Plan: Kursun predmeti və vəzifələri



Yüklə 49,51 Kb.
səhifə2/7
tarix25.12.2022
ölçüsü49,51 Kb.
#77867
növüMühazirə
1   2   3   4   5   6   7
Müh. 1. Sahibkarlıq

Təsərrüfat subyektlərinin sərbəst və müstəqil olması. Hər bir sahibkar istənilən məsələ üzrə qərar qəbul edərkən sərbəstdir. Əlbəttə, hüquqi norma çərçivəsində;

  • İqtisadi maraq. Sahibkarın başlıca məqsədi yüksək mənfəət əldə etməkdir. Bununla bərabər, sahibkar öz şəxsi məqsədinə çatmaq üçün ictimai mənafeyə nail olunmasına da səbəb olur;

  • Təsərrüfat riski və məsuliyyət. İstənilən hər hansı dəqiq hesablamalarda, əsaslandırılmış, düşünülmüş proqnozlarda, idarəetmə qərarlarında qeyri-müəyyənlik, risk qalır.

    Sahibkarlığın sözügedən mühüm əlamətləri bir-birilə sıx qarşılıqlı əlaqədardır və eyni vaxtda fəaliyyətdə olurlar.
    Xüsusi sahibkarlığın başlıca məqsədi qazanc, mənfəət götürməkdir. Lakin cəmiyyətin ümumi iqtisadi tərəqqisi baxımından xüsusi sahibkarlığa başqa meyarla da baxmaq lazımdır. A.Smit bunu açıqlayaraq yazmışdır ki, xüsusi sahibkar bilavasitə mənfəət götürmək naminə fəaliyyət göstərsə də o, eyni zamanda həm də qeyri-şüurlu olaraq, bilavasitə öz əmlakına aid olmayan başqa bir zəruri, vacib amala, cəmiyyətin ümumi mənafeyinə (məsələn, məhsul istehsalının artmasına və keyfiyyətinin yüksəldilməsinə, səmərəli fəaliyyətə, mədəni ticarət xidmətinə, istehsalın modernləşdirilməsinə, iqtisadiyyatın demokratikləşməsinə və s.) də xidmət etmiş olur. Deməli, xüsusi sahibkarlıq yalnız şəxsi mənafe məsələsi deyil, eyni zamanda ictimai məsələdir.
    Bazar iqtisadiyyatı sahibkarlığın inkişafına və müxtəlif fəaliyyət sferalarında özünün işi (biznesi) olan sahibkarların sayının artmasına gətirib çıxarır.
    Sahibkarlıq xüsusi işin yaradılmasını nəzərdə tutur, bu isə həmişə risklə və yeniliklər yaradılarkən baş verən müqavimətin aradan qaldırılması ilə əlaqədardır. Sahibkarlığın uğurla inkişaf etdirilməsi üçün aktivliyin müəyyən şəraitin və amillərin olması vacibdir ki, bunlara aid etmək olar:

    • şəxsi maraq və gəlir;

    • mühafizə mexanizminin etibarlığı;

    • qeyri-müəyyənlik və risk dərəcəsinin azaldılması imkanı;

    • bazarda kasadlığın mövcud olması, yaxud bazarda payın artırılması ehtimalı;

    • sahibkarlıq rentasının olması, yaxud mənfəətin artırılması imkanı;

    • resursların bölüşdürülməsi və yeniliklərin idarə edilməsi qabiliyyəti.

    Sahibkarlıq imkanları aşağıdakı şəkildə təzahür edə bilər:

    • mövcud tələbatın ödənilməsinin daha effektiv üsullarının axtarılıb tapılması;

    • mövcud tələbatın ödənilməsi üçün texnologiyaların, məmulatın işlənib

    hazırlanması;

    • biznesin effektiv həyata keçirilməsi üçün və qeyri-təkmil bazar mexanizmindən və qanunvericilikdən istifadə edilməsi.

    Sahibkar – bu bir qayda olaraq, tələbatın strukturunu bilən və onları ödəməyə qadir yaradıcı, ixtiraçı və enerjili insandır.
    Bir çox sahibkarlar eyni zamanda, xüsusilə kiçik biznesdə menecer adlanırlar. Lakin hətta ən münasib, layiqli sahibkarlar idarəedicilərin vasitəçilərinə çevrilə bilir, təşəbbüskar, peşəkar menecer isə effektiv dəyişikliklərə nail ola bilər.
    Təşkilati-idarəetmə fəaliyyəti menecerlərin peşəkar bilik, yenilik və iş təcrübəsinin olmasını nəzərdə tutur. Əgər sahibkarın səxsiyyət və peşəkarlıq keyfiyyəti menecerə qoyulan tələblərə cavab verirsə, onda o menecer funksiyasını müvəffəqiyyətlə yerinə yetirə bilər və sahibkar ola bilər. Əks təqdirdə sahibkar əmlak sahibi kimi qalır, idarəetmə funksiyasını peşəkar menecerə verir. Dünya təcrübəsi təsdiq edir ki, sahibkarlığa meylli adamların miqdarı işçilərin 7-8 faizindən çox olunur.
    Bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın formalaşması və inkişafı bilavasitə biznes fəaliyyəti ilə əlaqədardır.
    Biznesişdir fəaliyyətdir. Biznes – istehlakçıların tələbatının ödənilməsi və mənfəət alınması məqsədilə təşəbbüskar insanlar arasındakı işgüzar münasibətlərin məcmusudur. Biznes fiziki şəxslər, müəssisə və təşkilatlar tərəfindən təbii sərvətlərin istismarı, müxtəlif növ məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi və s. üzrə həyata keçirilən işlərdir. Başqa sözlə gəlir gətirən istənilən məşğuliyyət, iş biznes adlanır. Biznes fəaliyyəti ilə məşğul olan insanlar isə biznesmenlər sayılır.
    Biznes qazanc əldə etmək üçün iqtisadi fəaliyyət növü olub «iş», «işgüzarlıq» mənasını daşıyır. Lakin biznes sadəcə olaraq iş deyil, o insanlar arasındakı işgüzar münasibətlərdir.
    İqtisadiyyatın bütün sahələrində, təkrar istehsalın bütün fazalarında biznes fəaliyyəti həyata keçirilir. Biznes ticarət – istehsal – ticarət sxemi üzrə hazır məhsulun son istehlakçıya çatdırılması ilə əlaqədardır. Təbii ki, biznes təkcə kommersiya deyil, həm də istehsalda da təzahür edir.
    Biznes növlərinin qarşılıqlı əlaqəsi, biznes növlərindən hər birinin fəaliyyət göstərməsi bir sıra əlamətlərlə müəyyən edilir.
    Biznesin mühüm əlamətləri aşağıdakılardan ibarətdir:
    - iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi, biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat;
    - öz maraqlarının reallaşdırılmasına cəhd, öz maraqlarını biznes üzrə tərəfdaşına təkid edilməsi;
    - şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü;
    - qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək qabiliyyəti.
    Öz biznesinə başlamazdan öncə müəyyən analitik iş görmək lazımdır:

    • fəaliyyətin əsas istiqamətlərini seçmək. Burada xüsusi təcrübəsi və mövcud potensial, rəqabət dərəcəsi və nəzərdə tutulan tələbi nəzərə almaq zəruridir;

    • işgüzar (ticarət) zonasını, kommersiya imkanlarının həcmini müəyyənləşdirmək, habelə peşəkar icraçı kollektiv formalaşdırmaq;

    • maliyyə imkanlarını qiymətləndirmək, yəni firmanın fəaliyyət göstərməsi üçün zəruri xərclərin səviyyəsini, biznes-tsikl başlamaq üçün dövriyyə vəsaitinin həcmini, habelə nizamnamə kapitalının həcmini və maliyyələşdirmənin mümkün mənbəylərini müəyyənləşdirmək.

    Öz biznesini açmaq haqqında son qərar qəbul etmək üçün sahibkara dünya praktikasında SWOT metodu ilə həyata keçirilən daxili və xarici imkanların təhlilini aparmaq təklif olunur.
    Onun köməyi ilə biznesin həyata keçirilməsinin daxili imkanları, xüsusilə firmanın qüvvətli və zəif tərəfləri müəyyənləşdirilir.
    SWOT – təhlili baxılan daxili və xarici amillərin qarşılıqlı əlaqəsi şəkil 1-də verilmişdir.



    Ашкьфтэт пъсъ (ъыеътдънъ)

    Чфкшсш ьърше шьлфтдфкэ



    Ашкьфтэт яцшадшнш (юцештдшнш)

    Чфкшсш ьършешт ецрдълцыш





    Yüklə 49,51 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin