Beynəlxalq investisiya hüququnun prinsip və mənbələri



Yüklə 14,09 Kb.
tarix29.12.2021
ölçüsü14,09 Kb.
#48820
Beynalxaq İnvestisiya Hüququ


Beynəlxalq investisiya hüququnun prinsip və mənbələri

Xarici kapital qoyuluşunun genişlənməsi müxtəlif dövlətlərdə kapital qoyuluşu, investisiya münasibətlərinin hüquqi tənzimlənməsini meydana gətirmişdir. Xarici investisiya münasibətləri beyəlmləşdikcə hüquqi tənzimetmə də beynəlmiləşdirilmişdir. Beynəlxalq investisiya münasibətlərinin hüquqi tənzimlənməsi özündə dövlətdaxili hüquqi tənzimetmə mexanizmlərilə bərabər tədricən beynəlxalq hüquqi müdafiə, təhlekəsizlik sistemlərini təsis etmiş beynəlxalq investisiya hüququnu formalaşdırmışdır. Bu halda formalaşan hüquq qaydası investisiyalar üzrə, ilk növbədə dövlətlərarası iqtisadi münasibətləri tənzim edən normaların məcmuu kimi təzahür edir. Beynəlxalq investisiya hüququ xarici kapital qoyuluşunun anlayışını, məqsədini (birbaşa, portfel, ssuda kapitalı və s.) formalarını, rejimini müəyyən edən prinsip və normalardan ibarət bir sistemi formalaşdırır. Xarici kapital qoyuluşu özünün mənbəyinə görə bir qayda olaraq, dövlət və xüsusi mənşəli kapital ola bilər. Dövlətlər xarici kapital qoyuluşunu əksər halda beynəlxalq təşkilatlar vasitəsilə (məsələn, Beynəlxalq valyuta Fondu, Dünya Bankı və s.) və ya bilavasitə hökumət vasitəsilə həyata keçirir. Həmin kapital qoyuluşu dövlət borcları, ssuda, təminat, kredit və s. formasında ola bilər. Xüsusi kapital isə qeyri-dövlət mənbələrindən xaricdə yerləşdirilən fiziki və hüquqi şəxslərə mənsub investisiya formasıdır. Bu investisiyalar birbaşa dövlətə mənsub olmasa da, dövlət onların hərəkətinə nəzarət edir. Xarici kapital qoyuluşunda sahibkarlıq və ssuda kapitalından daha geniş istifadə edilir. Birinci halda mənfəət kimi dividentlərin alınması üçün müxtəlif həcimli hüqulardan istifadə edilə bilər. Ssuda kapitalı isə faiz əldə etmək üçün verilir. Müddətinə görə qısa, orta (bir ildən artıq) və uzunmüddətli kapital qoyuluşu fərqləndirilir. Beynəlxalq investisiya münasibətlərində uzunmüddətli kapital qoyuluşu daha çox əhəmiyyət kəsb edir. Əsasən xüsusi investorların birbaşa və portfel investisiyaları və ssuda kapitalı formasında dövlət kreditləri uzunmüddətli kapital qoyuluşuna aiddir. Özünün məqsədinə görə kapital qoyuluşu birbaşa və portfel investisiyalara bölünür. Xüsusi kapital formasında mülkiyyət hüququ və ya müəssisənin idarəçiliyində iştirakla uzunmmüdətli maraqlara malik olmaq üçün həyata keçirilən kapital qoyuluşu birbaşa investisiyalara aiddir. Portfel investisiyalarında birbaşa içtirak və nəzarət hüququ nəzərdə tutulmasa da, uzunmüddətli mənfəət əsas məqsəd kimi diqqəti cəlb edir. Xarici investisiya qouyluşunun təhlükəsizliyi, onların tənzimlənməsi beynəlxalq investisiya hüququnun prinsip və normaları ilə tənzimlənir. Beynəlxalq investisiya hüququnun prinsiplərini növbəti qaydada ifadə etmək olar: - qəbul edən dövlət tərəfindən xarici investisiyaların tənzimlənməsi; - qəbul edən dövlətin iqtisadiyyatına zərər vurmamaq;



- qəbul edən dövlətin daxili işlərinə qarışmamaq; - müvafiq kompensasiya verilmədən xarici investisiyaların milliləşdirilməsinin yolverilməzliyi; - investisiyalardan əldə edilən gəlirin sərbəst xaricə köçürülməsi; - subroqasiya və s. Bu prinsiplər beynəlxalq investisiya münasibətləri sferasında qəbul edilmiş ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərin əsasında dayanır. Məsələn, qəbul edən dövlətin iqtisadiyyatına zərər vurmamaq prinsipinə uyğun olaraq Enerji Xartiyasına Müqavilədə belə bir müddə təsbit olunub ki, əgər Razılığa gələn Tərəflərin və yaxu da onların vətəndaşlarına mənsub olan hüquqi şəxslər qəbul edən dövlətin ərazisində əhəmiyyətli işgüzar fəaliyyətlə məşğul olmadıqda, verilmiş üstünlükləri pozduqda və ya üstələdikdə, müvafiq dövlətlər müqavilə ilə nəzərdə tutulmuş üstünlüklərdən imtina etmək hüququna malikdir (m.17 (II)). İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında müqavilələr əksər digər beynəlxalq iqtisadi xaraqterli müqavilələrdə olduğu kimi, beynəlxalq iqtisadi hüququn bir sıra prinsiplərinə (milli rejim, daha əlverişlilik, ayrı-seçkiliyə yol verməmək və s.) formada istinad edir. AFR ilə AR-in 1995-ci il 22 dekabr tarixli eyni adlı müqavilənin 3.2 maddəsində qeyd edilir ki, hər bir razılığa gələn Tərəf digər razılığa gələn Tərəfin vətəndaşlarına və ya müəssisələrinə münasibətdə, onların kapital qoyuluşu fəaliyyətilə bağlı özünün və ya üçüncü dövlətin vətəndaş və ya müəssisələrinin istifadə etdiyi rejimdən az əlverişli olmayan rejim təqdim edir. Qeyd olunan müqavilələrdə əks olunan prinsip və müddəalar beynəlxalq təcrübəyə müvafiq olmaqla bir-birinə oxşadırlar. Bir qayda olaraq həmin müqavilələrdə əsas öhdəlik kimi - qarşılıqlı olaraq razılığa gələn tərəflərin investisiyalarına əlverişli rejim yaratmaq; - xarici əmlakın müdafiəsini təmin etmək; - kapital qoyuluşundanəldə edilən gəlirləri maneəsiz xarici köçürmək imkanının yaradılması, kapital qoyuluşu ilə bağlı məsələlər üzrə mübahisələrin beynəlxalq üçlər (münsiflər) məhkəməsində baxılması şərtlərini təmin etmək və s. qeyd olunur. Beynəlxalq investisiya hüququnun mənbəyi kimi yalnız ikitərəfli və çoxtərəfli investisiaya sazişləri, investisiyaların təhlükəsizliyi üzrə beynəlxalq sazişlər deyil, həm də məskunlaşma haqqında sazişlər ticarət, maliyyə aspekti beynəlxalq müqavilələr və s. çıxış edir. Beynəlxalq investisiya münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsində universal beynəlxalq sazişin hazırlanması tendensiyası ləng getsə də, TRIMS-in qəbulu ilə Uruqvay raundunda bu problem qismən də olsa həll olunmuşdur. Məhz həmin sazişin beynəlxalq investisiya münasibətlərinin bütün aspektlərini əhatə etməsi beynəlxalq iqtisadi münasibətlərin digər sferalarından fərqli olaraq bu sahədə ikitərəfli sazişlərin və regional inteqrasiya sistemlərindəki mövcud tənzimetmə mexanizmlərinin rolu yüksək olaraq qalmaqdadır.
Yüklə 14,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin