PLAN
Strateji xarakterli xüsusi təsərrüfat zonaları
Ədəbiyyat siyahısı
Strateji xarakterli xüsusi təsərrüfat zonaları
Strateji xarakterli xüsusi təsərrüfat zonalarının formalarının və tiplərinin müxtəlifliyinə baxmayaraq, onlar əsasən eyni məq- sədi özündə cəmləşdirən iqtisadi inteqrasiya metodudur. Birləş- miş Millətlər Təşkilatının təsnifatlarında xüsusi zonaların aşağı- dakı formaları və tipləri yer almışdır:
Sərbəst ticarət zonası (The zones of the free trade);
Sərbəst gömrük zonası (The free customs zone);
Sərbəst iqtisadi zona (The zones of the free economic);
Ticarət-anbar zonası (The store and trade zones);
İnvestisiyalara kömək zonası (The zones of the assistant investitions);
Birgə sahibkarlıq zonası (The zones of the consistent employment);
İxrac istehsal zonası (The export production zones);
Rüsumsuz istehsal zonası (The zones of undutyal industrial production);
Kompleks zonalar (The complex zones);
Elmi-texniki zonalar (The scientific-technical zones);
Sərbəst elmi-texniki zonalar (The free scientific-technical zones);
Rüsumsuz ixras-sənaye zonası (The zones of undutyal ex- port-industrial);
Münbit iqtisadi zonalar (The fertile economic zones);
Xarici ticarət zonaları (The foreign trade zones);
Sərhədyanı inkişaf zonaları (The trunsbarder zones of de- velopment);
Bank və sığorta zonaları (The banking and insuranse zones);
Açıq şəhərlər (The open towns);
İdxalın inkişaf zonaları (The zones of the development of the import);
Xüsusi gömrük zonaları (Special cumtoms zones);
Sərbəst havanlar (The free havens);
İxrac sənaye zonaları (The export industrial zones);
Rüsumsuz ixrac zonaları (The zones of indutyal export);
Offşor zonaları (The offshores zones);
İqtisadi istehsal rejimi (Economic Processinq Regime);
Xüsusi iqtisadi zonlar (Special Economic Zones) və digərləri. XİZ-in bu cür forma və tip müxtəlifliyi investisiya layihələ-
rinin gerçəkləşdirilməsində və investorlarla investisiya resursları- nın yatırılmasında əsaslı stimul yaradır.
Strateji xarakterli xüsusi təsərrüfat zonalarının diqqəti cəlb edən formalarından biri texniki-iqtisadi inkişaf zonalarıdır. Onlar milli iqtisadiyyatda səmərəli, yüksək texnologiyalı istehsalın təş- kili məqsədilə yaradılır. Texniki-iqtisadi inkişaf zonalarında yer- ləşən müəssisələrdə istehsalın
idarə edilməsinin, təşkilatçılığın və marketinqin müasir metodlarından geniş istifadə edilməklə yanaşı qabaqcıl sənaye texnologiyası işlənərək tətbiq edilir. Texniki- iqtisadi inkişaf zonaları daha çox inkişaf etməkdə olan ölkələrdə geniş yayılmışdır. Təşkilati və fəaliyyət göstərmə xüsusiyyətlərinə görə texniki-iqtisadi inkişaf zonalarna yaxın olan Azad İqtisadi Zona formalarından biri də Yeni və Yüksək Texnologiyaların inkişafı zonalarıdır. Belə zonalar əsasən ABŞ, Yaponiya və Çin kimi ölkələrdə geniş yayılmışdır. ABŞ-da onları «texnoparklar», Yaponiyada «texnopolislər», digər ölkələrdə isə biznes-innovasiya mərkəzləri və ya «inkubatorlar» kimi adlandırırlar. Texniki-iqtisadi inkişaf zonalarından
fərqli olaraq, texnoparkların fəaliyyəti yeni və yüksək texnologiyanın inkişafı, elmtutumlu məhsul istehsalına yönəlir. Belə zonalarda cari və perspektiv elmi-təcrübi məsələlərin həlli, eləcə də yeni növ məhsul və material istehsalı ilə məşğul olan güclü kadr və mühəndis potensialı cəmləşmişdir.
Beynəlxalq miqyasda sınaqdan keçirilən bu sahədə təcrübə artıq Azərbaycanda da geniş yayılmaqdadır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli fərmanı ilə Yüksək Texnologiyalar Parkı yaradılmış və onun nümunəvi əsas- naməsi təsdiq edilmişdir. Həmin
əsasnamədə qeyd edilir ki, Texnologiyalar Parkı (Texnopark) innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmil- ləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor
işlərinin aparılması, onların
nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastruk- turu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Bu gün Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Min- gəçevir Yüksək Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənayesi Parkı, Pirallahı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Balaxını Sənaye Parkı və digərləri də strateji xarakterli xüsusi təsərrüfat zonalarıdır. Həmin parklar artıq özünün ilkin inkişaf mərhələ- sindədir. Onların içərisində Sənaye Məhəllələrinin yaradılmasına da Azərbaycanda xüsusi diqqət yetirilir. Bu məqsədlə hələ 2014- cü ilin oktyabr ayında ölkə Prezidenti tərəfindən «Sənaye Məhəl- lələrinin» yaradılması və fəaliyyətinin təşkili haqqında xüsusi Fərman imzalanmışdır.
Bu Fərmanda qeyd edilir ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlar- dan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdiril- məsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prose- sinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Belə məhəllələr hələ keçən əsrin 60-cı illərindən for- malaşmağa başlamışdır. Təyinatına görə Sənaye Məhəllələri üç qrupa bölünür:
Qarışıq istehsal: istehsal prosesində bir-biri ilə əlaqəsi olmayan və bu səbəbdən əlavə əməkdaşlıq (kooperativ) effekt- lərini yaratmayan istehsal sahələrini əhatə edən kiçik sənaye mü- əssisələri;
Yardımçı istehsal: hər hansı bir iri müəssisənin tələbatla- rını ödəyən bir neçə yardımçı kiçik sənaye müəssisələri;
Bir sahəli istehsal: hər hansı bir sənaye sahəsi üzrə eyni xidmət göstərən və ya eyni tipli məhsullar istehsal edən əlaqəli kiçik müəssisələr.
Sənaye məhəllələri mülkiyyətə görə də aşağıdakı 3 qrupa bölünür: