Beynəlxalq əmək bölgüsü



Yüklə 34,09 Kb.
tarix01.01.2022
ölçüsü34,09 Kb.
#50867
referat 582


I FƏSİL:Beynəlxalq əmək bölgüsünün mahiyyəti və formaları.
Dünya üzrə baş verən təkrar istehsal prossesi ilk öncə beynəlxalq iqtisadi münasibətlərin təkrar istehsal prossesi olaraq istehsalın beynəlxalq xarekterini daha da dərinləşdirməkdədir.

Dünya təsərrüfatı mövcud olduğu halda ona aid olan iqtisadi prosseslər də inkişaf edir və təkrarlanır.Bu miqyasda təkrarlanan prossseslər isə məhsuldar qüvvələrin beynəlmiləlləşməsi ilə izah olunur.

Ümumi mənada isə təsərrüfat hadisələrinin beynəlmiləlləşməsi və qloballaşması deyəndə dünya ölkələrinin milli təsərrüfatları arasında baş verən iqtisadi prosseslərin yaranması və əlaqələrin dərinləşdirilməsi nəzərdə tutulur.Xüsusiləşmiş,milli əmək ölkə çərçivəsindən çıxması ilə xarakterizə olunur.Beynəlxalq əmək bölgüsünün dərinləşməsinin təşkili məhsuldar qüvvələrin beynəlmiləlləsinin obyektiv əsası ilə sıx bağlıdır.Bu da istehsalın yüksək səviyyədə ictimailəşməsini tələb edir. Təsərrüfat həyatının beynəlmiləlləşməsi beynəlxalq miqyasda istehsalın,kapitalın hərəkətinin,texnoloji inkişafın,əmtəə və xidmətlərin mübadiləsinin güclənməsi və s.kimi qarşılıqlı prosseslərin qovuşmasının nəticəsi kimi baş verir.Bunların əsasında da beynəlq istehsal yaranır. Beynəlxalq əmək bölgüsünün tədqiqi zamanı bir çox sahələr(Beynəlxalq şirkətlər,Azad iqtisadi zonalar,Beynəlxalq iqtisadi inteqrasiya) araşdırılır.Bu məsələlərin beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsinə təsiri daha qabarıq formada göstərilir.

Beynəlxalq əmək bölgüsünün cəmiyyətdə rolunu araşdırmaq və mahiyyətini dərk etmək üçün ilk əvvəl başlanğıc pillələrdə olan əmək bölgüsünün məzmununu şərh etmək tələb olunur.

Əmək bölgüsü ümumi mənada fərdin və yaxud bir qrup adamın müəyyən əmək fəaliyyətinə görə bir-birindən ayrılması nəzərdə tutulur.Əmək bölgüsündə tarixən müəyyən ictimai əmək sistemi əks olunur.

İqtisadi ədəbiyyatlarda da əmək bölgüsünün şərhinə bir neçə səpkidə yanaşma müşahidə olunur.

Bu yanşmalardan ilk əvvəl mövcud olanı qadınlar,kişilər,uşaqlar arsında olan əmək bölgüsüdür.Bu tip bölgü təbii əmək bölgüsü adlanır.

Digər bölgüyə isə sadə əmək kooperasiyasında və manufaktura dövründə əmək bölgüsü,hissə üzrə olan əmək bölgüsü,hər hansısa bir məhsulun istehsalı və xidmətin tam başa çatması ilə həyata keçirilən əmək bölgüsü isə ictimai əmək bölgüsü adlanır.

Bunlardan başqa cəmiyyət daxilində ümumi,xüsusi və fərdi əmək bölgüsü kimi digər anlayışlar da mövcuddur.Bu anlayışların açılışı aşağıdakı kimi verilir.Beləki ictimai istehsalın ən böyük sahələri olan sənaye,kəd təsərrüfatı,nəqliyyat,tikinti və s. üzrə bölünməsi ümumi əmək bölgüsünə aid edilir.Həmin böyük sahələrin daxilində olan sahələrin və yarımsahə quruluşlarının əmək üzrə bölünməsi xüsusi əmək bölgüsü adlanır.Fərdi əmək bölgüsünə müəssə,firma,emalatxana və s. üzrə olan sahələr daxildir.

Bunlardan başqa ərazi əmək bölgüsü,texniki əmək bölgüsü,beynəlxalq əmək bölgüsü də vardır.Bu bölgülər özləri ictimai əmək bölgüsünün tərkibinə daxildir.Beynəlxalq əmək bölgüsünün özü isə ictiami əmək bölgüsünün ayrıca formasıdır və digərilərindən milli çərçivədən çıxması və müxtəlif ölkələr arasında baş verməsi ilə fərqlənir. Beynəlxalq əmək bölgüsü mahiyyət etibarilə bütünlükdə ümumdünya bazarının və ümumdünya təsərrüfatının formalaşması və inkişafı amili kimi hesab olunur. Beynəlxalq əmək bölgüsü müəyyən mənada ictimai əmək bölgüsü ilə eynilik təşkil edir.Ancaq beynəlxalq əmək bölgüsünün inkişaf səviyyəsi milli səviyyədə olan əmək bölgüsündən müəyyən əlamətlərə görə məhduddur.Bu isə aşağıdakı əlamətlərə görə müəyyən edilir:

1.Milli çərçivədə xalq təsərrüfatı kompleksində baş verən əməyin bölgüsü yaranma və məna-məntiq rakursdan ölkələr arsında olan əmək bölgüsündən əvvəl yaranmışdır.Həmçinin hər hansı bir ölkə beynəlxalq əmək bölgüsündə iştirak etmək üçün ilk öncə əməyin ölkə daxilində ixtisaslaşması yetkin olmalıdır.

2. Beynəlxalq əmək bölgüsünün ən başlıca xüsusiyyətlərindən biri də ondan ibarətdir ki,ölkə tam gücüylə beynəlxalq iqtisadi prosseslərə qarışa bilməz.Yəni bu hərəkətlər məhdudlaşmışdı.

3. Beynəlxalq əmək bölgüsünün xüsusiyyətləri,formaları,sosial iqtisadi təbiəti ayrı-ayrı milli təsərrüfatlar daxilində qərarlaşan ictimai münasibətlərlə müəyyən edilir.

Beynəlxalq əmək bölgüsü həm müəyyən işçi qruplarının müxtəlif formalara ayrılmasını,həm də onların bu ayrılıq fonunda birləşməsini nəzərdə tutur.Elə bu səbəbdəndir ki bu ayrılma və birləşmə ümumi mənada mənada bir vahidlik təşkil edir.Buradan da bizə aydın olur ki,istehsal prossesi müxtəlif növ əmək fəaliyyətinin xüsusiləşməsini,ixtisaslaşmasını və onların kooperasiyalaşmasını,qarşılıqlı fəaliyyətini nəzərdə tutur.Buna görə də əmək bölgüsünü ayrılma prossesi kimi deyil,əməyin birləşməsi üsulu kimi yadda saxlamaq daha düzgün olardı.

Başqa sözlə beynəlxalq əmək bölgüsü dövlətlər arasında əarazi əmək bölgüsünün bir mərhələsi hesab olunur.Məhz bu səbəbdən o ayrı-ayrı ölkələrin istehsalını ixtisaslaşmasına yönəlmişdi.

Beynəlxalq əmək bölgüsü bütün dünya üzrə əhəmiyyət kəsb etdiyi,böyük rola malik olduğu sahələrdən biri də geniş təkrar istehsalın formalaşmasıdır.Yəni ki,o:a)mövcud prosseslərin qarşılıqlı əlaqəsini təmin edir;b)müvafiq beynəlxalq-sahəvi və region üzrə münasibətləri formalaşdırır.Digər forma ilə izah etsək beynəlxalq əmək bölgüsü özünün inkişafında üç mərhələdən keçmişdir.Bu mərhələlər müəyyən dövrləri əhate edir:

Birinci mərhələ 16-ci əsrlə 18-ci əsrin əvvələrini əhate edir. Beynəlxalq əmək bölgüsünün bu mərhələsi nisbətən kortəbii xarakter daşıması ilə fərqlənirdi.Bu mərhələdə əsas olaraq təbiət amilləri götürülmüşdü.Ölkə daxilində istehlak edilməyən məhsullar ixrac edilməyə yönləndirilmişdi.Bundan başqa məsəlçün hər hansısa bir az inkişaf etmiş ölkəyə,müstəmləkə altında olan qarşılıqlı inkişaf deyil,yalnız təktərəfli mənfəət əldə etmək siyasəti yürüdülürdü.

İkinci mərhələ 18-ci əsrin ikinci yarısı ilə 19-cu əsri əhatə edir.Bu mərhələ beynəlxalq əmək bölgüsü sahəsindəki saneye inqilabları və onların uğurları ilə müşayət olunmuşdu.Bu mərhəlnin spesifik xarakterlərindən biri də maşın sənayesinə əsaslanan ölkələrin xaricə texniki cəhətdən mürəkkəb məhsullar və kütləvi istehlak xarakterli daha ucuz məhsullar ixrac etməsi idi.

Üçüncü mərhələ isə 20-ci əsri əhate etmişdir.Bu mərhələdə siyasi və iqtisadi cəhətdən iki sistem yəni,sosialist və kapitalist sistemləri üstünlük təşkil edirdi.Elə bu səbəbdəndir ki, beynəlxalq əmək bölgüsü hər bir sistemdə ayrı-ayrılıqda həyata keçirilmişdi.

Müasir dövrdə beynəlxalq əmək bölgüsününün formalaşmasının yeni madeli əvəlkindən fərqli olaraq bütün dövlətlərin iştirakını hesaba alır.

Hər bir ölkənin beynəlxalq əmək bölgüsündə iştirak etməsi və müəyyən rola malik olması üçün bəzi amillər nəzərə alınmalıdır.Bu əsas amillərə aşağıdakılar aid edilir:

1.Ölkənin iqtisadiyyatının daha mükəmməl quruluşa malik olması və elm və texnikanın inkişaf səviyyəsi(Məsələn ABŞ,Çin,İsrail,Böyük Britaniya,Yaponiya,Almaniya daha müasir və mürəkkəb hərbi,məişət texnika istehsal edirlər-tank,kosmik cihazlar,televizor,təyyarə,avtomobil və s.).Elə həmin ölkələr tərəfindən bu sahələr üzrə beynəlxalq ixtisaslaşma müəyyənləşir.

2.Ölkənin beynəlxalq həyata uyğunlaşma və inyeqrasiya edə bilmə qabiliyyəti.

3.Ölkələrin iqtisadi quruluşlarında baza sahələri (metallurgiya,energetika,hasilat sənayesi,turizm,kənd təsərrüfatı və s.) xarakterli sahələrin xüsusi çəkisi.Beləki bu sahələrin xüsusi çəkisinin az və ya çox olması bilavasitə ölkənin beynəlxalq əmək bölgüsündə iştirakına təsir göstərir.

4.Ölkənin milli iqtisadiyyatının nə dərəcədə açıq olması səviyyəsi və digər ölkələrlə əməkdaşlıq edə bilməsi.

5.Daxili bazarın həcmi üzrə göstəricilər.İnkişaf etmiş böyük ölkələrdə yrli istehsalı inkişaf etdirmək üçün hər cür istehsal amilləri mövcuddur. Beynəlxalq əmək bölgüsündə iştirak o dərəcədə zəruri görünmür.Ancaq buna baxmayaraq inkişaf etmiş bazar təlabatı xarici məhsulların alınmasını genişləndirir.

6.Milli iqtisadiyyatın dinamik səviyyədə inkişaf etməsi amili.Elmi texniki tərəqqinin təsiri altında 20-ci əsrin ikinci yarısından istehsalın artım sürəti daha da sürətlənmişdi.Belə vəziyyət yarandıqda daxili bazarın geniş olmasından aslı olmayaraq çatışmazlıq yaranır.Buna həll yolu kimi yerli məhsulun müəyyən hissəsini ixrac etmək və idxalı artırmaq hesab edilir.

7.Ölkənin nə dərəcədə təbii ehtiyyatlarla təmin olunması amili.Bu amilə görə hansı ölkələrdə bu cür ehtiyyatlar varsa onlar məhz həmin sahəyə diqqət yetirəcəklər.Məsələn neft ixrac edən ölkələr OPEK təşkilatı altında birləşərək ixtisaslaşırlar.Bu ölkələrdə ixtisaslaşdığı sahələr üzrə beynəlxalq əmək bölgüsündə iştirak edirlər.

Beynəlxalq əmək bölgüsü sahəsində ən böyük nəaliyyətlərdən biri müqayisəli xərcələr nəzəriyyəsidir.Müqayisəli xərcələr nəzəriyyəsinin əsasları ayrı-ayrı ölkələrdə mövcud olan fərqlilik ilə bağlıdır.Çünki hər kəsə də aydın olduğu kimi müxtəlif ölkələr biri digərindən tarixi-mədəni,təbii-çoğrafi,istehsalın tarixi inkişaf ənənələri elmi-texniki və əmək ehtiyyatları baxımından fərqlənirlər.

Məhz buna görə də hansısa konkret bir məhsula bir ölkələdə daha az xərc çəkildiyi və ya digər texnoloji üsullarla hazırlandığı halda digər ölkədə belə bir istehsal haqqında fərqli təsəvvürlər mövcuddur.

Bu səbəbdən ölkələr arasında qarşılıqlı əlaqə yaranır.Nəticədə bir ölkənin təlabatı digər ölkənin istehsal etdiyi məhsullar vasitəsilə ödənilir.Ölkələrin bu formada əlaqəsi nəticəsində beynəlxalq əmək bölgüsündə istehsalın beynəlmiləlləşməsində böyük paya malik olur.

Ölkələrin dünya miqyasında iqtisadi əməkdaşlığı beynəlxalq əmək bölgüsü vasitəsilə inkişaf edərək möhkəmlənmək yolunu tutmuşdu.

Beynəlxalq əmək bölgüsü ölkələr arasında ticarət və kapital ixracının,kreditlər verilməsinin,elmi-texniki əməkdaşlığın genişlənməsinə əsaslanır.Bu səbəbdən beynəlxalq əmək bölgüsü dünya bazarı inkişafının obyektiv əsasını təşkil edir. Beynəlxalq əmək bölgüsünün daha da dərinləşməsi dünya miqyasında məhsuldar qüvvələrin inkişafına zəmin yaradır. Beynəlxalq əmək bölgüsü ölkələr arasında ərazi əmək bölgüsünün yüksək mərhələsi kimi bilinir.Müəyyən istehsal prossesləri və məhsullar ölkələrin ixtisaslaşdırılmasına və məhsulların və istehsal təcrübəsinin qarşılıqlı fornada mübadiləsinə əsaslanır.

Beynəlxalq əmək bölgüsünün sıx şəkildə bağlı olduğu amillərə elmi-texniki və sosial-iqtisadi amillər aid olunur.Həmçinin təbii sərvətlərin bölgüsündə olan fərq dövlətlər arasında əmək bölgüsünün ilkin şərtləridir.Başlıca şərt kimi isə torpaq-iqlim şərti nəzərə alınır.

Əmək ehtiyyatları,istehsalın tarixi inkişaf ənənələri,ölkələrin çoğrafi vəziyyəti də beynəlxalq əmək bölgüsündə mühüm rola malikdir.

Beynəlxalq əmək bölgüsü dünya təsərrüfatı sisteminin yaranmasında birləşdirici bir halqa kimi mühüm rola malikdir.

Dünya ölkələrinin beynəlxalq əmək bölgüsündə iştirakına gəldikdə isə onu demək olar ki,hər bir ölkə bu bölgüdə özünəməxsus bir xüsusiyyətə malikdir.Dünyanın sənayece inkişaf etmiş ölkələri ilə inkişaf etməkdə olan ölkələr beynəlxalq əmək bölgüsündə bir-birindən kəskin şəkildə fərqlənirlər.Belə bir faktı nəzərə çatdırmaq olar ki,inişaf etmiş ölkələr dünya əhalisinin təxminən 27 faizini təşklil etməsinə baxmayaraq,ümumi milli məhsulun 75 faizini təşkil edirlər.Lakin inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 73 faiz əhali və 25 faiz ümumi milli gəlir formasında müəyyənləşir.Bu səbəbdəndir ki,həmin ölkələrin beynəlxalq əmək bölgüsündə mövqelərində böyük fərq görünür.

İnkişaf etməkdə olan ölkələr hazırda yenədə sənayece inkişaf etmiş ölkələrdən xammal mənbəyi kimi istifadə edirlər.Bununla bərabər inkişaf etməkdə olan ölkələr digərləri üçün hazır məsulların idxalçısı kimi çıxış edirlər.İnkişaf etmiş ölkələr həmin ölkələrə investisiya yeridərək emaledici və ən yeni istehsal sahələrinin yaradılmasında yaxından iştirak etməyə çalışırlar.

İnkişaf etməkdə ölkələr öz milli iqtisadiyyatlarını yaratmağa və təsərrüfatlarının müxtəlif sahələrini inkişaf etdirməyə cəhd edirlər.Bununla da bu ölkələrin beynəlxalq əmək bölgüsündə rolu müəyyənləşir.Bu cür şəraitdə elmi və texnikanının inkişafı fonunda ərzaq və xammala tələbat nisbətən azalmışdı.

Verilən proqnozlara əsasən demək olar ki,böyük ehtimalən sənayece inkişaf etmiş ölkələr istehsalı xarici istehlakçıların tələbləri üzərində quracaqlar.Ölkənin daxili təlabatına gəldikdə onu xaricdən edilən idxal hesabına ödəyəcəklər.Onlardan fərqli olaraq inkişaf etməkdə olan ölkələr daxili bazarın ekstensiv inkişaf yoluna üstünlük verirlər.

Son dövrlərdə dünya üzrə böyük miqyasda sosial,iqtisadi,siyasi prosseslərin axını baş verir.Bu prosseslər də qanunauyğun olaraq beynəlxalq əmək bölgüsünə öz təsirini göstərir.

Beynəlxalq əmək bölgüsünün inkişafı gedişatında beynəlxalq miqyasda ixtisaslaşma və kooporasiyalaşma nisbətən üstünlük təşkil edir.Beynəlxalq kooperasiyalaşma və beynəlxalq ixtisaslaşma beynəlxalq əmək bölgüsünün bir forması olmaqla onun daxili məzmununu əks etdirir.Müəyyən növ məhsulun istehsalı və bir sahə ya bir müəsisədə cəmləşməsi beynəlxalq ixtisaslaşmaya aid edilir.

Buna misal kimi bəzi ölkələrin müəyyən sahə üzrə ixtisaslaşmasını göstərmək olar:Azərbaycan neft istehsalı üzrə,Türkiyə turizm və yüngül sanaye,Cənubi Afrika almaz çıxarılması,Yaponiya texnologiya sahəsində və s.Ümumilikdə götürdükdə ixtisaslaşma özü bir neçə sahələr üzrə reallaşır.Bunlara:əşya üzrə ixtisaslaşma(yəni hazır məhsul istehsalı);detal-hissə üzrə ixtisaslaşma(məhsulun ayrı-ayrı hissələri detalları);mərhələ üzrə,yaxud texnoloji ixtisaslaşma(istehsal prossesinin ayrı-ayrı mərhələlərinin ayrılması,texnoloji prosseslər,yığmaq,rəngləmək təmin etmə və s.) aid edilir.

Zamanın tələblərinə uyğun olaraq hazırkı dövrdə ixtisaslaşma avtomatlaşdırma və mexanikləşdirmə vasitələri,elektron hesablama maşınları,tənzimlənmə və idarəetmə qurğularının hazırlanması və kompyuter proqramlaşdırması kimi sahələrdə daha sürətlə inkişaf edir.

Bu beynəlxalq ixtisaslaşmalar ixtisas sahələri və ərazi istiqamətində aparılır.İstehsal sahələri üzrə ixtisaslaşmaya gəldikdə isə o,sahələr arası olan ixtisaslaşma,sahələr daxili ixtisaslaşmaya bölünür.Ərazi formasında olan beynəlxalq ixtisaslaşmada dünya bazarı üçün məhsul və yaxud əmtəələr hansısa qrup ölkə və birliklər tərəfindən istehsal olunur.İstehsalın beynəlxalq ixtisaslaşması dinamik xüsusiyyətlərə malik beynəlxalq əmək bölgüsü kimi qəbul olunub.

Digər bir formada olan beynəlxalq əmək bölgüsünə istehsalın beynəlxalq kooperasiyalaşması aid edilir.Kooperasiyalaşma termini ilk növbədə ayrıca məhsul istehsalında bir-birini tamamlayan ixtisaslaşdırılmış istehasalın qarşılıqlı əlaqəsi kimi izah olunur.

Həm beynəlxalq ixtisaslaşma həm də kooperasiyalaşma məhsul istehsalı prossesində biri digərini tamamlayan qarşılıqlı iqtisadi əlaqələr üzərində dayanır.Müasir şəraitdə ölkələr müştərək firmalar yaradaraq birgə fəaliyyət göstərirlər.Bu birgə fəaliyyətə hər hansısa məhsul istehsalı üzrə ixtisaslaşmış müəssələr təkan verir.Bütün bunlar kooperasiyalaşmağa gətirib çıxarır.

Ölkələrarasında regionlararası,ölkələrarası,qarışıq,kredit,el şaquli,mənzil və digər iqtisadi əlaqələr kooperasiya vasitəsilə həyata keçirilir.Elmin inkişafı üzrə də birgə şəkildə kooperasiyalaşma baş verir.

Kooperasiyalaşma beynəlxalq əməkdaşlıqda müxtəlif sahələri özündə birləşdirir.Yəni kooperasiyalaşma müəyyən formalarda həyata keçirilir:

1.Kooperasiya vasitəsilə istehsal olunmuş məhsulların satış dövründə əməkdaşlıq edilməsi.Bu forma kooperasiyada əməkdaşlıq edən tərəflər məhsulun daha qısa müddətə və sərfəli qiymətə satılmasında maraqlı olurlar.

2.İstehsal və texnologiya sahəsində əməkdaşlıq edilməsi.Burada isə inşaat və quraşdırma işləri,kooperasiyaya bilavasitə aidiyyatı olan firmaların yeniləşdiriliməsi,texnoloji formada məhsullarda keyfiyyətin yoxlanılması,mülkiyyət hüquqları və lisenziyaların verilməsi,lahiyə sənədlərinin hazırlanması və digər bu kimi fəaliyyətlər nəzərdə tutulur.

3.Satış sonrası fəaliyyətlər.Kooperasiya üzrə fəaliyyət göstərərkən satış sonrası fəaliyyətə texnikaya xidmət göstərilməsi,birgə fəaliyyətin həyata keçirilməsi,ixtisaslaşma,yeni müəssisələrin yaradılması və s. aid edilir.

Beynəlxalq əmək bölgüsünün daha səmərəli formada qurulmasında ölkələrin açıq iqtisadiyyat siyasəti tətbiq atməsi böyük rola malikdir.Açıq iqtisadiyyata birgə müəssisələrin yaradılması,azad iqtisadi zonaların təşkili,xarici kapitalın axınına şərait yaradılması,himayəçilik siyasətindən əl çəkilməsi kimi bir sıra tədbirlər daxildir.Hal-hazırda açıq iqtisadiyyat siyasətindən daha çox Yeni sənaye ölkələri istifadə edirlər.Burada əsas məqsəd xarici kapitalı,sərmayedarları ölkəyə cəlb etmək və iqtisadi modernləşmədən ibarətdir.Bu da həmin ölkələrin yeni istiqamət götürməsinə gətirib çıxarır.Onlar tədricən daha elm tutumlu,beynəlxalq standartlara uyğun gələn məhsullar istehsal etməyə stimul yaradır.Beynəlxalq əmək bölgüsündə iştirak edən ölkələrin yüksək ixtisaslı əməklə təchiz olunmuş,elmi tərəqqi ilə bağlı olan sahələrə daha böyük diqqət ayırmalıdırlar.

Təcrübədən də görülür ki,inkişaf etmiş və yeni sənaye ölkəri(Maksika,Braziliya,Argentina,Sinqapur,Tayvan,Cənubi Koreya,Honkonq və s.) əsas etibarilə müasir texnologiyaya əsaslanan və yüksək ixtisaslı əmək nəticəsində istehsal olunan məhsullar buraxırlar.Bu da onlara beynəlxalq əmək bölbüsündə daha fəal şəkildə iştirak etmələrinə yardımçı olur.Nisbətən az inkişaf etmiş ölkələrə gəldikdə isə,onlar əmək tutumlu məhsullar istehsalına üstünlük verir,dünya bazarını xammalla təmin edirlər.Bununla belə bəzi inkişaf etməkdə olan ölkələr daha kapital tutumlu məsulların istehsalına prioritet məsələ kimi baxırlar.

Beynəlxalq əmək bölgüsünün daxilinə qarşılıqlı asılılıq kimi anlayış da daxildir.Ölkələr arasında münasibətlər qurularkən bir-birindən asılı olmaq kimi vəziyyətlər ortaya çıxır.Buna bariz nümunə kimi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı münasibətləi göstərmək olar.Yəni inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin xammalından asılıdır.Digər tərəfdən inkişag etməkdə olan ölkələr isə inkişaf etmiş ölkələrin texnika və texnologiyalarına ehtiyacları var.Belə nəticəyə gəlmək olar ki,onlar bir-birindən qarşılıqlı şəkildə asılıdırlar və təzyiq göstərmə imkanları var.

Ölkələrin biri-birindən bu dərəcədə asılı olmaları həmişə eyni formada olmur.Qarşılıqlı asılılıq 4-formada həyata keçirilir:1.siyasi qarşılıqlı asılılıq,2.iqtisadi siyasət baxımdan qarşılıqlı asılılıq,3.quruluş baxımından qarşılıqlı asılılıq,4.nə məqsəd tutma baxımından qarşılıqlı asılılıq.

Qarşılıqlı asılılıq nisbətən ümumi xarakter daşıyır.Bu məqsədlə də beynəlxalq əmək bölgüsünün yeniləşməsin əmüəyyən mənada ehtiyac duyulur.

Modernləşmə zamanı əsas ideya kimi inkişaf etməkdə olan ölkələrin himayədarlıq siyasətindən əl çəkməsi və əvvəlklinə nisbətən daha açıq siyasət yeritməsidir.

Dünya təsərrüfatının və bazarın formalaşmasında beynəlxalq iqtisadi əlaqələrin rolu və əhəmiyyəti böyükdür. Belə ki, bu gün Azərbaycan Respublikasi müxtəlif dövrlərdə dünyanın 152-dən çox xarici dövləti ilə iqtisadi münasibətlərdə olmuşdu.Onlardan MDB üzvü olan ölkələr daha böyük paya malikdir.Daha çox əmtəə mübadiləsi aparılan digər ölkələrə isə İtaliya, Rusiya, Türkiyə, Fransa, İsrail, ABŞ, İsveçrə, Gürcüstan,İngiltərə, Almaniya. İran və s. bu kimi dövlətlər daxildir. Şübhə yoxdur ki, beynəlxalq iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün ən başlıca amil xarici portnyorların marağıdır. Onlara daha çox mənfəət götürməyə və yeni satış bazarı ələ keçirməyə, daha ucuz iş qüvvəsini tapmağa, texniki yenilikləri və texnologiyanı tətbiq etməyə, sərfəli xammal və enerji mənbələri ələ keçirməyə, habelə turizm imkanları tapmağa çalışırlar.

Azərbaycanda ucuz işçi qüvvəsinin olması yeni iş yerləri yaratmaq üçün xarici kapital cəlb edilməsini xeyli asanlaşdırır. Əmək haqqının aşağı olduğu indiki şəraitdə yüksək nəticələr əldə edə bilər və əldə edirlər. Məsələn, Tayvan, Cənubi Koreya, Sinqapur, Honkonq, Tailand kimi kiçik və qüdrətli dövlətlərin surətlə inkişafını misal göstərmək olar. Halbuki həmin ölkələrdə əmək haqqı nisbətən aşağıdır. Deməli bütün məsələ işçilərin əməyinin təşkilindən və idarəedilməsindən asılı olur. Hazırda Azərbaycan keçid iqtisadiyyatı mərhələsində olub, əsas struktur dəyişikləri, yeni sosial və iqtisadi infrastruktrun yaradılması prosesini həyata keçirir. Belə ki, yeni təsərüfatçılıq və yeni fəaliyyət növləri ilə, köhnə sistemin prinsipləri üzərində quulmuş idarəetmə strukturu və mexanizmi arasında ciddi təzadlar üzə çıxır və təbii ki, bu da prosesin optimal gedişinə mane olur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq əmək bölgüsündə iştirakı inkişaf etmiş ölkələrin elmi-texniki naliyyətlərindən və bazar iqtisadiyyatına keçid sahəsində onların təcrübəsindən istifadə etməsi mövcud olan bir sıra sosial-iqtisadi problemləri həll etməyə imkan verir. Ona görə hazırkı şəraitdə Azərbaycanın dövlət siyasətinin əsas istiqaməti ölkəmizin dünya təsərüfatı sisteminə inteqrasiyası və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən milli iqtisadiyyatın sürətli inkişafı üçün istifadə etməkdən ibarətdir.

Azərbaycanın beynəlxalq əmək bölgüsündə iştirakı xarici ticarət, elmi texniki, müştərək müəssisələrin yaradılması, mədəni əlaqələr və.s. şəkilində həyata keçirilir. Son illər Azərbaycanda, ABŞ, Rusiya, Türkiyə Çin, Almaniya, İngiltərə, İtalya, İran və s. ölkələrin müvafiq firma və şirkətləri ilə birlikdə onlarla müştərik müəssisələr yaranmışdır. Həmin müştərək müəssisələr Azərbaycan iqtisadiyyatını strukturca müasir şəkildə yenidən qurudulmasında mühüm rol oynayırlar.

Beynəlxalq əmək bölgüsündə səmərəli iştirak edə bilmək üçün müəyyən sahələrdə “nisbi üstünlüyə” nail olmaq mütləq şərt deyildir. Lakin ümumi inkişaf səviyyəai hələ zəif olan ölkələr Üçün əlverişli imkandır. Azərbaycan da bu cür imkanlara malik olan ölkədir. Azərbaycanın təbii sərvəti və iqlim şəraiti, karbohidrogen ehtiyatları, bir sıra sahələr üzrə ixtisaslı kadırları imkan verir ki, elmtutumlu məhsul istehsal etməklə dünya bazarına çıxarmaq olar. Məsələn, Yaponya elmtutumlu, rəqabət qabiliyyətli məhsullar ixrac etməklə nəinki idxal etməli olduğu enerji daşıyıcılarının və qida məhsullarının dəyərini ödəməyə imkan əldə edir. Həmçini, özünün ticarət balansında xeyli miqdarda müsbət salda təmin edir. Bunun da bir sıra daxili sosial-iqtisadi problemlərini həll edə bilir.

Müasir dövrdə beynəlxalq əmək bölgüsü sistemində müstəqil Azərbaycanın yerini müəyyənləşdirilməsində tarixi keçmişin təcrübəsi, ölkənin resurs potensialı, geosiyasi vəziyyəti və s. əsas götürülür. Məhz bu baxımdan Azərbaycanın beynəlxalq əmək bölgüsündə iştirakı strategiyasının hazırlanması yeni tipli milli iqtisadiyyatın strukturunun yenidən qurulması prosesi ilə paralel aparılmalıdır. Əks halda bu proseslər bir-birinə mane ola bilər və iqtisadiyyatda mütərəqqi dəyişikliklərin rolunu xeyli dərəcədə zəiflədə bilər.

Bu gün Azərbaycan beynəlxalq iqtisadi əlaqələrinin ancaq ənənəvi təsəvvürlər əsasında, yəni ölkədə artıqlıq edən istehsal amillərinin ixracı və qıt olan istehsal amillərinin idxalı prinsipi əsasında qurmaq mütləq zərurət deyildir. Yanacaq sənayesinin üstün inkişafı və ixrac yönümlüyünə müəyyən dövr ərzində iqtisadiyyatın digər sahələrinin inkişafı üçün ancaq istinad kapitalının mənbəyi kimi baxılır. Bu isə Azərbaycanın struktur investisiya siyasətinin strateji məqsədi kimi qiymətləndirilir. Qeyd edək ki, dünya dövlətləri ilə sərbəst iki tərəfli əlaqə, beynəlxalq iqtisadi inteqrasiya prosesinin surətləndirilməsi və dünya bazarı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar açılmışdır. Azərbaycanın ümumidünya təsərüfatı ilə çoxtərəfli və intensiv inteqrasiyasındakı uğurlar xeyli dərəcədə xarici ticarət əlaqələri ilə bağlıdır. Bu işdə Azərbaycanda xarici ticarətin və valyuta tənzimlənməsinin liberallaşdırılması mühüm addım olmuşdur. Bu gün dünyada baş verən köklü keyfiyyət dəyişilikləri, o cümlədən beynəlxalq əmək bölgüsünün yeni əsaslar üzərində dərinləşməsi, qlobal problemlərin kəskinləşməsi, elmi-texniki tərəqqinin inqilabi xarakter alması və s. Beynəlxalq iqtisadi münasibətlərdə inteqrasiya prosesində obyektiv zərurətə çevirilmişdir. Bunun nəticəsidir ki, hazırda tədricən iqtisadi sərhədlərin silinməsi, bütün dünyada eyni qanunlara tabe olan vahid iqtisadi məkanın yaranması prosesi gedir. Dünya dövlətləri dünya təsərüfat sisteminə fəal surətdə qoşulmaqla bir tərəfdən özlərinin müvafik ehtiyyatları olmadığı halda belə cəmiyyətin təlabatını daha dolğun ödəmək, iqtisadiyyatın səmərəli strukturunun formalaşdırmaq və s. bu kimi mühüm problemləri həll etmək, digər tərfdən isə özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar.

Hazırda suverenlik və iqtisadi müstəqillik yoluna qədəm qoymuş Azərbaycanın xarici ölkələrlə qarşılıqlı fayda verən əlverişli iqtisadi əlaqələri genişlənməkdədir. Belə bir əlaqələrin yaradılması üçün Azərbaycanda həm istiqlaliyətmizin iqtisadi təməlinin möhkəmləndiril-

məsini edə biləcək ictimai-siyasi qüvvə və həm də zəruri iqtisadi potensial imkanları mövcuddur. Bu baxımdan xarici iqtisadi əlaqələrin genişləndirilməsi və iqtisadi fəaliyyətin səmərəliliyinin təmin olunması üçün aşağdakı istiqamətlərdə iş aparılmalıdır:

-Ölkənin ixrac potensialının düzgün qiymətləndirilməsi və onun inkişaf istiqamətlərinin düzgün qiyməytləndirilməsi və onun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.

-İdxal əvəzedici sahələrin inkişaf imkanları və prespektivlərinin araşdırılması .

-Xarici maliyyə-kredit resurslarının Azərbaycan Respublikasına cəlb edilməsi.

-İqtisadi təhlükəsizlik konsepsiyasının işlənməsi və reallaşdı-

rılması.


-İnteqrasiya prosesinin tənzim edilməsi və.s.

Azərbaycanın müstəqillik elan edildiyi ilk gündən həyata keçirdiyi tədbirlər ölkənin xarici iqtisadi əlaqələr sahəsində “açıq qapı” siyasəti yeritdiyini göstərir .

