaxt peşəkara – tədavül sferasında fəaliyyət göstərən sahibkara etibar edir.İstehsalçını və ticarətçini seçmək və onları görüşdürməkdən ötrü bəzən vasitəçidən – brokerdən istifadə etmək zəruriyyəti yaranır.Vasitəçi təkcə istehsalçıları və alıcıları bir yerə toplamır və eləcə də onlardan birinin tapşırığı ilə saziş bağlayır ki, ona da agent deyilir.Broker və agent göstərdikləri xidmətə görə haqq alırlar.Onlar ticarət vasitəçilərindən öz təmizliyinə və sadəliyinə görə fərqlənirlər.
Bazar iqtisadiyyatında ən tipik ticarətçi kimi topdansatış və pərakəndəsatış ticarətini əlaqələndirən ticarət evi (ticarət firması) çıxış edir.Ticarət evi əmtəə mübadiləsi sferasında fəaliyyət göstərən təşkilati birliyi ifadə edir.Ticarət evi topdansatış və pərakəndəsatış ticarəti ilə, habelə başqa fəaliyyət növləri ilə məşğul olur.Məsələn, ticarət evi məhsulun nəqli, saxlanması və bükülməsi əməliyyatlarını həyata keçirir.Ticarət evi öz vəsaiti hesabına məhsul alır və onu öz adından reallaşdırır.
Topdansatış ticarətin həyata keçirilməsində əmtəə birjaları mühüm rol oynayırlar.Əmtəə birjası satıcıları və alıcıları bir yerə toplamağa imkan verən təşkilati cəhətdən qanunlaşdırılmış daim fəaliyyətdə olan bazardır.
Əmtəə birjası aşağıdakı əsas funksiyaları yerinə yetirir:
ticarət sazişlərinin bağlanması üzrə vasitəçilik xidmətinin göstərilməsi;
əmtəə ticarətinin qaydaya salınması, ticarət əməliyyatlarının tənzimlənməsi və ticarət mübadilələrinin həll edilməsi;
qiymətlər, istehsalın vəziyyəti və qiymətə təsir edən digər amillər haqqında məlumatların toplanması və çap olunması.
Birjada ticarət real məhsulun göndərilməsi haqqında sazişlərlə, forvard (hücumçu) sazişlərlə, fyuçerlərlə opsionlarla həyata keçirilir.