Hazirda Azərbaycanın iqtisadiyyatının qarşısında duran mühüm problem idxalın və ixaracın strukturunu təkminləşdirilməsindən ibarətdir və ona nail olmaqdır. Bütün bunları nəzərə alaraq Azərbaycanda həyata keçirilən xarici ticarət və struktur siyasəti idxal və ixracın strukturunu təkminləşdirilməyə yönəldilmişdir.Texnolji imkanların məhdudluğu üzündən Azərbaycan yenə də xammal ixarc edən ölkə kimi qalır. Azərbaycan istehsal etdiyi pambığın, şərab yarımfabrikatlarının, fermentləşdirilmiş tütünü, kimya xammalını, neft məhsulları xammalını elektronika sənayesinin yüzlərlə adda komplekləşdirici məmulatı son məhsul həddinə çatmadan Azərbaycandan kənara göndərməli olur.Dünya bazarında əlverişli yer tutmaq tutmaq üçün xarici ticarət əlaqələrini yeni təşkilati keyfiyyət mərhələsinin dünya bazarının inifikasiya olunmuş oyun qaydaları əsasında qütbüləşməsi təmiz vasitəçi ticarətin kəskin azalması, məhsul və kapital bazarının qarşılıqlı qovuşmasının güclənməsi və s.kimi tələbləri Azərbaycanın xarici ticarət strategiyasının əasını təşkil edir.

Xarici iqtisadi fəaliyyətin strateji istiqamətlərindən olan və ölkəyə valyuta daxil olmalarının əsas mənbəyi kimi çıxış edən ixaracın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir . Azərbaycan iqtisadiyyatında açıq qapı siyasəti ölkənin iqtisadi ntəhlükəsizliyini təmin etməlidir. Daxili bazar dünya bazarında baş verən dəyişiliklərin və xarici rəqabətin təsirindən qorunmalıdır. Azərbaycanın mövcud iqtisadi potensialı bir tərəfdən ixracda hazır məhsulların xüsusi ,əkisini artırmaq üçün, digər tərəfdən isə idxalı əvəz edən istehsahsalın təşkili üçün yaxşı zəmin yaradır. Bu işdə isə xarici investisiyaların Azərbaycana cəlb edilməsi xüsusi rol oynayır.

Qeyd etməliyik ki, hazırda Azərbaycanın beynəlxalq iqtisadi əlaqələr sisteminin düzgün təşkil edilməsi xeyli dərəcədə dövlətin pul-kredit və xeyli büdcə vergi ünsürləri arasındakı sıx qarşılıqlı əlaqə və uzlaşmadan asılıdır. Azərbaycan respuplikasının milli bankının həyata keçirdiyi pul-kredit siyasəti, hər şeydən əvvəl milli valyutanın sabitliyini təmin edilməsi və inflyasiyanın qarşısının alınması və ölkənin valyuta ehtiyatlarının artmasına yönəldilməlidir.Azərbaycan hökuməti beynəlxalq maliyyə təşkilatları ilə iqtisadi islahatların həyata keçirilməsi məqsədi ilə kreditlər ayrılması haqqında razılıq əldə edib. Kredit haqqındqa razılıq eyni zamanda Avropa yenidənqurma və inkişaf bankı, İslam inkişaf bankı və digər maliyyə inistutları ilə imzalanıb.Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanda xarici kapitalın hesabına sahibkarlığın inkişafı müstəsna əhəmiyyət kəsb edir.Xarici sahibkarları inkişaf etdirmək üçün milli mənafe ilə xarici sahibibkarların mənafeyini qarşılıqlı əlaqələndirmək lazımdır. Bunun üçün xarici sahibkarların investisya fəaliyyəti üçün xarici və daxili şərait formalaşmalıdır. Hazırda Azərbaycanda yaranmaqda olan işgüzar müəssisələrin bir qrupu texnoloji, idarəçilik və razılaşmaları üzrə əməliyyatları yerinə yetirirlər. Bu cür işgüzarlıq yerli müəssisələr tərəfindən həyata keçirilir. Xarici müəssisələr isə razılaşmaya əsasən gəlir əldə edir. Bu növ investisiyaları lisenziya, idarəçilik, marketinq və daimi əsaslarla digər xidmət satışı haqqında razılaşmalar daxildir.

Bütün bunlar onu göstərir ki, xarici iqtisadi əlaqələrin əsaslı islahatlar üçün güclü bir amilə çevrilməsi və Azərbaycanın beynəlxalq əmək bölgüsündə yerini və rolunu müəyyən etməklə, onun elmi cəhətdən əsalandırılmış xarici iqtisadi fəaliyyətin strategiyası hazırlanmalıdır. Beləliklə, xarici iqtisadi fəaliyyətin strategiyası dünya bazarında rəqabətə davamlı sahələrin inkişafı hesabına Azərbaycanın ixracat potensialının artması, idxalı əvəz edən məhsulların ölkədə istehsalının təşkili hesabına idxalın səmərələşdirilməsi, idxalın texnolji avadanlıqlar və lisenziyaların alınmasına yönəldilməsi, istehsal edilən məhsulların keyfiyyətinin daxili şərtlərvə beynəlxalq standartlara cavab verməsi, texnolagiyanın modelləşdirilməsi və istehsahsalın inkişafı üçün xarici investisiyaların Azərbaycana cəlb edilməsi, valyuta, ixrac-idxal əməliyyatlarından istifadə etməklə strateji növ xammalın ölkədən kənara çıxarılmasının və iqtisadi inteqrasiya proseslərinin tənzimlənməsi məsələlərinə yönəldilməlidir.







Yüklə 34,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin